Qida Təhlükəsizliyi Agentliyi genetik modifikasiya olunmuş orqanizmlər haqqında ikinci maarifləndirici araşdırma hazırlayıb.
Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a daxil olan yazıda “Hansını seçək: genetik seleksiya yolu ilə yaradılmış və minilliklərin sınağından çıxmış təbii qida məhsullarını, yoxsa genetik modifikasiya olunmuş orqanizmləri, yəni GMO-ları?!” sualına cavab axtarılır.
Genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılıb. Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olurdular. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdiriblər.
Seleksiya nəticəsində insanlar tərəfindən istehlak edilən bitki sortları (məsələn, gül kələmi, Brüssel kələmi, quru kələm, qarğıdalı) və heyvan cinsləri (məsələn, çox süd verən inək və qoyun cinsləri) yaradılıb. Qida təhlükəsizliyi baxımından bu cür orqanizmlərin insanlar tərəfindən yeyilməsi tam təhlükəsizdir. Bununla belə, seleksiya nəticəsində əldə edilən orqanizmlərin saxlanılması və becərilməsinin iqtisadi cəhətdən sərfəli olmaması, qeyri-məhsuldarlığı, habelə ətraf mühit amillərinə və zərərvericilərə qarşı həssas olması onlardan əldə ediləcək məhsulun miqdarına öz mənfi təsirini göstərir. Həmçinin dünyada əhalinin sayının artması qida çatışmazlığına səbəb olan ən vacib amillərdəndir.
Bundan başqa, genetik seleksiya zamanı heyvan cinsləri və bitki sortlarında istədiyimiz əlamətin seçilməsi 10-15 il vaxt tələb edir ki, bu da zaman baxımından heç də az deyil və qida istehsalında müəyyən problemlərin yaranmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, alimlər müxtəlif genetik və biotexnoloji metodların hesabına yüksək məhsuldarlığa malik, xüsusilə ətraf mühit amillərinə və zərərvericilərə qarşı davamlı orqanizmlər yaratmağı qarşılarına məqsəd qoyublar.
Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və kütləvi istehsalına XX əsrin 70-ci illərində başlanılıb və günümüzə qədər davam edir.
GMO mənşəli orqanizmlər dedikdə, genetik mühəndisliyin metodları vasitəsilə canlının genetik materialında (genlərində) aparılmış dəyişikliklər başa düşülür. Hazırda GMO mənşəli orqanizmlərdən qida və dərman istehsalında, habelə elmi tədqiqatlarda geniş istifadə olunur. Həmin orqanizmlərin genlərində edilmiş dəyişikliklər növbəti nəsillərə ötürülərək lazım olan xüsusiyyətlərin formalaşmasına səbəb olur.
GMO mənşəli qidalar dedikdə, genetik modifikasiya olunmuş mikroorqanizmlər, bitkilər və heyvanlardan əldə edilmiş məhsullar başa düşülür.
GMO mənşəli orqanizmlərin formalaşdırılmasına təkan verən amil 1954-cü ildə Vatson və Krik tərəfindən ikizəncirli dezoksiribonuklein turşusunun (DNT) kəşfi ilə əlaqədardır.
Molekulyar biologiya elmi inkişaf etdikcə, canlıların genetik materialının, yəni DNT-sinin öyrənilməsi də geniş vüsət alıb. Rekombinant DNT texnologiyasının, yəni laboratoriya şəraitində canlı orqanizmlərin DNT-sinin ardıcıllığında dəyişikliklər etmək metodunun inkişafı GMO-ların yaradılmasına səbəb olub.
1973-cü ildə Herbert Boyer və Stanley Cohen ilk dəfə olaraq, antibiotikə davamlı genetik modifikasiya olunmuş bakteriya yarada biliblər. Bundan sonra, 1983-cü ildə ətraf mühit amillərinə davamlı tütün bitkisi yaradılıb və Çində bu bitkidən hazırlanan məhsulun satışı həyata keçirilib.
İlk dəfə ABŞ-da Qida və Dərman İdarəsi (FDA) tərəfindən GMO olan pomidorun marketlərdə satışına icazə verilib. Daha sonra bitkilərin zərərvericilərə qarşı mühafizəsini təşkil etmək üçün istifadə edilən pestisidlərə qarşı dözümlü pambıq, soya, qarğıdalı və şəkər çuğunduru GMO-ları yaradılıb. Bu tip bitkilər onların genetik materialına virus, bakteriya, əqrəb, həşərat və s. kimi orqanizmlərin genlərinin müəyyən hissələrinin köçürülməsi hesabına yaradılıb. Bütün bunlar GMO mənşəli qidaların sürətlə dünya bazarında artmasına təkan verib və hazırda, demək olar ki, əksər böyük dövlətlərdə onların satışı problemsiz həyata keçirilir.
Dünya əhalisinin sürətlə artması və kənd təsərrüfatında heyvan mənşəli yemlərə artan tələbat tez bir zamanda daha yüksək məhsul verən və zülal ilə zəngin olan qidalara olan tələbatı da artırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, hazırda dünyada təxminən 7,6 milyard insan yaşayır və onların sayının 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard olacağı təxmin edilir. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna əsasən, adambaşına düşən qida istehsalı üçün əlverişli torpaqların miqdarı 2050-ci ilə qədər 0,242 hektardan 0,18 hektara qədər azalacaq.
Əhalinin sayının sürətlə artması nəticəsində yaranan qida çatışmazlığının qarşısını almaq məqsədi ilə GMO-lu qidaların kütləvi istehsalı həyata keçirilir.
Qeyd etmək lazımdır ki, GMO mənşəli qidaların qida təhlükəsizliyi baxımından insan sağlamlığına təsiri daim müzakirə mövzusu olmuşdur. Dünyada GMO-lu qidaların istehsalına tələbatın artmasına əhali sayının artması və münbit torpaqların az olmasından əlavə, bir sıra digər amillər, o cümlədən bioyanacaq və xammal istehsalına artan tələbat, sürətlənmiş şəhərləşmə, münbit torpaqların çölləşməsi, şoranlaşma və eroziyası, qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması da təsir edir.
Adətən, GMO mənşəli orqanizmlər iki genetik metod vasitəsilə yaradılır: birbaşa DNT-sində dəyişikliyin aparılması, yəni hər hansı genetik fraqmentin daxil edilməsi və bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi. Hazırda birbaşa dəyişiklik vasitəsilə yaradılmış GMO məhsullarına alma, soya, qarğıdalı, pambıq, badımcan, kartof, lobya, yemiş, ərik, düyü, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, buğda və pomidor daxildir. Sadalanan GMO-lu qida məhsullarının market və bazarlarda satışına ABŞ Kənd Təsərrüfatı İdarəsi (USDA) tərəfindən 2015-ci ildə razılıq verilmişdir.
Bu cür GMO mənşəli bitki məhsullarının satışı və istifadəsinə Çin, Cənubi Afrika Respublikası, Avstraliya, Kanada və s. kimi ölkələrdə də icazə verilir. Avropada GMO mənşəli bitkilərin dövriyyəsinə çox ciddi nəzarət edilir, yalnız GMO-lu raps, pambıq, soya, qarğıdalı və şəkər çuğundurunun satışına və istifadəsinə icazə verilir.
Bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi metodundan Agrobacterium adlı bakteriyadan müxtəlif növ GMO mənşəli paxlalı bitkilərin yaradılmasında istifadə edilir.
GMO-lu heyvanlardan, əsasən, tibb sahəsində müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi nəzərdə tutulsa da, Cənubi Koreya alimləri tərəfindən yaradılmış yeni balıq növünü, Çin və Yeni Zelandiya alimləri tərəfindən yaradılmış inəklərdən əldə edilən südü insanlar istehlak edirlər.
GMO mənşəli heyvan qidalarının geniş istifadə edilməməsi alimlərin müəyyən araşdırmalar nəticəsində bu tip qidaların insan sağlamlığına ciddi ziyan vurması qənaətinə gəlməsi ilə bağlıdır.
Elm inkişaf etdikcə, GMO-ların yaradılmasında yeni genetik metodların tətbiqinə də əlverişli şərait yaranır. Belə ki, 2012-ci ildə CRISPR – Cas9 adlı yeni genetik metod vasitəsilə bitki və heyvan mənşəli orqanizmlərin genetik materialında dəyişikliklər və hətta əlavələr edilməyə başlanılıb.
GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyri və ya vura biləcəkləri potensial ziyanı elmi-tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç bir gen mühəndisliyinin və biotexnoloji metodların manipulyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM