Uşaqları o şirniyyatlardan uzaq tutun - PEDİATRDAN VALİDEYNLƏRƏ BAYRAM XƏBƏRDARLIĞI

11:02 / 20.03.2018

Novruz bayramı xalqımızın ən qədim və gözəl bayramlarından biridir. Bayrama məxsus xeyli zəngin adət-ənənələrimiz mövcuddur. Baharın, yazın gəlişini, torpağın oyanışını simvolizə edən Novruz həm də bolluq bayramıdır. İnsanların həm mənəvi, həm də fiziki baxımdan saflaşmasını özündə birləşdirir. Bütün evlərdə təmizlik işləri aparılır, ehtiyacı olanlara əl tutulur, Novruz payı hədiyyə edilir. Hər kəs çalışır ki, bayram süfrəsi zəngin olsun. Bu isə qarşıdakı illərin bolluq içərisində keçməsinə bir işarədir. Al-əlvan boyanmış yumurtalar, üstü badamlı paxlavalar, ay şəkilli şəkərburalar, günəşi təmsil edən şor qoğal, zəfəranlı plov və daha nələr, nələr bəzəyir bayram süfrələrini. Novruz süfrəsində olan şirniyyatların əksəriyyətində allergiya üçün münbit şərait yaradan yumurta, şəkər, süd kimi məhsullardan bolluca istifadə olunur. Təəssüf ki, son zamanlar doğulan uşaqların əksəriyyəti allergiyadan əziyyət çəkir. Bəs necə etmək lazımdır ki, uşaqlar bayram şirniyyatları dadsınlar, amma onlarda hər hansı bir fəsad yaranmasın? Milli.Az ailem.az-a istinadən bununla bağlı pediatr Aytən İsmayılzadənin məsləhətlərini diqqətinizə çatdırır.

"İldə bir dəfə olan şeydir, heç nə olmaz..."

Həkim deyir ki, Novruz bayramı bizə milliliyimizi tanıtdıran gözəl bir bayramdır. Amma bu zaman şirniyyatlara, təamlara, çərəzlərə köklənmək çox səhv yanaşmadır, hətta zərərlidir: "Şirniyyatların insan orqanizminə zərərli olması barədə böyüklərin məlumatları var, amma uşaqlar bundan xəbərsizdir. Buna görə də valideynlərin bilməli olduğu bəzi məqamlar var. "İldə bir dəfə olan şeydir, heç nə olmaz" deyə düşünənlər də var onların arasında. Amma bu məqamda valideynlər diqqətli olmalıdır".

Pediatr qeyd edir ki, aşağıda sadalanan hallar zamanı uşaqlara bu qidaları ümumiyyətlə vermək olmaz:

- Uşaqda allergik diatez varsa

- Bronxial astmadan əziyyət çəkirsə

- disbakteriozdan əziyyət çəkirsə (nəcis analizində maya göbələyi, "pis" mikroblar çox aşkarlanırsa)

- həzm diskomfortu varsa( köp, sancı, həzmsizlik, qəbizlik. ishal)

- tez-tez öskürəkdən əziyyət çəkirsə

- allergik riniti varsa (burnu sulanır, qaşınırsa)

- uşaq qaytarmağa meyllidirsə

- neyrodermit, atopik dermatit kimi xəstəliyi varsa

- piylənmə, şəkərli diabeti varsa

Süd verən analar şirniyyat yeyərkən diqqətli olmalıdır

 

A. İsmayılzadə məlumat verir ki, ümumiyyətlə, sağlam hesab etdiyimiz uşaqlar belə, bu günlərdə şirniyyatla, çərəzlə çox bəslənməli deyil: "Boyanmış yumurtalar böyüklərlə paylaşılmalıdır. Bir sözlə, təamları daha çox paylaşdıqca özünüzə və uşağınıza olan zərəri azaltmış olarsınız. Həmçinin süd verən anaları da unutmaq olmaz. Süd verən analar da bu şirniyyatlardan və çərəzlərdən çox az istifadə etməlidirlər. Gündə bir-iki şəkərbura, ya da bir paxlava çoxdur ki, az deyil. Qoz, yer fıstığı yeyərkən ehtiyatlı olmaq lazımdır".

Pediatr sadalayır ki, deyilənlərə əməl edilməsə, uşaq orqanizmində aşağıdakı hallar baş verə bilər:

- Çoxdandır sağlam olan uşaq öskürməyə başlayar, yaxud  mövcud xəstəliyi kəskinləşər.

- Astma, boğulma tutmaları sıxlaşar

- İştaha azalar və digər faydalı qidalara maraq azalar

- Heç vaxt qəbizlikdən əziyyət çəkməyən uşaq qəbizliklə üzləşər

- İnsulin hasili artar və artıq çəkidən əziyyət çəkənlər üçün bu, arzuolunmazdır

- Sönmüş allergik fon güclənər, yaxud gizli allergik fon üzə çıxar.

"Bütün bu xoşagəlməz hallara səbəb olan amil isə burada karbohidratın (şəkər, un) bol istifadəsidir. Artıq karbohidrat selikli qişalarda iltihaba səbəb olur. Enterit, qastrit, rinit, bronxit selikli qişa problemlərindən yaranır, maya göbələyi aktivliyini artırır, dolayısı ilə immunitet zəifləyir və allergik fon güclənir. Həmçinin müxtəlif çərəzlərin, yumurta və südün potensial allergen olması danılmazdır", - deyə həkim bildirir.

3-5 yaşlı uşağa yarım ədəd paxlava bəs edir

A. İsmayılzadə vurğulayır ki, hər şey qədərində olduqda zərərsiz və faydalı olar. Məsələn, əgər uşağınızın 3-5 yaşı varsa, ona gündə yarım ədəd paxlava və yarım ədəd şəkərbura verməyiniz kifayətdir: "Əgər uşaqları qorumaqda çətinlik çəkirsinizsə, o zaman bol maye verməyə üstünlük verin və ilk əlamətlərdə həkiminizi məlumatlandırın. Kiçik yaşlı uşaqlar üçün (1-3 yaş) qidaların zərərindən başqa yad cisim təhlükəsi də ola bilir. Belə ki, fındıq, badam, digər çərəzlərin qabığı, ləpəsi kiçik yaşlı uşaqların nəfəs yoluna düşərsə, həyati təhlükə yarada bilər. Ona görə bayram günlərində azyaşlı uşaqlara xüsusi nəzarət etmək lazımdır. Əgər bu hal baş veribsə, siz uşağın nəfəs yoluna nəyinsə qaçdığından şübhələndinizsə, bu zaman özünüzü itirmədən ilk yardım etməyə çalışın, uşağı ayaqlarından tutub başı aşağı sallayın və iki kürək sümüyünün ortasına əlinizlə beş dəfə bərk zərbə vurun. Təcili yardıma müraciət etməyi isə unutmayın, yaxud yaxınlıqdakı xəstəxanada qulaq-burun-boğaz həkiminə müraciət edin, çöpçüyə deyil".

Sonda pediatr onu da məsləhət gördü ki, valideynlər göy qurşağı, bahar çiçəklərinin rəmzi olan boyanmış yumurtaların kimyəvi boyalarla, cizgi film qəhrəmanlarının hazır şəkilləri ilə deyil, ziyansız qida boyaları ilə rəngləsinlər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM