İsraildə çıxan nüfuzlu “The Jerusalem Post” qəzetində “Avrasiya-Azərbaycan” Beynəlxalq Ekspert Klubunun direktoru, “Vzglyad.Az” informasiya agentliyinin baş redaktoru Seymur Məmmədovun məqaləsi dərc olunub.
“Nə üçün Ermənistan aprel müharibəsini uduzdu?” sərlövhəli məqalədə deyilir: aprel müharibəsi növbəti dəfə inandırıcı şəkildə sübuta yetirdi ki, Azərbaycan işğal edilmiş ərazilərinin itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq və Dağlıq Qarabağ ətrafında indiki status-kvo rəsmi Bakı üçün yolverilməzdir.
Ermənistan eynən 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərini – Dağlıq Qarabağı və ətraf yeddi rayonu təqribən 4 il ərzində zor gücünə işğal etdiyi kimi, 2016-cı ilin aprel ayının dörd günü ərzində də Azərbaycana qarşı təcavüzkar və vəhşi hərəkətlər etdi. Ermənistan silahlı qüvvələri 2016-cı il aprelin 2-dən 5-dək fəal hərbi əməliyyatlar apararaq, qoşunların, demək olar, bütün təmas xətti boyunca Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini raket-artilleriya qurğularının, zirehli texnikanın və aviasiyanın köməyi ilə atəşə tutdu. Müəllif vurğulayır: “Əks-hücum əməliyyatı nəticəsində Azərbaycan düşmənin planlarını pozmağa və öz torpaqlarının bir hissəsini azad etməyə müvəffəq oldu. 1990-cı illərdən fərqli olaraq, 2016-cı il Ermənistan üçün ən uğursuz il oldu və əminəm ki, bu hadisə Sarkisyanın xarici siyasətinin böyük müvəffəqiyyətsizliyi kimi hələ uzun müddət unudulmayacaq”.
Seymur Məmmədov Ermənistanın məğlubiyyətinin səbəblərini açıqlayaraq yazır ki, aprel müharibəsindəki məğlubiyyətdən dərhal sonra prezident Serj Sarkisyan respublikanın Müdafiə Nazirliyində bir neçə yüksək vəzifəli generalı vəzifəsindən kənarlaşdırdı. Bu da Azərbaycana qarşı hərbi əməliyyat zamanı kobud səhvlərə yol verildiyini göstərir və belə qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağda aprel döyüşləri bu səhvləri və nöqsanları çox açıq göstərdiyinə görə, prezident bunlara reaksiya verməyə bilməzdi.
Bəs nə üçün Ermənistan aprel müharibəsini uduzdu? Əvvələn, Azərbaycan ərazisinə hərbi müdaxilə planı bu səbəbdən pozuldu ki, son illər Azərbaycan silahlı qüvvələrinin maddi-texniki bazası xeyli yaxşılaşıb: ölkə müasir silah növləri ilə təchiz olunub, ordu cəbbəxanası modernləşdirilmiş və müasir hərbi texnika tamamlanıb, tez-tez aparılan hərbi təlimlər Azərbaycan hərbi qulluqçularının döyüş təcrübəsini xeyli artırıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən xarici siyasətinin nəticəsidir.
İkincisi, bu gün Azərbaycan İsraillə sıx əməkdaşlıq edir: rəsmi Bakı İsraildən pilotsuz uçuş aparatları və zirehli texnika, radioelektron kəşfiyyat vasitələri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə qurğuları və bir çox digər müasir silahlar satın alıb.
Məqalədə deyilir ki, əməkdaşlıq etdikləri illər ərzində İsraillə Azərbaycan hərbi-sənaye sahəsində təqribən 5 milyard dollarlıq müqavilələr imzalayıblar və onların böyük hissəsi artıq yerinə yetirilib. Daha əvvəl bunu Prezident İlham Əliyev də bəyan edib. Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SIPRI) bu yaxınlarda açıqlanmış məruzəsinə görə, Azərbaycan İsrail silahlarının, hərbi texnikasının və hərbi texnologiyalarının 3 əsas alıcısından biridir. SIPRI-nın məlumatına görə, Azərbaycan İsraildən 137 milyon dollarlıq silah satın alıb.
Bu, İsraillə hərbi əməkdaşlığa üstünlük verən ölkə rəhbərliyinin uzaqgörən və müdrik siyasətinin göstəricisidir. Bu gün İsrail silahları dünyanın ən yaxşı silahlarından sayılır, etibarlılığı, yüksək keyfiyyəti və texnoloji mükəmməlliyi ilə seçilir. İsrailin qabaqcıl hərbi texnologiyaları sayəsində Azərbaycan qısa müddətdə özünün silah növləri istehsalını yarada bilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM