"Aşıq Şəmşir" Mədəniyyət Ocağından ermənilərə ağır zərbə - Foto

14:26 / 03.07.2014

  Strategiya.az-a verilən məlumata görə, “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi erməni yalanlarını ifşa edən təbliğat və maarifləndirmə işləri aparıb

   " Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihə uğurla başa çatıb.

     Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi " Saz və balabanı  Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq"  adlı layihə uğurla başa çatıb.  Bu barədə  “Aşıq Şəmşir  Mədəniyyət Ocağı"  İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib. Onun sözlərinə görə layihə çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə  Birliyin üzvləri, aşıqlar, balabançılar, saz və balaban alətləri hazırlayan ustalar, jurnalistlər və gənclər fəal  iştirak ediblər. Layihəyə olan marağın gözlənildiyindən artıq olduğunu  söyləyən  Həbib Misirov QHT-lərə Dövlət Dəstəyi Şurasının məhz problemin aktuallığını nəzərə alaraq bu layihəni maliyyələşdirdiyini söyləyib:

"  Layihəmizə dəstək verdiyi üçün “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi adından Prezident  yanında QHT- lərə  Dövlət  Dəstəyi  Şurasına  öz  təşəkkürümü bildirirəm. Bu tipli layihələrin həyata keçirilməsi informasiya müharibəsində ermənilərə  ağır zərbədir. Bu gün tarixi torpaqlarımızla yanaşı, milli-mənəvi sərvətlərimizdə gözü olan bədnam qonşularımız  saz və  balabanı özününkiləşdirmək istəyir. Layihəmizin də  əsas məqsədi  adından göründüyü kimi, ermənilərin saz və balabanımızı mənimsəməsinə imkan verməmək, bu istiqamətdə geniş təbliğat və  maarifləndirmə  işləri aparmaq olub. Düşünürəm ki, layihəmiz uğurla həyata keçirilib. Bir daha bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk".

   Həbib Misirov onu da qeyd edib ki,  əsrlər boyu xalqımıza qarşı  soyqırım siyasəti həyata keçirən, mədəniyyətimizi zaman-zaman öz adlarına çıxan,  xalqımızın qədim musiqi alətləri olan saz və balabanda bu gün də gözləri olan ermənilərə bu layihə tutarlı cavab olacaq. Onların yalanlarının ifşa olunmasında böyük rol oynayacaq.

"  Ermənilər daima bizi təqlid etməyə çalışıblar. Lakin buna nail ola bilməyəcəklər çünki onlarda nə bizim  sazımızın, nə də balabanımızn  ruhu var. Aşıq sənəti Azərbaycan  xalqının milli pasportu olan sənət sahələrindən biridir. Bunlar bizim  dədə- babalarımızın şedevrləridir. Milli dövlətçiliyimizin mənəvi dayağıdır. Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin humanitar  mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Çox sevindirici haldır ki, ölkənin 1-ci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub.

    Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Azərbaycan sazı və onu müşayiət edən balaban aləti musiqi mədəniyyətimizin biçimlənməsi və zənginləşməsində əvəzsiz rol oynayıb. Məhz buna görə Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu «milli varlığımızın mötəbər qaynağı» kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə  aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: «Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir». Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir".

  Həbib Misirov həmçinin vurğulayıb ki, layihənin həyata keçirilməsində  Milli Elmlər Akademiyasinin Nizami adına Ədəbiyyat  İnsititutunun  direktor müavini, dövlət mükafatı  lauriyatı, professor  Məhərrəm Qasımlının böyük rolu olub. Eyni zamanda  tanınmış balaban ustası  İbadət Allahverdiyev, aşıq və balabançılardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Taleh Abdullayev , Məzahir Allahverdiyev və bir qrup saz və balaban alətləri hazırlayan ustalar layihə çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak ediblər.

   Xatırladaq ki, paytaxt  Bakı və bölgələrdə  saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil edilib. Bu sənət sahəsinin gənclərə aşlanması üçün ustad  dərsləri təşkil olunub. Saz və balaban hazırlayan ustalarla birgə gənclər üçün təlimlər keçirilib. Ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən əks-materialların  hazırlanıb,  bir neçə dilə tərcümə olunaraq müxtəlif internet səhifələrində yerləşdirilib.  Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndərilib.

Həmçinin layihə çərçivəsində Türkiyə Cumhuriyyəti Qaziantep Universitetinin müəllimi, Sənətşunaslıq elmləri üzrə fəlsəfə doktoru İlqar İmamverdiyev və Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun geniş elmi monoqrafiyaları çap olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM