Hörmətli oxucular, redaksiyamıza şikayət məktubu daxil olub. Şikayət məktubunu heç bir duzəliş etmədən diqqətinizə çatdırırıq.
Məktubda bildirilir ki, özgə əmlakını mənimsəməkdə məşhurlaşmış Ələkbər və Fəxrəddin Hüseynov qardaşları Xırdalan şəhərində inşa etdikləri yaşayış binasında yeni bir dələduzluq əməli törətmişlər. Bu dəfə onlar Eks - Prezident Elçibəyin qardaşı oğlu Ayturan Əliyevin ailəsinə aid 3 otaqlı mənzili dələduzluq yolu ilə başqa şəxsə satmışlar. Abşeron Rayon Polis İdarəsi tərəfindən (müstəntiq Yaşar İsgəndərov) araşdırılan (“AFŞARAN” və “AFŞARAN-A” MMC-lərin təsisçiləri Ələkbər və Fəxrəddin Hüseynovların əməli barədə) bu işlə bağlı zərərçəkmiş qismində izahatı alınmış Müzəffər Məmmədli bildirir ki, Abşeron Rayon Prokuroru vəzifəsini icra edən Nail Əliyev baş vermiş qanunsuzluqlara açıq aşkar şərait yaradaraq onların pul və əmlaklarının dələduz qardaşlar tərəfindən mənimsənilməsinə səbəb olmuşdur.
Belə ki, araşdırma nəticəsində toplanmış materiallar cinayət işi başlanması üçün Abşeron Rayon Prokurorluğuna təqdim edilmişdir. Prokuror vəzifəsini müvəqqəti icra etməsindən fürsət kimi yararlanan prokuror müavini Nail Əliyev açıq-aşkar sənədlərin saxtalaşdırılması və dələduzluq cinayətinin tərkibi olmasına baxmayaraq dələduzluqda ad çixarmış Fəxrəddin və Ələkbər Huseynovlarla iş birliyinə girərək onları cinayət məsuliyyətindən yayındırmağa çalışır. Və bununla, bilərəkdən 5 ay uzadılan bu işi xüsusi nəzarəti altında saxlayan və dələduz qardaşları himayə etməklə cinayət işi başlanmasının qarşısını alır.
Eks Prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Ayturan Əliyevin razılığı olmadan sənədləri saxtalaşdıraraq onun mənzilini başqa adama satmışdır. Bir neçə aydan sonra isə Ayturan Əliyevin adından saxta razılıq ərizəsi müqaviləyə əlavə edilmişdir. Bir neçə dəfə Nail Əliyevlə görüşərək, Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının təkzibolunmaz cinayət əməli törətdiklərini sübutlarla onun nəzərinə çatdırsaq da o, açıq-aşkar dələduzluq və sənəd saxtalaşdırması cinayətlərini törətmiş qardaşları israrla müdafiə etmişdir. Nail Əliyevin bu işə dair qanunlarla heç cür uzlaşmayan anlaşılmaz münasibəti bizi Abşeron Rayon Prokuroru çox hörmətli Rahib Seyidova muraciət etmək məcburiyyətində qoydu. Məzuniyyətdən döndükdən sonra hörmətli Rahib müəllim müavini Nail Əliyevi, müstəntiq Yaşar İsgəndərovu və məni dəvət edərək hər birimizi dinlədi və sonda (Nail Əliyevin yanlış məruzəsinə baxmayaraq) əks tərəfə şikayətçi ilə razılaşmaq üçün müəyyən vaxt verilməsi, razilaşma olmazsa cinayət işi başlanması barədə göstəriş verdi.
Bu göstərişdən bir müddət sonra müstəntiq Yaşar İsgəndərovdan aldığımız məlumata görə Nail Əliyev qardaşları çağırıb prokurorun göstərişi barədə onları xəbərdar etmişdir. 1 aya yaxın vaxt keçdikdən və heç bir nəticə olmadıqdan sonra isə Rahib müəllim 2-ci dəfə Nail Əliyevə bu işlə bağlı ciddi tədbirlər görülməsi üçün təkrar tapşırıq verdi. Bütün bunlara heç bir əhəmiyyət verməyən Nail Əliyev təkidlə dələduz qardaşları himayə etməyə davam etmişdir. Bioqrafiyaları dələduzluqlarla dolu olan bu qardaşlar nə müqabilində belə müdafiə olunurlar başa düşmək mümkün deyil.
Fəxrəddin Hüseynov Balaxan oğlu özgə malını mənimsədiyi üçün CM-nin179 maddəsi ilə 10 il məhkumluq həyatı yaşayaraq yaxın vaxtlarda azadlığa buraxılmış və yeni dələduz əməlləri törətməkdədir. Digəri qardaşı Elxan Hüseynov Balaxan oğlu (keçmiş“MUR-AY” MMC-nin təsiscisi) Respublika səviyyəsində anoloqu olmayan elə bir dələduzluq cinayəti törətmişdir ki, (317 mənil və qeyri yaşayış sahəsini 1000-dən çox vətəndaşa satmışlar) Respublikanın bütün rəhbərliyi, hətta mötərəm Prezident İlham Əliyev Cənabları bu işi nəzarətə götürərək 1000-dən çox vətəndaşa (Elxan Hüseynov və 6 nəfər işçisi tərəfindən) vurulmuş ziyanın bərpa olunması üçün göstəriş vermiş və nəticədə problem öz həllinı tapmış dələduzlara başçılıq edən Elxan Hüseynov isə 15 il azadlıqdan məhrum edimişdir. Üçüncüsü Ələkbər Hüseynov Balaxan oğlu da törətdiyi mənzil dələduzluğu əməlinə görə 2014-ci ildə AR CM-nin 178 3.2 maddəsi ilə barəsində 140206054 saylı 07 iyul 2014-cü il tarixli cinayət işi başlanmışdır. Qaçıb gizləndiyi üçün məcburi gətirilmə qərarı ilə Yasamal Rayon Polis idarəsi tərəfindən tutularaq 2 sutka həbsdə saxlanmış və Kürdəxanı təcridxanasına göndərilmə ərəfəsində mənimsədiyi əmlakları qismən pul, qalan borcunu əmlakla ödədiyi üçün azad olunmuşdur. Qardaşların bioqrafialarındakı təkcə bu əməlləri bəs edir ki, onların cinayətkarca qanunları nə qədər heçə saydıqları, insanların mal- mülklərini haqsız və qanunsuz olaraq necə mənimsədikləri barədə fikir formalaşsın. İnanırıq ki, aidiyytı orqanlar bütün bunları və sənədlərlə sübut olunmuş cinayət tərkibli faktları görməzdən gələn Abşeron Rayon Prokurorunun müavini Nail Əliyevin qanunlarla daban-dabana zidd hərəkətinə son verəcəklər. Əks təqdirdə dövlət rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacağıq.
Gülnarə Fərəcova _______________
Ayturan Əliyev __________________
Müzəffər Məmmədli ___________________
Redaksiyadan: Məsələyə münasibətini öyrənmək üçün Abşeron Rayon Prokurorunun müavini Nail Əliyevlə əlaqə saxlamaq üçün prokurorluğa zəng etdik. Prokurorluqdan zəngimizlə bağlı Nail müəllimə məlumat veriləcəyini bildirdilər.
Ancaq Prokuror müavini məsələyə münasibətini bildirmədiyi üçün onun mövqeyini işıqlandıra bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM