Bazar ertəsi Tramp administrasiyası Nyu-York və Vaşinqtonda çalışan 60 Rusiya diplomatının ölkədən çıxarılması və həmçinin, Britaniyada keçmiş rus agentinin zəhərlənməsinə cavab olaraq Rusiyanın Sietldəki konsulluğunun bağlanmasına dair sərəncam verib.
Rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı Trampın qərarı ABŞ-ın hər iki partiyasının nümayəndələri tərəfindən bəyənilib. Hərçənd bir həftə əvvəl Putinin prezident seçilməsi ilə əlaqədar telefon danışığında onu təbrik etməsini kəskin tənqid etmişdilər.
ABŞ-ı bir çox Avropa ölkələri də analoji addım atmaqla dəstəklədilər.
Bu hadisəni dəyərləndirmələrini Azərbaycan politoloqlarından xahiş etdik.
Zaur Məmmədov yaranmış situasiyada Rusiyanın Qərb ölkələri ilə danışıqlara girməsinin vacibliyini qeyd etdi: “Bu təbii ki, Rusiya və anqlosaksonlar arasında münasibətlərin gərginləşməsinin davamıdır. Bildiyiniz kimi, Britaniyada Skripal ailəsinin – ata və qızın zəhərlənməsindən sonra Britaniya Baş naziri Tereza Mey məsələnin arxasında Rusiyanın dayanması haqqında iddialar irəli sürüldü. Amerika – Böyük Britaniya tandemi də bundan Rusiyaya qarşı istifadə etmək üçün çox böyük fürsət kimi yararlandılar. Üstəlik Qərbi Avropa və Avropa Birliyi ölkələrinin də onlarla birgə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsinə müyəssər oldular. Beləliklə də dünən artıq Avropa Birliyinin 18 dövləti öz ərazisindəki rusiyalı diplomatların bir neçəsinin ölkədən çıxarılmasına nail oldu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi elan etdi ki, Rusiya hər bir ölkəyə qarşı cavab tədbiri görəcəkdir. Lakin Rusiya təkdir, ona görə də bu ölkənin cavab tədbirinin analoji gücdə ola biləcəyi sual altındadır. Düşünürəm ki, yaranmış situasiyada Rusiyanın Qərb ölkələri ilə danışıqlara girməsi daha yaxşı olardı. Çünki biz əvvəllər də görmüşdük ki, ABŞ-Rusiya qarşıdurmasında Avropa Birliyi ölkələrinin heç də hamısı Amerikanın yanında deyildi. Lakin Skripal hadisəsi onları ABŞ-ın mövqeyindən çıxış etməyə vadar etdi”.
Elxan Şahinoğlu bildirdi ki, bu hadisə Rusiyaya qarşı 5 ildən bəri davam etdirilən “soyuq müharibə”nin davamıdır:“Rusiyaya qarşı “soyuq müharibə” artıq 5 ildir davam edir. Rusiya Krımı ilhaq edəndən sonra Rusiyaya qarşı Qərbin sanksiyaları başlayıb. Bundan sonra Rusiyanı ABŞ prezident seçkilərinə müdaxilədə ittiham etdilər və sanksiyalar daha da sərtləşdi. Son qalmaqalda xəfiyyənin öldürülməsi ilə bağlı bütün izlər Rusiyaya apardığına görə, sanksiyalar yeni vüsət aldı və rus diplomatları Avropa ölkələrindən çıxarılır, onların sayı azaldılır. Rusiya rəsmiləri analoji addım atılacağını vəd edirlər. Amma məsələ ondadır ki, Rusiyanın bir və ya iki ölkə ilə münasibətləri gərginləşmir. Avropa İttifaqı və ABŞ Britaniyanı bu qovğada haqlı sayır və inanırlar ki, bu şübhəli sui-qəsdin arxasında Rusiya dayanır. Ona görə də münasibətlərin hələ daha çox gərginləşəcəyini güman edirəm. Qərb ölkələri Rusiyanı başqa dövlətlərin işinə qarışa bilməyəcək həddə qədər zəiflətmək istəyirlər”.
İlqar Vəlizadə isə bu hadisənin Qərb üçün bir bəhanə olduğunu vurğuladı: “Adamda elə təəssürat yaranır ki, hətta bu hadisə olmasaydı da onu düşünüb, tapmaq lazım gələcəkdi. Bu hadisə olmasaydı da yəqin onu başqası ilə əvəz edəcəkdilər. Həm də bu dəfəki hadisədə çox maraqlı bir yekdillik nümayiş etdirilir. Adətən bu cür hadisələrdə müəyyən vaxt və prosedurlar tələb olunur. Hiss olunur ki, əvvəlcədən müəyyən hazırlıq işləri görülüb. Bu ölkələr arasında əlbəttə, Rusiya ilə münasibətləri gərgin olanlar da var, münasibətlərin sabit olduğu ölkələr də. Həmin ölkələrlə yaxın keçmişdə qarşılıqlı maraqlara əsaslanan sazişlər də bağlanmışdı, Putinin bu ölkələrə səfərləri də olmuşdu. Maraqlıdır ki, müşahidə etdiyimiz hadisələr heç “soyuq müharibə” illərində də baş verməmişdi. Sanki indi Qərbin önə çəkdiyi Ukrayna hadisələri də arxa plana keçib. Qərbin Rusiyanın Suriyadakı proseslərdə iştirakı, İranın təklənməsinə yol verməməsi ilə bağlı narahatlıqları daha böyükdür”.
Bəzi mənbələr növbəti mərhələdə sanksiyaların Putinə qarşı da tətbiq ediləcəyini bildirir. Bununla bağlı politoloqların rəyi belə oldu:
Zaur Məmmədov hadisələrin belə inkişafını istisna edir: “Düşünürəm ki, Putinə qarşı şəxsi sanksiyalar tətbiq olunmayacaq. Bu, son versiya kimi nəzərdən keçirilə bilər, amma indiki halda istisnadır”.
Elxan Şahinoğlu qeyd etdi ki, Putinə qarşı elə indi də qeyri-rəsmi sanksiya tətbiq olunur: “Putinin ətrafına qarşı çox güclü sanksiyalar var. Amerikanın son “Kreml siyahısı”nda da bir çox rəsmilərin adları çəkilirdi. Putinin adı o siyahıda yox idi, amma fikir verin, son illərdə onu hansısa Avropa ölkəsinə dəvət etmirlər. Düzdür, Macarıstana və bu kimi bir neçə ölkəyə səfər etmişdi, amma nə ABŞ-a, nə də Britaniyaya səfər etməyib. Bunun özü elə Putinə qarşı qeyi-rəsmi sanksiyadır”.
İlqar Vəlizadə isə bildirdi ki, Putinə qarşı sanksiya Rusiya-Qərb dialoqunun tamamilə kəsilməsi deməkdir: “Putinə qarşı sanksiyalar tətbiq olunması mümkündür. Amma bu, Qərblə Rusiya arasında dialoqun tamamilə kəsilməsi anlamına gələ bilər. Çünki Putin səfərlər edən və danışıqları aparan şəxsdir. Bu həm də Rusiya ilə işləyən və Rusiya bazarlarında maraqları olan ölkələr üçün zərərlidir.” Rusiyanın ilk cavab tədbiri analoji ölkələrin diplomatlarının ölkədən çıxarılması ola bilər. Bu barədə vəd verdiyinə rəğmən, Kreml bu addımı həmin gün atmayıb, görünür ki, fikirləşmək üçün taym-aut götürüb. Bu, göstərir ki, Rusiya reaksiyanın belə geniş olacağını, xüsusilə ABŞ-ın 60 rus diplomatını ölkədən çıxarmasını və Moskva və Vaşinqton arasındakı münasibətlərin daha dərin böhrana salmasını gözləmirmiş.
Gündüz Nəsibov,
1905.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM