“AJF&Associates Inc.” və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” “exit-poll” öncəsi sorğunun nəticələrini elan ediblər

13:21 / 28.03.2018

ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar “exit-poll” öncəsi apardıqları sosioloji araşdırmanın nəticələrini elan ediblər.

 

Sorğunun nəticələrini “AJF&Associates Inc.” təşkilatının sədri Corc Birnbaum və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov açıqlayıblar.

 

Bildirilib ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5 faizi (952 nəfər) böyük şəhərlərdən, 17,6 faizi (264 nəfər) kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9 faizi (748 nəfər) qadın, 50,1 faizi (75 nəfər) kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 30,4 faizi (456 nəfər) 18-29 yaş arası 30 faizi (450 nəfər) 30-39 yaş arası, 19,5 faizi (292 nəfər) 40-49 yaş arası, 11,5 faizi (173 nəfər) 50-59 yaş arası, 5,6 faizi (84 nəfər) 60-69 yaş arası və yalnız 2,9 faizi (44 nəfər) 70 və daha yuxarı yaşda insanlar olub.

 

Sorğu vərəqəsindəki suallar təsnif edilərək aşağıdakı kimi qruplaşdırıla bilər: Əhalinin Prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi; Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət; Əhalinin siyasi fəallıq səviyyəsi.

 

Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə seçkilər və ya prezident seçkilərində siz necə iştirak edirsiniz?” sualına verilən cavabda respondentlərin böyük əksəriyyəti –74 faizi (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiklərini bildiriblər. On faiz (150 nəfər) respondent isə 11 aprel prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini deyib. Rəyi soruşulanların 12,6 faizi (189 nəfər) seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiklərini qeyd edib.

 

Anket sorğusunun birinci blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meyilli olma imkanlarını açmağa kömək edir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” və “Əgər parlament seçkiləri bu gün keçirilsəydi hansı partiyanın namizədinə səs verərdiniz?” suallarına alınan cavablar belə olub: İlham Əliyev – 82,9 faiz (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının namizədi – 70,9 faiz (1064 nəfər). “Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz?” sualına alınmış cavablar isə belə olub: əla – 28,9 faiz (433 nəfər), yaxşı –27,1 faiz (406 nəfər), orta –19,9 faiz (299 nəfər). Ümumilikdə, 75,9 faiz (1138 nəfər) respondent hazırkı hökumətin fəaliyyətini qənaətbəxş hesab edib.

 

Sorğu zamanı digər məsələlərlə bağlı rəylər də öyrənilib: “Azərbaycanın iqtisadiyyatı güclüdür” – 62, 5 faiz (937 nəfər), “Azərbaycanda söz azadlığı var” – 65 faiz (975 nəfər), “Ölkə rəhbərliyi xalqı terrordan qoruyur” – 63,6 faiz (954 nəfər), “Biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” – 62,5 faiz (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” – 62 faiz (930 nəfər), “Azərbaycan regionda sabitlik adasıdır” –63,1 faiz (946 nəfər).

 

Sorğuda “Prezident İlham Əliyevə münasibətlə” bağlı suala cavablar belə olub: “İqtisadiyyatı təkmilləşdirir” – 58,7 faiz (881 nəfər), “Vətəndaşların qayğısına qalır” – 61 faiz (915 nəfər), “Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir” – 75 faiz (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur” – 60,7 faiz (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır – 58 faiz (870 nəfər).

 

Qeyd edilib ki, aparılmış sosioloji sorğunun nəticələri 11 aprel prezident seçkilərinə hazırlığın həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxş olduğunu göstərir. Əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM