"Rossiya seqodnya"nın baş direktoru: "İlham Əliyev Azərbaycanın tərəfdaşlarına qarşı sərt və tələbkardır"
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur teleaparıcı Dmitri Kiselyov Sputnik Azərbaycan-a müsahibə verib. Müsahibəni təqdim edirik:
— Siz dəfələrlə prezident İlham Əliyevlə görüşmüsünüz, ondan müsahibə götürmüsünüz. Azərbaycan lideri Sizdə hansı təəssüratı oyadıb?
— Sözlərimin təbliğat kimi qəbul olunmasını istəməzdim. Mən, həqiqətən, İlham Əliyevlə görüşmüşəm və o, məndə öz ölkəsinin tarixini bilən və böyük perspektivi görə bilmə qabiliyyətinə malik məsuliyyətli dövlət lideri təəssüratını oyadıb. Məndə belə bir təəssürat yarandı ki, onda çinlilərə xas hansısa cəhətlər var, çünki yalnız çinlilərdə gələcəyə belə bir sakit və inamlı baxış mövcuddur.
2000-ci illərin əvvəllərində Kiyevdə qəbullardan birində mənim Çin səfiri ilə söhbətim oldu. Söhbət zamanı mən Çini sürətlə inkişaf edən güclü dövlət adlandırdım. O, mənə etiraz etdi: "Xeyr, güclü deyil. Biz əlli ildən sonra güclü olacağıq". Bu təlaşa qapılmama çinlilərə sistemli addımlar atmağa imkan verir.
Bu mənada İlham Əliyev çinlilərə bənzəyir. O tələsmir. O, öz ölkəsinə inanır, infrastrukturla, uzunmüddətli layihələrlə məşğul olur — həm "hardware", həm də "software" sahəsində. O, azərbaycanlı xarakterini yaradır. Azərbaycan gənc dövlət olduğu üçün bu tip formalaşdırıcı təsirə ehtiyacı var.
Azərbaycan üçün lider mütləqdir. Hesab edirəm ki, belə bir liderə malik olduqlarına görə azərbaycanlıların bəxtləri çox gətirib — o tələsmir, lakin vaxtı da əldən vermir, bu isə çox əhəmiyyətlidir. O, öz ölkəsini, öz gəmisini çox əmin bir kursla aparır, çətinlik və maneələrdən keçirir. Heç də bütün gənc dövlətlər bu maneələri Azərbaycan kimi ağrısız keçə bilmir.
İlham Əliyevə can sağlığı diləyirəm. Arzu edirəm ki, Azərbaycan xalqı öz liderinə qarşılıqla – sevgiyə sevgi ilə cavab versin.
— Azərbaycan həqiqətən son 25 ildə böyük quruculuq yolu keçib. Buna əmin olmaq üçün Bakıya gəlmək kifayətdir. Sizin fikrinizcə, nəyin hesabına Azərbaycan belə möhtəşəm nəticələr əldə edə bilib? Burada yalnız karbohidratlar rol oynayıb?
— Birincisi, karbohidratları da idarə etməyi bacarmaq lazımdır. İkincisi, indi karbohidratlardan istifadə üçün yüksək texnologiyalar lazımdır. Neftin çıxması üçün sadəcə yeri qazmaq kifayət deyil. Bundan əlavə, inkişafın əsas amili kimi siyasi sabitlik lazımdır. İlham Əliyev isə bunu gözəl başa düşür. Bu, onun üçün xüsusi diqqət predmetidir.
Qarabağ münaqişəsi Azərbaycan, həm də Ermənistan üçün adi məsələ deyil. Hər bir ölkədə məsələnin radikal həllərini təklif edən çoxlu sayda insanlar var. İlham Əliyevin ölkə prezidenti kimi problemin sürətli həllinə dair hər cür ağılsız çağırışlara məhəl qoymaması təqdirəlayiqdir. Onsuz da münaqişənin sürətli həlli mümkün deyil.
Onun mövqeyində dövlət xadiminin məntiqi, gücü və mənim fikrimcə, həm də yaxşı menecerlik qabiliyyəti mövcuddur. Müxtəlif dövlət liderliyi tipləri var. Yalnız təbliğçi olmaq azdır, biz bunu Qorbaçovun misalından bilirik. İnkişaf edən ölkənin yalnız təbliğçiyə ehtiyacı yoxdur. Düzdür, İlham Əliyev həm də təbliğçi olmağa məcburdur. İdarəetmə qabiliyyətini nitq bacarığı, aydın fikirlər, aydın göstərilmiş məqsədlə uzlaşdırmaq lazımdır. Aydın məqsəd, effektiv idarəetmə və dünya quruluşunu, yəni bunun dünyada necə edildiyini bilmək — bu aspektlərin ahəngi Azərbaycanın son 25 ildəki uğurunun sirridir.
— Prezident Əliyev Rusiyanı yaxın ölkə, Azərbaycanın əsas tərəfdaşlarından biri adlandırıb. Sizin fikrinizcə, hazırkı regional və qlobal çağırışlar şəraitində Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edə bilər?
— İkitərəfli münasibətlər mövcuddur və onlar etibara, iki prezidentin verdikləri və əməl etdikləri sözə söykənir. Əliyev sözünə əməl edir, bu, onu fərqləndirən xüsusiyyətdir. Bu mənada, o, tam olaraq avropalı deyil. Bu yerdə, fevralda istefa vermiş və 12 ildir Putinin bağ evində olduğunu deyən Hollandiyanın xarici işlər naziri yada düşür. Rusiyaya səfəri ərəfəsində o, səfərdən imtina edərək istefa verdi. Yəqin ki, o, Lavrovun özünə yönəlik baxışını bəri başdan əsəvvür edib və başa düşüb ki, bu baxışlara tab gətirməyəcək. Bəlkə də indi Avropada belə qəbul edilib – öz vədinə xilaf çıxmaq və sözünün arxasında durmamaq.
Bu mənada, Əliyev Azərbaycanın tərəfdaşlarına qarşı sərt və tələbkardır. Bizim münasibətlərimizdə dəfələrlə təsdiq olunmuş bu sözübütövlük çox etibarlı əlaqədir və bizim münasibətlərimizin rasional, lazımi qədər emosional və bölgənin bütün dövlətlərinin rifahına uyğun qurulacağının zəmanətidir.
Lakin Azərbaycan sadəcə Rusiya ilə ikitərəfli münasibətlərə malik olmaqla kifayətlənə bilməz. Bakı Rusiya-Azərbaycan-İran üçbucağında, Xəzəryanı layihələrin nizamlanması, müzakirəsi və inkişafında böyük rol oynayır. İlham Əliyev bu məqsədi özü üçün gözəl formalaşdırır, düşünür və qarşıya vəzifə qoyur. Bununla da bu üçlük bütövlükdə bölgə üçün böyük sabitləşdirici təsir göstərir. Sürətli dəyişikliklər və amerikalıların oyunu şəraitində maraqlar balansını qorumaq asan olmasa da, Əliyev bu məsafələri, maneələr zolağını itkisiz, ideal surətdə qət edir.
— Yəni Siz hesab edirsiniz ki, Rusiya-Azərbaycan-İran üçbucağını artıq sabit siyasi konstruksiya adlandırmaq olar?
— Bu format artıq illərdir ki, mövcuddur və biz həmişə orada hər hansı problem olmadan ümumi dil tapırıq. Xəzərin zonaları və yaxud təhlükəsizlik məsələləri üzrə hansısa suallar ortaya çıxanda ya qərar verilib, ya da məsələ təxirə salınıb. Buna baxmayaraq, hesab edirəm ki, bu, artıq sabit siyasi regional konstruksiyadır və o, sülhün qarantıdır.
— Cənubi Qafqaz üçün regional təhlükəsizlik əvvəlki kimi ən ağrılı problemlərdəndir. Bu məsələdə Azərbaycan hansı rol oynayır? Bakını bölgədə sabitlik amili adlandırmaq olar?
— Ümumilikdə, hə. Azərbaycanın maliyyə, iqtisadi və hərbi cəhətdən hazırda malik olduğu güclə çoxlu problemlər yaratmaq olardı. Lakin buna baxmayaraq, Azərbaycan özünü çox təmkinli aparır və uzunmüddətli oynayır. Əlbəttə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki münaqişələr heç kimin ürəyincə deyil, lakin heç olmasa, ən pis ssenaridən qaçmaq mümkün olur. Burada həlli axtarmaq lazımdır və o tapılmalıdır. Onu heç kim kənardan tapmayacaq.
Yadımdadır, Suriya prezidenti Bəşər Əsəddən müsahibə alanda ondan soruşdum ki, onun vəziyyətində olan liderə nə məsləhət verərdi? Söhbət ABŞ, Rusiya, İran, İsrail və Çinin, terror təşkilatlarının və digərlərinin maraq dairəsində olan və müharibə odunda alovlanan ölkədən gedir. O dedi: "Mənim məsləhətim — həll yolunu ölkənin daxilindən tapmaqdır. Yalnız ölkənin daxilindən əmələ gəlmiş, kimsə tərəfindən təklif edilməmiş həll variantı işləyir".
Qarabağ münaqişəsinin həllinin mənbəyi Ermənistan və Azərbaycan arasında razılaşmadır. Mənim fikrimcə, bu razılaşmaya imza atacaq liderlər özlərinin çoxlu sayda vətəndaşlarının həyatlarını qoruduqlarına və münasibətlərdə inkişaf etdirilə biləcək balansı tapdıqlarına görə tarixdə sülh yaradan kimi qalacaqlar. Bu məsələnin müsbət nəticələri mənfidən, ilk baxışda göründüyündən dəfələrlə çox olacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM