Ramin Musayev Azərbaycan çempionaına türkiyəli hakimləri dəvət etmək istəyir

18:38 / 02.04.2018

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Futbol+” qəzetinə geniş müsahibə verib.

Azərbaycan milli komandasının keçirdiyi son yoxlama görüşlərdən danışan Musayev PFL-in növbəti mövsümlə bağlı planlarını da qismən açıqlayıb. 

Belə ki, Peşəkar Futbol Liqası növbəti futbol ilindən etibarən əvəzedicilərin yarışı ilə I Divizionu birləşdirmək niyyətindədir: “Hansı klubların ki, büdcəsi buna imkan verəcək, onların əvəzedici komandası aşağı dəstədə çıxış edəcək. İmkanı olmayanlar isə əvəzedicilərə xərclədiyi pulu qoy aşağı yaş qruplarına sərf etsinlər. Uşaq futbolu inkişaf etməlidi ki, gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmalar əziyyət çəkməsinlər. Etiraf edək ki, aşağıdan yuxarıya istedadlı futbolçu ya gəlmir, ya da onların sayı bir əldə olan barmaq qədər azdı. Əsas milli iki hücumçunun ümidinə qalıb. Onlarla rəqabət apara biləcək oyunçu olmadığından, həmin forvardlarda da arxayınlıq yaranır. Sadaladığım bu səbəblərdən reqlamentdə dəyişiklik etməyin zamanı yetişib. Kim ki bizimlə razılaşmayacaq, əvəzedicilərinə Region Liqasında mübarizə aparmasına şərait yaradar. Biz bütün bunları ölkə futbolunun inkişafı naminə edirik. Bildiyiniz kimi, yanvarda hakimlərin Antalyadakı təlim-məşq toplanışını yaxından izləmək üçün Türkiyəyə yollanmışdım. Həmin vaxt orda aşağı yaş qrupları üzrə iki millimiz də toplanış keçirdi. Həmin komandaların hazırlığını izləyərkən məşqçilərin necə əziyyət çəkdiyini gördüm. Bizim uşaqlar türkiyəli həmyaşıdlarından geri qalırlar. Ümid edirəm ki, birinci dəstədə, daha təcrübəli oyunçularla bir çempionatda mübarizə aparmaq yeniyetmə və gənclərimizə çox şey verəcək”.

Ramin Musayevin müsahibəsinin digər bəndində rast gəldiyimiz məqam inqilabi və tarixi addım kimi qəbul oluna bilər. Hələ bir neçə il öncə qardaş Türkiyə ilə gerçəkləşdirilməsi gündəmə gələn  oyunçu mübadiləsini indi hakimlərim timsalında görə bilərik. Musayev artıq bununla bağlı ilk görüşünü reallaşdırıb: “Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan – Makedoniya oyunu zamanı  Cüneyt Ç,akırla görüşdüm. Elə ilk dəfədən də məndə ona böyük simpatiya yarandı. Bizim xalqa, insanlarımıza necə böyük hörmət bəslədiyini ilk kəlmələrdən duymaq çətin olmadı. O məndən bizim hakimləri, o cümlədən Ömər Paşayevi soruşdu. Ömərin martın 27-də Alaniyada oyun idarə edəcəyini bildirib ona uğurlar arzuladı. 6-7 il öncə mən Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb bəzi məsələlər barədə söhbət etmişdim. Təəssüf ki, planlarımız həyata keçmədi. Söhbət türk futbolçuların Azərbaycanda, bizimkilərin isə qardaş ölkədə legioner statusu olmadan top qovmasından gedir. Ancaq qarşı tərəf bizim bu istəyimizə razılıq vermədi. Çakırla söhbətdə isə hakimlik məsələsinə toxunduq. Ona dedim ki, ikitərəfli geniş görüş keçirək və razılıq əldə olunarsa, ildə bir neçə dəfə türk hakimlər bizim premyer-liqada, bizim referilər isə superliqada matç idarə etsinlər. Bir növ təcrübə mübadiləsi olsun. Burda söhbət öz hakimlərimizə inamsızlıqdan, məsul oyunlarda onlara güvənməməyimizdən getmir. Heç qonorar söhbəti də aktual deyil. Sadəcə, istəyirik ki, ədalət təmsilçilərimiz də inkişaf etsin, aralarında sağlam rəqabət yaşansın. Desinlər ki, niyə filan hakim superliqada oyun idarə etdi, mən kənarda qaldım? Özünü orda görmək istəyən referi də çalışacaq ki, premyer-liqada idarə etdiyi oyunlarda yüksək qiymət alsın ki, sabah onu da bu layihə çərçivəsində qardaş ölkəyə yollayaq. Bu həm də hakimlərimizin ölkədən kənarda tanınmasına xidmət edə bilər. Cüneyt bəy bu işdə böyük məmnuniyyətlə yardımçı olacağını bildirdi. Ondan başqa Makedoniya ilə oyundan öncə Türkiyə Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu ilə görüşdüm. Onunla da bu mövzuda söhbət etdik. Ümumiyyətlə, yığmanın yoxlama görüşünə türk hakimlər geniş tərkibdə gəlmişdi. Bu yeni sistemin sınaqdan keçirilməsi ilə bağlı idi. Sözsüz ki, qarşı tərəf AFFA rəhbərliyindən və Qurban müəllimdən icazəli şəkildə bunu həyata keçirmişdi. Biz də öz növbəmizdə VAR sistemi ilə maraqlandıq, müsbət və mənfi cəhətlərini öyrəndik. Yusuf bəy hakimlərin təcrübə mübadiləsi ilə bağlı məsələni gələcəkdə görüşüb müzakirə etməli olduğumuzu bildirid. Həmin vaxt az olduğundan geniş müzakirələr apara bilmədik. Yəqin ki, gələcəkdə bu görüş baş tutacaq".

Musayev Cüneyt Çakırı Azərbaycan Kubokunun final görüşünə dəvət edib: “Mən onları bizim kubokun final oyununa dəvət etdim. Çakır böyük məmnuniyyətlə gəlmək istədiyini bildirdi. Ancaq bildiyiniz kimi, Cüneyt bəy bu yay Rusiyada təşkil olunacaq mundiala yollancaq hakimlər arasındadı. Onlar üçün isə mayda təlim-məşq toplanışı təşkil olunub. Bu üzdən tanınmış referi Azərbaycana gələ bilməyəcək. Ancaq onu da bildirdi ki, dünya çempionatından sonra nə vaxt istəsəz, Azərbaycana səfər edib çempionat oyunlarını izləyə bilər. Hətta “İstəsəz,Premyer Liqa matçını da idarə edə bilərəm” deməyi də unutmadı. Sözün həqiqi mənasında böyük insandı. Onun bizim hakimlərlə maraqlanması, onların idarə etdiyi oyunlarda yaşananları yada salması Azərbaycan barədə çox yüksək fikirlər səsləndirib, xoş sözlər deməsi mənə çox xoş gəldi. Hiss olundu ki, o bizim çempionatı izləyir. Hakim kimi başqa, insan kimi də çox xoş sözlərə layiqdi. İkitərəfli görüşə gəlincə, inşallah, yaxın vaxtlarda bu görüş baş tutacaq”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM