Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik

16:30 / 02.04.2018

İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar.
 
Lakin kitabsevərlər, eyni zamanda köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar bilməlidirlər ki, yeni çapdan çıxan kitabların insan sağlamlığına zərəri olmasa da, köhnə kitablar, sənədlər tozlarla bol olduğundan onlar insan səhhətində bir çox problemlər yarada bilərlər.
 
Köhnə kitabları insan səhhəti üçün təhlükəli sayan həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, kitab tozu hazırda ən geniş yayılmış allergenlərdəndir: "Allergiya simptomları kəskin respirator virus infeksiyalarının simptomlarını xatırladır. Buna görə də həkim səhv olaraq soyuqdəymə xəstəliyinin müalicəsi məqsədilə dərman preparatları təyin edir. Amma bu xəstənin vəziyyətini yüngülləşdirmir. Bu xəstəliyin ən ağır forması allergik bronxial astma, anafilaktik şok, həzm sisteminin allergik zədələnməsi ola bilər".
 
Y.Abdiyeva deyib ki, kitab tozlarına olan allergiya xoşəgəlməz simptomatika ilə müşayiət olunur, o, insana diskomfort yaradır, tənəffüs orqanlarının təhlükəli xəstəliklərinin inkişafına şərait yaradır. Mikroskopik hissəciklərin tərkibindəki zərərli maddələr astmatik tutmaların yaranmasını sürətləndirir:
 
"Toz - ən güclü qıcıqlandırıcılardan biri hesab edilir, onunla mübarizə aparmaq çətindir. Mikrohissəciklər asanlıqla mebel, xalça, yumşaq oyuncaqlar üzərində toplanır, tənəffüs yollarına asanlıqla daxil olurlar. İstənilən yaşda olan insanlar üçün nəinki ev, həm də kitab tozları təhlükəlidir, onlarda saprofitlər, onların həyat fəaliyyəti və parçalanma məhsulları yerləşir. Mikrohissəciklər kif sporları toplayır, asanlıqla burun-udlağa, bronxlara, ağciyərlərə daxil olur, burun yollarında, gözlərin sklerasında çökürlər".
 
Y.Abdiyeva qeyd edib ki, belə tozların fəsadlarından daha çox əziyyət çəkənlər gündəlik olaraq çox sayda kitablarla, xüsusilə köhnə kitab və sənədlərlə təmasda olan insanlardır.
 
Onun sözlərinə görə, belə şikayətlərlə müraciət edən pasiyentlərin əsasən arxiv, kitabxana, muzey işçiləri olur.
 
Həkim bildirib ki, kitab mağazalarının satıcıları da risk qrupuna daxil olsa da, yeni çap olunan kitablar az hallarda mənfi simptomların ortaya çıxmasına şərait yaradır: "Zirzəmilərdə, köhnə binalarda yaranan artıq dərəcədə rütubət neqativ reaksiyaların yaranma riskini artırır. Kif göbələklərinin sporları kitab tozuna olan allergiyanı artırır. Çox hallarda kitab tozuna qarşı yaranan allergiya insanın vəziyyətini pisləşdirir, tənəffüs orqanlarının xəstəliklərinin gedişini kəskinləşdirir, orqanizmin sensibilizasiyasını gücləndirir".
 
Y.Abdiyeva qeyd edib ki, bu hallarda əsas əlamətlər boğazda diskomfort, acışma olur, burundan sulu, iysiz və rəngsiz selik praktik olaraq dayanmadan axır, göz qapaqlarında və sklerada qızarma və dəri qaşınması, səsdə xırıltı, bəlğəm xaric edilmədən allergik öskürək, bronxial astma əlamətlərinin güclənməsi, gözlərin yaşarması, boğulma tutmaları, hava çatışmazlığıdır. İmmunitetin zəifləməsi zamanı allergenlərə yüksək həssaslıq olduqda insanda hətta anafilaktik şokun da yaranması mümkündür: "Məhz saralmış səhifələrində çox həcmdə qıcıqlandırıcı maddələr olan köhnə sənədlər, kitablar və jurnallar allergiklər üçün təhlükəlidir. Kitablar əldən-ələ keçdikcə, - əgər onlardan qeyri-düzgün istifadə edilərsə, - "zərərli kitablar"a çevrilir, yoluxucu xəstəliklərin daşıyıcıları olurlar. Laborantlar çox vaxt məşhur kitabxanalardakı kitabların səhifələrində xəstəlik törədicisi olan mikroblar – difteriya, qızılı stafilokk, streptokokk çöpləri və xüsusilə tez-tez vərəm çöpləri aşkar ediblər.
 
Yoluxucu xəstəliklərin törədicilərinin kitablara necə daxil olduğuna gəldikdə, Y.Abdiyeva deyib ki, onlar kitablara öskürmə və asqırma zamanı tüpürcəklə, daha çox tüpürcəklə isladılmış barmaqla səhifələrin vərəqlənməsi zamanı baş verir. Lakin kitablara xəstəlik törədicilərini milçəklər də daxil edə bilər. Kitabların müxtəlif xəstəlik törədicisi olan mikroblarla yoluxması onlara tozların çökməsi və səhifələrin dəri xəstəlikləri olan xəstələrin barmaqları ilə vərəqlənməsi, tüklərinin səhifələrin arasına düşməsi nəticəsində baş verir: "Ən xoşagetməz hal odur ki, mikroblar kağızlarda uzun müddət yaşayırlar və uzun müdət də xəstəlik törədici gücünü saxlayırlar. Belə ki, vərəm çöpləri səkkiz aya qədər, streptokokk, stafilokokk törədiciləri üç aydan çox, difteriya çöpləri bir aydan çox yaşayırlar".

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM