İtaliyanın “Geopolitica.info” portalı 31 mart - Azərbaycanlıların Soyqırımı Günündən yazır

12:59 / 01.04.2018

İtaliyanın “Geopolitica.info” portalında Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzinin müəllifi olduğu “Unudulmuş soyqırımının 100 illiyi” adlı məqalə yayılıb.

Məqalədə 1918-ci ildə erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş qanlı qırğından bəhs olunur.

Müəllif Azərbaycan xalqını tarixboyu soyqırımına və ədalətsizliyə məruz qalmış xalqlardan biri kimi xarakterizə edib. O, tarixi Azərbaycan ərazilərinin 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası və İran arasında bölündüyünü və həmin ərazilərə Osmanlı imperiyasından və İrandan ermənilərin köçürüldüyünü bildirir. Ermənilərin tarixi Azərbaycan ərazilərində “böyük Ermənistan” dövləti qurmaq xülyasında olduqları və bu məqsədlə XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı qanlı qırğınlar, qətliamlar törətdikləri, o cümlədən 1905-1907-ci illər birinci rus inqilabı zamanı minlərlə azərbaycanlını qətlə yetirdikləri diqqətə çatdırılır.

Yazıda ermənilərin Birinci Dünya müharibəsi və 1917-ci ildə Rusiya imperiyasında baş vermiş inqilablardan istifadə edərək, bolşevizm bayrağı altında öz çirkin niyyətlərini həyata keçirmək üçün 1918-ci ilin 31 mart tarixində Bakıda Stepan Şaumyanın özü də daxil olmaqla 4 min erməni daşnakının, o cümlədən 6 min sovet hərbiçisinin iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam və qırğınlar törətməyə başladıqları bildirilir. Üç gün davam etmiş qətliamlarda ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı ağlasığmaz vəhşiliklər törətdiyi qeyd olunur və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş Kulner adlı bir almanın erməni vəhşiliklərinə dair 1925-ci ildə yazdıqlarından sitatlar gətirilir.

Ümumiyyətlə, 1905-1907-ci və 1918-1920-ci illər qırğınlarında ermənilər tərəfindən iki milyona yaxın müsəlman-türk əhalisinin qətlə yetirildiyi, şikəst edildiyi və öz doğma torpaqlarından didərgin salındığı vurğulanır.

Məqalədə mart qətliamlarının təkcə Bakı şəhəri ilə məhdudlaşmadığı, qısa müddət ərzində Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars şəhərlərində də törədildiyi bildirilir. Azərbaycan Xalq Cümhuriyyətinin erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarının araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaratdığı və hazırda bununla bağlı çoxsaylı sənədlərin mövcud olduğu vurğulanır. Müəllif həmin sənədlərə istinad edərək, 1918-ci ilin mart ayı ərzində Azərbaycanın müxtəlif şəhərlərində törədilmiş qırğınların miqyasına dair geniş məlumat verir. Mart qırğınları zamanı ermənilərin Gümrü, Zəngəzur, İrəvan, Gəncə, Qarabağ, Şamaxı və Naxçıvan ərazilərində aralarında qadın, uşaq və yaşlıların da olduğu on minlərlə türk-müsəlman əhalisini qətlə yetirdiklərini, yüzlərlə kənd və yaşayış məskənlərini məhv etdiklərini, Cümə və Təzəpir məscidləri, o cümlədən İsmailiyyə binası da daxil olmaqla çoxsaylı tarixi-memarlıq tikililərini dağıtdıqlarını vurğulayır.

Məqalədə mart qırğınlarından 100 il keçməsinə baxmayaraq, ermənilərin hələ də Azərbaycan xalqına qarşı genişmiqyaslı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasətini davam etdirdiyi bildirilir, 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu diqqətə çatdırılır. Habelə, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla münaqişə ilə bağlı beynəlxalq təşkilatların sənədlərinə əməl edilməsi üçün Azərbaycanın dünya ictimaiyyətinə çağırış etməkdə davam edəcəyi vurğulanır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.geopolitica.info/100-anni-un-massacro-dimenticato/.

Asiman Əsədov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM