ABŞ-ın "The Daily Caller" nəşrində beynəlxalq icmalçı, İsrail, Yaxın Şərq və keçmiş Sovet İttifaqı ölkələri haqqında çoxsaylı məqalələrin müəllifi Maayan Hoffmanın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş Xankəndindəki oyuncaq rejimin lideri Bako Saakyanın Vaşinqtona qanunsuz səfəri və onun Amerikanın mənafelərinə zidd qüvvələrlə əlaqələri haqqında məqaləsi dərc olunub.
Müəllif yazır ki, Bako Saakyan üçüncü dövlətin hərbi kəşfiyyatı və Livanın Bekaa vadisindəki terrorçularla əlaqəsi olan qanunsuz silahlı dəstələrin tipik səhra komandiridir. Lakin bu, onun Vaşinqtona səfərinə əngəl ola bilmədi.
AZƏRTAC xəbər verir ki, yazıda Dağlıq Qarabağın suveren Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazisi olduğu bir daha qeyd edilir. Bildirilir ki, Dağlıq Qarabağ suveren Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazisidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də bunu təsdiq edir. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını, onun rəhbərliyini beynəlxalq səviyyədə və Birləşmiş Ştatlarda qəbul etməyən ABŞ Dövlət Departamentinin də mövqeyi eynidir.
Bununla yanaşı, ABŞ Konqresində erməni qrupunun nümayəndələri, o cümlədən mütəmadi olaraq amerikan hökumətinin maraqlarını təhlükəyə atan Frenk Pallon, Ceki Spier, Devid Valadao, Adam Şiff vı Cim Kosta Saakyanla görüşərək və işğal olunmuş ərazilərə səfər edərək qanunsuz "respublikaya" legitimlik qazandırmaq istəyirlər. Ötən il Pallon, Valadao və Tulsi Qabbard Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər.
Lakin Saakyanın ABŞ-a səfəri mənəviyyat və qanun çərçivəsindən daha çox kənara çıxmaq deməkdir. Hoffman vurğulayır ki, bu, ABŞ-la Azərbaycan arasında getdikcə inkişaf edən strateji münasibətləri də sarsıdır.
Bu yaxınlarda Birləşmiş Ştatlar və müttəfiqləri Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəsi həcminin artırılması və amerikan qoşunlarının Əfqanıstan və onun hüdudlarından kənarda apardığı əməliyyatlar çərçivəsində Azərbaycan üzərindən uçuşlara icazə verilməsinə dair danışıqlar mərhələsini başa çatdırıblar . Bundan başqa, ABŞ Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək Cənub Qaz Dəhlizinə özünün tam diplomatik və siyasi dəstəyini verib. Bütün bunların ABŞ və müttəfiqlərinin regiondakı maraqlarına qarşı fəaliyyət göstərən qüvvələri narahat etməsi təbiidir. Regionun coğrafi xəritəsi ilə tanış olan hər kəs üçün aydındır ki, Bakı ilə Vaşinqton arasında inkişaf edən münasibətləri korlamaq üçün Ermənistan kimi vassal dövlətdən istifadə etmək olar. Saakyanın qeyri-legitim oyuncaq rejimi ilə münasibətlər beynəlxalq hüquq və ABŞ-ın xarici siyasəti üçün təhqirdir, -deyə ekspert məqalənin sonunda vurğulayır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM