Strategiya.az “Kaspi” Təhsil şirkətinin direktoru Elnur Əliyevin “Qafqazinfo”ya müsahibəsini təqdim edir - “Kaspi” liseyi hansı zərurətdən yarandı? - “Kaspi” liseyi “Kaspi” Təhsil Şirkətinin yeni açılmış liseyidir. Ancaq biz liseyin açılmasına bu yaxınlarda qərar verməmişik. Bu şirkət artıq 8-ci ildir ki, fəaliyyət göstərir. 8 illik fəaliyyət təhsil sahəsində təcrübə yığmağa, onu düzgün başa düşməyə kifayət qədər kömək edib. Təhsil şirkəti təsis olunan da gələcəkdə lisey də açılacağı bəlli idi. Şirkətin bünövrəsi qoyulanda razılaşdırılmış məsələlərdən biri də bu idi ki, 5 il ərzində məktəb təsis etməliyik. Biz məktəb açmağın çox məsuliyyətli bir iş olduğunu bilirik. Məktəb açmaq bina tikib ,uşaq yığmaqdan ibarət deyil. Burada təhsil sistemini, tədrisi, metodikanı, proqramları, müəllimlərin işini düzgün başa düşmək lazımdır. Şirkətimizin ilk təcrübəsi ingilis dili tədrisi ilə bağlı idi. Biz bir il ərzində Bakıda ən böyük ingilis dili məktəbinə çevrildik. Bu günə qədər 10-minə yaxın adam “Kaspi”nin ingilis dili kurslarından faydalanaraq ingilis dilini mükəmməl şəkildə öyrənib. Onlardan bir çoxu dil öyrəndikdən sonra xaricdə təhsil alıb. Növbəti mərhələdə 2008-ci ilin sonunda abituriyent hazırlığına başladıq. Bilirsiniz, bu yuxarıya doğru addımdır. Şagirdləri ali məktəbə hazırlayır. Bu bizə kömək edir ki, yuxarı siniflərin vəziyyətini doğru anlayaq. Həm ikillik, həm də bir illik proqramlarla məktəbin beş -altı illik keçirilmiş proqramının təkrarını həyata keçiririk. Bununla yanaşı kadrlar yığılırdı, müəllimlər yoxlanılaraq işə götürülürdü. Bu da bizə təkan oldu ki, sahəni öyrənək. Bundan sonra “Kaspi kids” məktəbəqədər hazırlıq kurslarını açdıq. Burda məqsəd o idi ki, biz ibtidai siniflərin fəaliyyətini başa düşək. Artıq 4-cü ildir ki, “Kaspi kids” də fəaliyyət göstərir. Azərbaycanda həcminə görə ən böyük məktəbəqədər hazırlıq mərkəzidir. Paralel olaraq bir xaricdə təhsillə də məşğul oluruq. “Kaspi”nin xarici təhsil xidməti 100-dən artıq universitetlə, orta məktəblə, hazırlıq mərkəzləri ilə partnyordur. Bu da bizə xarici təcrübəni öyrənməyə kömək etdi. Bundan əlavə Azərbaycan məktəblilərinə və gənc müəlimlərə kömək etmək məqsədiylə təcrübəli və peşəkar müəlimləri cəlb etməklə siniflər üzrə fənlərin 500 video dərsi cəkərək sosial lajihə olan"Oxu TV" portalını yaratdıq, və ödənişsiz olaraq ictimaiyyətin istifadəsinə verdik. Bütün bunlardan təcrübə yığılması nəticəsində müəllim ehtiyatını daha da genişləndirərək bu liseyi açdıq. Bütün sahələrdə olduğu kimi təhsildə də rəqabət inkişafa yol açır. Qeyd edim ki, ölkədə özəl təhsil müəssisələrinə baxsaq görərik ki, sayları azdır. Türk liseyləri var idi. Bir neçə də ingilis dilli məktəb- Oksford , British school kimi məktəblər var idi. 9 milyonluq əhali üçün barmaqla sayılacaq qədər az olan özəl məktəblər var. İkincisi, Bakının bu hissəsində, yəni Sabunçu, Suraxanı, Nizami rayonlarını əhatə edən özəl məktəb yoxdur. Valideyn uşağını özəl məktəbə qoymaq istəyirsə, evindən çox-çox aralıda olan məktəblərə aparmalıdır. Üçüncüsü, biz tədrisə fərqli baxış gətiririk. Hesab edirik ki, bu ölkənin gələcək təhsil sisteminə fayda verəcək. - “Kaspi” liseyinin açılması Araz kurslarının və özəl türk liseylərinin bağlanması ərəfəsində baş verdi. Siz bunu təsadüf hesab edirsiniz? - “Çağ” Öyrətim şirkəti Socarla birgə bəyanat yayıblar. Həmin bəyanatda buna aydınlıq gətiriblər. Bu birbaşa təsadüfdür. Təhsil sahəsində olanlar anlayır ki, məktəb açmaq bir ayın işi-beş ayın işi deyil. Məktəb açmaq üçün ən azı iki il əvvəldən bunu planlaşdırmalısan. Bu məsələlər hamısı çox təəssüf ki eyni vaxtda təsadüf etdi. Ancaq bizim bu məsələyə aidiyyatımız da yoxdur. - Son günlər sosial şəbəkələrdə, ictimaiyyət arasında ən çox müzakirə olunan mövzu budur ki, Araz kursları və Türk liseyləri ona görə bağlandı ki, “Kaspi” liseyi açılır. - Deməzdim ictimaiyətdə, ola bilər kimlərdəsə belə bir səhv təsəvvür var. Bəzi media orqanları da bu fikri yaratmağa çalışırlar. Bir daha deyirəm ki, biz 8 ildir ki, fəaliyyət göstəririk. Biz fəaliyyətə başlayanda da Araz Hazırlıq Kursları var idi. “Kaspi” olaraq biz həmişə sağlam rəqabətdə olmuşuq. Çalışmışıq ki, nəticələrimizi daha da irəli aparaq. Gedişat da onu göstərir ki, bu 8 il ərzində nə onlar bizdən, nə də biz onlardan təpki görmüşük.. Bu müddət ərzində də hər şey normal gedib. - Mütəxəssislər qeyd edirlər ki, bu liseylərin bağlanması Azərbaycan təhsilinin məhvinə səbəb olacaq. Sizin görüşünüz nədir? - Mən düşünmürəm ki, bütün ölkənin təhsili 10-11 litseyin üzərində qurulub, müəyən cətinlikləri istisna etmirəm, hər halda ölkədəki alternativlər diqqətdən keçirilib. Respublikada digər özəl məktəblər də var ki uşaqlar həmin özəl məktəblərdə təhsillərini davam etdirə bilərlər. Və yaxud dövlətin yüksək səviyyədə təhsil verən liseylərini də seçə bilərlər. Hazırda “Kaspi” liseyi də 9-cu sinifə qədər sənəd qəbulu elan edir. Həmin uşaqlar özünə uyğun məktəb axtarırsa, düşünürük ki, biz burada keyfiyyətin yaxşısını onlara verə biləcəyik. Bir məktəbin alternativi də biz ola bilərik. Azərbaycanda özəl təhsil sfearası çox böyük deyil. “Kaspi” liseyinin açılmasının bunların bağlanması ilə əlaqəsinin olmadığını göstərən bir fakt da odur ki, bizim məktəb 10 və 11-ci sinif şagirdlərini qəbul etmir. Baxmayaraq ki nə qədər 10 və 11-ci sinif şagirdləri bu qərardan sonra özlərinə məktəb axtarırlar. Biz əgər onların bağlanmasından fürsət götürüb açılmış olsaydıq, həmin şagirdləri də qəbul edərdik. - Həmin liseylərin müəllim kontingentindən “Kaspi” liseyində istifadə olunacaqmı? - Hazırda bizə həmin liseylərin müəllimlərindən müraciətlər var. Biz onsuz da liseyin müəllim qəbulunu elan etmişik. Hazırda “Kaspi”nin liseylərinə və hazırlıq mərkəzlərinə hər il olduğu kimi müəllim qəbulu aparılır. Qəbul da əvvəlcədən qəbul edilmiş standartlara əsasən həyata keçirilir. Uyğun gələn iddiaçılar birinci mərhələdə imtahana dəvət olunurlar. Test imtahanından keçənlər intervyuya dəvət olunacaqlar. Həm pedaqoji xüsusiyyətləri araşdırılıcaq, həm də psixoloji məqamlara diqqət yetiriləcək. Bu intervyudan keçən müəllimlər isə açıq nümunəvi dərslərə dəvət olunacaqlar. Onlar mövzular seçib dərslər təqdim edəcəklər. Həmin dərslərdə də onlar müşahidə olunacaqlar. Son variantda seçilənlər işə qəbul olunacaq və liseydə onlara treninq keçirilməyə başlanılacaq. Bizim yeni tədris sistemi, texnologiyalardan, ağıllı lövhələrdən istifadə barədə bir ay ərzində təlim keçəcəklər ki, sentyabra hazır olsunlar. Bu bizə müraciət edən iddiaçıların hamısına şamil olunacaq. Kaspi peşəkar fəaliyətnən məşğuldur,öz standartları var.Bu standartlara cavab verən hər kəs bizimlə işləyə bilər. İstənilən halda müəllimlərimizi bu süzgəcdən keçirəsiyik. - Liseyin şagird tutumu nə qədərdir? - Bina iki korpusdan ibarətdir. Məktəbin gücünə uyğun 1000 nəfər tələbə götürmək imkanımız var. Amma bu il 1000 nəfər götürmək istəmirik. Biz məktəbin gücünün 30-40 faiz həcmində fəaliyyətə başlayacayıq.Hazırda sənəd qəbulu gedir. Yüzlərlə müraciətlər var. I sinifdən IV sinfə qədər olan hissəni təşkil etdiyimiz komissiya intervyu edəcək. Kriteriyalara uyğun gələn uşaqları məktəbə qəbul edəcəyik. V- IX siniflər isə riyaziyyat, məntiq, ana dilindən test imtahanı verəcəklər. İmtahandan keçən şagirdlərimizi məktəbə qəbul edəcəyik. Təhsil ödənişli olmasına baxmayaraq imtahanla həyata keçirilir. - Təhsil haqları nə qədərdir? - Hazırda 4500 manatdır. Məktəbin əslində hesablayıb qoymaq istədiyi qiymətin kifayət qədər aşağısındadır. Təhsil sahəsi kifayət qədər investisiya tələb edən sahədir. Bizim bu məktəbin qiymətini aşağı qoymaqda da baxışımız budur ki, hazırda qiymət qaldırıb gəlir qazanmaq niyyətində deyilik. Sadəcə olaraq bu sahədə təhsilin inkişafına kömək etmək istəyirik. Məktəbin də şərtlərinə baxsaq, bu qiymət ən yaxşı halda onun xərclərini bağlaya bilər. Binada, dərs otaqlarında yüksək səviyyəli şərait yaradılıb. Şagirdlərin məktəb formalarını da lisey verəcək. Həmin paltarlar ölkədən kənarda sifariş olunub. Məktəb onların yüksək çeşidli və zəngin, gigiyenik naharla da təmin edəcək. Dərslərdən sonra saat beşə qədər uşaqlar bütün əlavə məşğələlərdən, rus dili ingilis dili, idman , şahmat, musiqi , rəqs, rəsm və s. yararlana biləcəklər. - Növbəti illərdən qiymət qalxacaq? - Ola bilər. Biz həm də bu il qiymətləri aşağı müəyyən etmişik. Gələn ildən qiymət qalxımı indidən bilmək olmaz. - Liseyin yataqxanası varmı? - Var. Amma bu il onu fəaliyyətə verməyəcəyik. Çünki yataqxana tamamilə ayrı bir sahədir. Burada məktəb çox böyük məsuliyyəti üzərinə götürür. Bu o deməkdir ki, uşaqların bütün günü burada keçəcək. Biz düşünürük ki, bu təhsildən kənarda ayrıca bir işdir. Biz bina olaraq buna hazırıq. 100 nəfərlik tutumu olan yataqxana var. Biz hələ ki, təhsil işini başlayaq. Gələn il bu məsələni götür qoy edərik. |
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM