Strategiya.az xəbər verir ki, səfər çərçivəsində nazir Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 4 aprel tarixində saat 16:20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.