Cəhalət girdabında

15:26 / 02.04.2018

Xarici ölkələrdə Azərbaycan əleyhinə kampaniya ilə məşğul olan bəsit təfəkkürlü, nankor, bəzi dairələrin əlində oyuncaq olan bir qrup şəxsin son günlər sosial şəbəkələrdə söyüş və təhqir dolu fikirlər səsləndirmələri cəmiyyətimizin hər bir üzvündə, eləcə də ziyalılarımızda kəskin etiraz doğurub. Strategiya.az AZƏRTAC-a istinadən yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun bununla bağlı "Cəhalət girdabında” adlı qeydlərini təqdim edir.
 
Vaxtilə yazdığım "Azadlıq” romanının birinci fəsli 80-ci illərin sonlarından, həmin dövrlər Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrdən, hakimiyyəti ələ keçirsə də, onunla davranış qaydalarını bilməyən və bu səbəbdən ölkəni uçuruma sürükləyən tragikomik olaylar törədən oyuncaq hökumətin macəralarından bəhs edir.
 
Bu fəsildə, həmçinin o dövrlər xalq hərəkatının mərkəzi olan "Azadlıq” meydanında baş verənlər – Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda savaşa qalxmış xalq və onunla yanaşı, azadlığın, müstəqilliyin nə demək olduğu barədə heç bir anlayışı olmayan, bu barədə düşünməyi, bəlkə də, heç bir zaman ağlına belə gətirməyən, bu ümumxalq coşqusuna öz xırda, fərdi problemlərinin, məişət dərdlərinin narazılığı ilə qatılan bir qisim insan zümrəsinin təsviri də yer alır.
 
Meydanda nə baş verdiyini, xalq hərəkatının amalını, ali məqsədini dərk etməyən, daha doğrusu, dərk etmək iqtidarında olmayan bu bəsit təfəkkür sahibləri buraya müxtəlif dərdlərlə – biri, neçə illərdən bəri sınıq damının təmirinə əlac qılmayan mənzil-təsərrüfat kontorundan gileyli, o biri qonşusu, ya qohumu ilə bölə bilmədiyi torpaq sahəsi, yaxud əmlakından narazı, digəri ali məktəbə daxil ola bilməyən övlad nigaranlığı və s. ilə gəlsələr də, izdihamın ab-havasıyla, hamıyla bir "A-zad-lıq!” deyə qışqırır və bundan özünəməxsus rahatlıq tapır…
 
Zaman ötdü, ölkəmiz, nəhayət, layiq olduğu müstəqilliyinə qovuşdu, çiçəkləndi, abadlaşdı, Bakımız, şəhərlərimiz, kənd və qəsəbələrimiz işıqlandı. Bir vaxtlar düşmən tanklarının, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin cəsədi üzəriylə yeridiyi "Azadlıq” meydanı qüdrətli Azərbaycan ordusunun nümayiş meydanına çevrildi…
 
Vaxtilə bu meydanda şüursuz canfəşanlıqla "Azadlıq!” çığıran həmin zümrə isə dəyişmədi. Onlar yenə meydandadırlar. Bu dəfə onların meydanı "Azadlıq” yox, virtual əxlaqsızlıq və heysiyyətsizlik məkanına çevirdikləri sosial şəbəkələr, şüarları – mənasını və məqsədini yenə anlamadıqları qaranlıq savaşın diktəsi altında yağdırdıqları söyüş və təhqirlərdir. Bu dəfə onlar xalqın yox, onun düşmənlərinin – ölkənin inkişafını, abadlığını, əmin-amanlığını, dövlətinin müstəqil, çevik siyasətini, əyilməzliyini gözü götürməyənlərin yanındadırlar. Onlar bu dəfə də qoşulduqları savaşın mətləbini – Azərbaycanın dağıdılmasına köklənmiş bu iyrənc təxribatın alt qatında közərən düşmən niyyətini anlamaq iqtidarında deyillər...
 
Bu gün onların şüarı söyüş və təhqirlərdir və bütün bu püskürtünün arxasında yenə həmin dar, bəsit təfəkkür, miskin vətəndaşlıq yetərsizliyi işarır. Onlar söyür, hədələyir, təhqirlər yağdırır, heç bir məntiqi əsasa dayaqlanmayan bu nifrətin, Azərbaycanın göz qabağında olan uğurlarına kölgə salmaq iqtidarında olmadığının fərqinə varmırlar.
 
Təbiidir, tutarlı söz olmayanda, əlac söyüşlərə və təhqirlərə qalır.
 
Lakin bu adamlar, söyüb təhqir etdiklərindən guya üstün tutduqları ana-bacılarından, övladlarından, ümumiyyətlə, Azərbaycan xalqından və Azərbaycan dilindən utanmırlarmı?..
 
Axı bütün bu mənzərə – heç bir əxlaqa sığışmayan, Azərbaycana, azərbaycançılıq məfhumuna uyuşmayan o eybəcər mətnlər, ilk növbədə, Azərbaycan xalqını, onun əxlaqını, dilini təhqir edir?! Ucuz, şəxsi iddiaları, məişət səviyyəli fərdi inciklikləri necə ana Vətəndən, xalqından, millətindən üstün tutmaq olar? Buna nə ad verək? Şüursuz cahillikmi?.. Yoxsa, milli heysiyyətsizlik? Ya sadəcə, xainlik?..
 
Özlərini azərbaycanlı hesab edən bu adamlar müstəqilliyinə yenicə qovuşmuş bu yaşıllıqlar, çaylar, hövzələr, dağlar dolu gözəl diyarın hansı geosiyasi durumda olduğu, başının neçə illərdən bəri hansı müsibətlər və bəlalar çəkdiyi, dörd bir yandan hansı təhlükələr, xarici təzyiqlər və təhdidlərlə üzləşdiyi və bütün bu od-alovun içi ilə, sakit sularda əmin-amanlıqla üzən yaşıl gəmi tək irəliləməyə davam etdiyinin nəyin, hansı əziyyətlərin və fədakarlıqların bahasına başa gəldiyi barədə nə isə anlayırlarmı, görən?..
 
Məncə, yox. Olsun ki, onlar əbədi olaraq, həyatın dibinə – ali, insani dəyərlərin, yüksək idealların, Vətən, torpaq, xalq kimi, müqəddəs məfhumların heç bir zaman anlaşılmayacağı, insan ziyasının öz nurunu heç bir vaxt saçmayacağı, havasız, qaranlıq cahillik bataqlığına gömülməyə məhkumdurlar. O zülmətin, o ziyasız bataqlığın bir adı var: CƏHALƏT.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM