Martın 17-də VI Qlobal Bakı Forumunun üçüncü iş gününün ilk panel iclası “Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr edilib. İclasa Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko moderatorluq edib.
Katerina Yuşenko iclasın mövzusunun aktuallığından, gənclərin cəmiyyətdə fəallığından danışıb. O bildirib ki, yaşlı nəsildən fərqli olaraq gənc nəsil daha fəaldır, sosial mediada daha fərqlidir. Onların təhsil sistemi də fərqlidir, habelə səyahət etmək üçün daha çox imkanları var. Gənclər fərqliliyə daha çox meyil edirlər. Təsadüfi deyil ki, yaşlı nəsil də onlara baxıb fərqli olmağa çalışır.
Panel iclasda inklüziya və eksklüziya, texnologiya və idarəetmə, gənclərin müxtəlif sahələrdə təmsilçiliyi məsələləri müzakirə edilib. Gənc liderlər Forum iştirakçıları ilə birlikdə qlobal boşluqlar barədə sual-cavab şəklində fikirlərini bölüşüblər.
Qeyd edilib ki, eksklüziyanı öyrənmək üçün ayrıca təhsil lazım deyil. Bu gün müxtəlif ölkələrdə irqi, dini, milli, gender, məişət zorakılığı, miqrasiya, əlillik və digər məsələlərlə bağlı ayrı-seçkilik halları müşahidə edilir. İnsanlar cəmiyyətdə ortaq cəhətlərlə bağlı birlik nümayiş etdirməli, fərqli cəhətləri isə öyrənməlidirlər. Habelə sosial modellik, iqtisadi gəlirin təkrar bölgüsü məsələlərinə yenidən baxılsa, daha faydalı olar. Elə bir dünyada yaşamalıyıq ki, hər kəs özünü öz ölkəsində əmin-aman hiss etsin. İnklüziya təşviq edilməli, təcrid etmək halları aradan qaldırılmalıdır.
Texnologiya və idarəetmə məsələsi ilə bağlı çıxış edən gənc liderlərin fikrincə, bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Belə ki, texnologiya hökumətlərin daha effektiv, innovativ olmasına kömək göstərər, dəqiqliyi təmin edər. Habelə bu texnologiyalardan istifadə edilməsi üçün işçi qüvvəsi yaradılmalı, iqtisadi dəyişiklik, o cümlədən işsizliyin aradan qaldırılması məsələsinə diqqət yetirilməlidir. Tədqiqatçı kimi düşünməyi erkən yaşdan təbliğ etmək lazımdır. Sosial mediadan daha çox informasiyanın əldə edilməsi üçün istifadə edilərsə, bu, hökumətlə cəmiyyət arasında boşluğu aradan qaldıra bilər. Eyni zamanda, sosial mediadan yalan xəbərlərin yayılması halları da nəzərdən qaçırılmamalı, onların qarşısının alınmasında fəallıq göstərilməlidir.
Gənclərin cəlb olunması və təmsilçiliyi məsələləri ilə bağlı çıxışlarda gənc zəkaların cəmiyyət həyatında müxtəlif sahələrə, o cümlədən siyasi proseslərə, ekoloji, iqtisadi, səhiyyə və digər sahələrə cəlb edilməsinin, onlar üçün imkanlar yaradılmasının aktuallığı vurğulanıb. Cəmiyyətin demokratikləşdirilməsində gənclərin rolu qeyd edilib. Boşluqların aradan qaldırılmasında gənclər təşkilatlarının fəaliyyətinin əhəmiyyəti bildirilib.
Çıxışlarda bu gün dünyada gənclərin proseslərə cəlb edilməsində mövcud olan boşluğun doldurulması məsələsinin mümkünlüyü bildirilib. Qeyd olunan problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın müsbət təcrübəsi diqqətə çatdırılıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM