Gəncə Avtomobil Zavodunun (GAZ) istehsalı olan 10 mininci traktor konveyerdən çıxıb.
Bu münasibətlə aprelin 2-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko, müavin köməkçisi Sergey Veliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodunun direktoru, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko, “Minsk Avtomobil Zavodu” ASC-nin direktoru Dmitri Kateriniç, Belarusun Gürcüstandakı səfiri Mixail Miyatnikov iştirak ediblər.
Qonaqlar əvvəlcə müəssisədə yaradılan istehsal və əmək şəraiti, eləcə də traktorların yığım prosesi ilə yaxından tanış olub, zavodun istehsal etdiyi texnikalara baxış keçiriblər. Bir sıra texnikaların istehsal perspektivlərini müzakirə edən qonaqlar və zavod rəhbərliyi gələcək layihələr barədə fikir mübadiləsi aparıblar.
Belaruslu qonaqlara məlumat verilib ki, əsası 1986-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi uzun müddət fasilədən sonra 2004-cü ildə yenidən fəaliyyətə başlayıb. 2007-ci ilin mart ayına qədər müəssisədə “OKA”, “UAZ”, “ÇAN QAN” markalı avtomobillərin yığımı həyata keçirilib.
2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda yeni yığım xətləri quraşdırılıb və 2007-ci ilin martın 27-də ilk “Belarus 80.1” model traktoru konveyerdən çıxıb. Bu gün isə müəssisədə həmin traktorların 10-a yaxın modeli yığılır. Bununla yanaşı, 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 3000-ə yaxın “MAZ” avtomobili istehsal olunub.
Qeyd edilib ki, müəssisənin Belarusla əlaqələri təkcə traktor və avtomobillərin yığılması ilə yekunlaşmır. 2007-ci ilin sentyabrında Belarusun "Dorelektromaş" və "Smorqon aqreqat zavodu" ilə razılığa əsasən, "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. 2009-cu ildə “Moqilyovtransmaş” ASC ilə müqavilə imzalanıb və 25 tonluq avtokranların yığılması həyata keçirilib. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə Avtomobil Zavodunun istehsal potensialının artmasının həm şəhərin, həm də respublikamızın iqtisadi inkişafı üçün böyük töhfə olduğunu deyib. Bildirilib ki, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, 2007-ci il martın 27-də GAZ-da ilk “Belarus” traktoru, bu gün isə 10 mininci traktor konveyerdən çıxıb.
Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko çıxışında ölkələrimiz arasında əlaqələrin öz dinamikliyi ilə fərqləndiyini qeyd edib. Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor və Avtomobil zavodları arasında əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirən nazir müavini bu müəssisələrin üçüncü ölkələrə texnikaların ixrac edilməsi istiqamətində yeni layihələr üzərində işlədiyini diqqətə çatdırıb.
"Gəncə Avtomobil Zavodunda yığılan 10 min "Belarus" traktoru, təxminən 3 minə yaxın "MAZ" yük maşını əməkdaşlığın bu formasının özünü doğrultduğunu göstərən real rəqəmlərdir. Bu il imzalanan ikitərəfli strateji əməkdaşlıq memarandumları yaxın vaxtlarda müəssisələr arasında daha sıx iş birliyinin olacağından xəbər verir", - deyə V.Semaşko əlavə edib.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxışında Gəncə Avtomobil Zavodunda 10 mininci traktorun konveyerdən çıxmasına həsr edilən tədbirin ölkə iqtisadiyyatının inkişafının göstəricisi olduğunu bildirib. Bu uğurlu əlaqələrin təməlində Prezident İlham Əliyevin 2006-cı ildə Belarusa səfəri zamanı bağlanan ikitərəfli müqavilənin dayandığını deyən Yaqub Eyyubov Azərbaycan iqtisadiyyatının yüksək templə inkişaf etdiyini vurğulayıb. Həmçinin Yaqub Eyyubov dövlətimizin başçısının “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə daim maraqlandığını və ondan öz qayğısını əsirgəmədiyini diqqətə çatdırıb. Baş nazirin birinci müavini ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev müəssisədə həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edərək deyib ki, Belarus zavodları ilə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
“Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko Gəncədə yığılan yüksək keyfiyyətli avtomobillərin xarici ölkələrə ixrac edilməsi təşəbbüsünü yüksək dəyərləndirib.
Çıxışlardan sonra 10 mininci traktor konveyerdən buraxılıb.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM