Azərbaycanın siyasi uğurlarının müzakirəsi- “Bizim Planet” də

10:18 / 02.04.2018

 

 

Yeni buraxılışda tamaşaçıları ilə həftənin şənbə günü görüşən "Bizim Planet" verilişi politoloq Rufiz Qonaqov eləcə də, millət vəkilləri Rasim Musabəyov, Çingiz Qənizadə və Aydın Hüseynovun apardıqları müzakirələrlə davam etdirilib. Veriliş boyu həftə ərzində ölkədə baş verən əsas hadisələr və dünyadakı proseslərin Azərbaycana təsiri məsələri ətrafında  diskussiyalarda vacib məqamlara toxunulub.

Beynəlxalq Münasibətələrin Araşdırılması Məkəzinin sədri Rufiz Qonaqov ilk növbədə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri, ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlaması, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər və səfər çərçivəsində baş tutan Biznes Formun keçirilməsini tamaşaçıların nəzərinə çatdırıb. Politoloq qeyd edib ki, həmin Biznes Forumda prezident İlham Əliyevin çıxışı mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan- İran münasibətləri möhkəm tarixi və mədəni köklərlə bağlıdır. “Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan vermişdir”- deyə Rufiz Qonaqov vurğulayıb.

Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyov qeyd edib ki, “Bu görüşdə müzakirə etmək üçün bir çox məsələlər var. Təhlükəsizlikdən tutmuş Xəzərin statusu ilə bağlı məsələlər. Eləcə də, böyük layihələrdən danışıldı ki, bu İrana da, Azərbaycana da maraqlıdır. O layihələrin təkcə iqtisadi yox, eyni zamanda geopolitik əhəmiyyəti də var. Hamıya məlumdur ki, Qarabağ kofliktinin həll olunmasında İran bilavasitə iştirak etmir. Lakin İran dövlətinin prinsipial mövqeyi bəlli etdi ki, münaqişə dinc yolla, siyasi dialoq, diplomatik vasitələrlə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

“Bizim Planet” verilişində bildirilib ki, Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması, Astara-Rəşt dəmir yolu hissəsinin maliyyələşdirlməsi mövcud olan yeganə boşluğu aradan qaldıracaq.

Müzakirlər zamanı millət vəkili Çingiz Qənizadə bildirib ki, Xəzər dənizin statusu ilə bağlı müəyyən anlaşılmazlıqlar vardı ki, Xəzərin bəzi bloklarının birgə işlədilməsiylə bağlı memorandumun imzalanması münasibətləri normallaşdırıb. Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı imzalanan sənədlər əsasında bu günə qədər olan problemlər öz həllini tapdı. Bu baxımdan Xəzərin hüquqi statusu ilə bağlı mübahisəli məsələlərin həll edilməsində atılan bu addımlar əməkdaşlıq modelində digər qonşu dövlətlər üçün də bir nümunə ola bilər.

Millət vəkili Aydın Hüseynov İranla Azərbaycan arasında olan iqtisadi münasibətlərə ayrı-ayrı faktlarla nəzər yetirib. Deputat bildirib ki, Azərbaycanla İran arasıda keçirilən Biznes Forum siyasi-iqtisadi münasibətlərdə yeni bir mərhələnin əsasını qoyub. “Ticarət yollarının açılması hər iki dövlətin dövriyyəsini daha da artıracaqdır. Belə ki, Bakı-Tibilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən çox mühüm strateji və iqtisadi layihə kimi öz səmərəsini göstərir. Artıq İranla Şimal-Cənub dəmir yolunun açılması və Şərq-Qərb qovuşağına birləşməsi ilə coğrafi və strateji tərəfdaşlıq daha da böyüyəcək”- deyə  Aydın Hüseynov vurğulayıb.

Qeyd edilib ki, İran prezidenti bu dəfə olduqca sərt bəyanatlar səsləndirdi. Həsən Ruhani bildirdi ki, “Azərbaycanın təhlükəsizliyi və suverənliyi bizim dövlətimizin təhlükəsizliyi və suverənliyidir. Bu Ermənistana və onun arxasında duran qüvvətli dövlətlərə bir mesaj idi”-deyə vurğulanıb. Bundan başqa H.Ruhaninin Azərbaycanın ərazi bütövlüyünün, suverənliyinin tanınması və İranın bu faktla bağlı Azərbaycanın, eləcə də beynəlxalq hüququn yanında olması fikrini səsləndirməsi olduqca vacib şərtlərdəndir. 

Verilişdə 31 Mart Azərbaycanlıların soyqırımından 100 il keçməsi və genosidin tanıdılmasında görülən işlər, eyni zamanda beynəlxalq aləmin məsələ ilə bağlı ikili standartlarından söhbət açılıb. Bildirilib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində soyqırımın tanıdılması ilə bağlı müxtəlif aksiyalar keçirilir, yürüşlər təşkil olunur. Azərbaycan dövləti dəfələrlə beynəlxalq tədbirlərdə tarix boyu azərbaycanlılara qarşı törədilən bütün soyqırımlara qarşı ədalətli cavab verilməsini tələb edib. Vurğulanıb ki, istər mart soyqırımı ərəfəsində keçirilən etiraz yürüşləri, istər “Xocalıya ədalət” kampaniyası azərbaycanlılara qarşı törədilən bu vəhşilikləri dünya ictimaiyyətinə tanıtdırıb. Qeyd edilib ki, ermənilər tərəfindən törədilən bu cinayətlər ayrı-ayrı dövlətlər tərəfindən tanınmasına baxmayaraq Ermənistan hələ də işğalçı və terrorçu dövlət kimi mövcuddur. Vuruğulanıb ki, beynəlxalq aləm nə qədər ikili standartlardan çıxış etsə də Azərbaycan hərbi hüquqları çərçivəsində bu vəhşiliklərin layiqli cazasını özü verəcək.

“Bizim Planet”də aparılan müzakirələr zamanı ABŞ-ın Ermənistana maliyyə yardımını dayandırması məsələsinə də toxunulub. Bildirilib ki, Ukrayna və Gürcüstandan fərqli olaraq Ermənistana maliyyə dəstəyinin verilməməsi artıq sübut edir ki, Amerikanın Ermənistana heç bir marağı yoxdur. Bu da Ermənistan diplomatiyasının növbəti uğursuzluğudur. Ermənistana maliyyə yardımının ayrılmaması onu da göstərir ki, suriyalı qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi siyasi mexanizmi də artıq işləməyəcək. Burada təkcə Amerika deyil, digər ölkələr də Ermənistana gözlədikləri yardımları verməyəcəklər. Bu məsələ Ermənistan dövlətinin siyasi və iqtisadi süqutunun başlanğıcı kimi qeyd olunub.

Verilişdə son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına da nəzər yetirilib. Bildirilib ki, dünyada gedən prosesslərə sosial medianın çox böyük təsiri var. Bu gün ölkəmizə qarşı sosial şəbəkələr üzərindən müəyyən qüvvələrin yenidən fəallaşmasının şahidi oluruq. Azərbaycana qarşı atılan bu şər və böhtan dolu addımlar sübut edir ki, dövlətimizin güclənməsi onu gözü götürməyən hansısa dairələri ciddi narahat edir. Facebook, instagram, twitter, whatsapp kimi sosial şəbəkələr üzərindən Azərbyacana, onun simvollarına qarşı hörmətsizliklə yanaşanlar sözsüz ki, hansısa qüvvələrin təsiri və maliyyə dəstəyi ilə çıxış edənlərdir.  Qeyd olunub ki, Azərbaycanda mobil internet, sosial media, söz, mətbuat azadlıqları mövcuddur. Bildirilib ki, Böyük Britaniya və bir çox ölklərdə seçki zamanı müəyyən problemlər yaranarkən sosial şəbəkələrdən istifadə imkanları məhdudlaşdırılır. Lakin Azərbaycanda bu gün istənilən məlumatı almaq və ötürmək imanları mövcuddur. Vurğulanıb ki, 2011-2012-ci illərdə Yaxı Şərqdə baş verən “Ərəb baharı” adlı hadisələr məhz sosial şəbəklər üzərindən başladı.  O zaman da Azərbaycana qarşı bu cür təhdidlər irəli sürülürdü ki, bu da heç bir nəticə verməmişdi. Çox acınacaqlı haldır ki, həmin ssenari bu gün də oynanılır. Bildirilib ki, sosial şəbəkələrdən hansısa mənfi məqsədlər üçün istifadə edənlərə əks təsir göstərmək üçün Azərbaycanda daha yüksək potensial var. Qeyd olunub ki, bir qrup şəxsi öz əllərində oyuncağa çevirməklə ölkəmizdəki sabitliyi pozmağa çalışan həmin qüvvələr öz mənfur niyyətlərinə çata bilməyəcəklər.

“Bizim Planet” verilişi boyu irəli sürülən bu fikirlər onu sübut edir ki, Azərbaycan dövlətinin daxili və xarici siyasəti yad ünsürlərdən uzaqdır. Heç bir ünsür, heç bir qüvvə Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə qarşı savaşa bilməz.

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM