“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il prezident seçkilərində keçiriləcək “exit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində 3 gün ölkənin bütün regionlarında (Naxçıvan istisna olunmaqla) supervayzer və intervüerlər üçün təşkil etdiyi təlimləri başa çatıb.
Martın 30-dan aprelin 1-nə kimi mərkəzin təlimçiləri seçki günü ölkə ərazisindəki 118 dairənin 300 məntəqəsinin seçiciləri arasında sorğu aparacaq 600 intervüer, 85 supervayzerə tədqiqatın məqsədi, keçirilmə metodologiyası, iş qrafikı, vəzifə öhdəlikləri, sənədlər, o cümlədən anketlərlə işləməyi izah ediblər.
Seçimə düşən hər bir seçki məntəqəsinin qarşısında “ekzit-poll” tədqiqatını iki intervüer aparacaq. Orta hesabla hər 5 məntəqəyə 1 supervayzer təhkim olunacaq. Tədqiqatda ilk dəfə iştirak edəcək gənclərlə yanaşı, əvvəlki illərdə mərkəzin həyata keçirdiyi sosioloji sorğu və “ekzit-poll” tədqiqatlarında işləmiş peşəkarlar da var. Bakı, Abşeron, Sumqayıtda işləyəcək könüllülər üçün treninqləri üç gün ərzində “Ambassador Hotel”in konfrans zalında “ELS” MAM-ın sədri və eyni zamanda, sözügedən layihənin rəhbəri İradə Yaqubova keçirib.
Qeyd edək ki, martın 30-31 təlimlər Bərdə, Tərtər, Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Ağsu, Ağdaş, Qax, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Ağcabədi, Ağdam, Ucar, Beyləqan, Fizuli, Hacıqabul, Salyan, Şirvan, Masallı, Yardımlı, Cəlilabad, aprelin 1-də Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Zaqatala, Balakən, Gəncə, Ağstafa, Qazax, Göygöl, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Goranboy, Yevlax, Kürdəmir, Lerik, Astara, Lənkəran, Biləsuvar, Neftçala rayonlarında “ekzit-poll” tədqiqatını aparacaq könüllülər üçün keçirilib.
Layihənin növbəti mərhələsində Mərkəzi qərargahdan regionlara “ekzit-poll” üçün tələb olunan müvafiq sənədlərin və ləvazimatların göndərilməsi prosesi başlayacaq. Aprelin 11-də intervüerlərin topladıqları anketlər gün ərzində 4 dəfə hesablanacaq, nəticələr mərkəzi qərargaha ötürüləcək.
Eyni zamanda, təcrübədə ilk dəfə olaraq saat 9.00-dan hər 1 saatdan bir qutuda toplanmış anketləri çıxararaq intervüerlər onlarda olan məlumatı sensorlu planşetdəki xüsusi proqrama daxil edəcəklər. “ekzit-poll”un yekün nəticələri seçki məntəqələri bağlanandan bir saat ərzində açıqlanacaq.
Qeyd edək ki, martın 24-də Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində “ekzit-poll” tədqiqatını aparması üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzini qeydə alıb.
2008-ci ildən etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə, istər prezident, istər parlament və bələdiyyə, istərsə də referendum zamanı “ekzit-poll” tədqiqatını uğurla həyata keçirən ELS" Müstəqil Araşdırmalar Mərkəzi İB bu sahədə kifayət qədər təcrübəyə və resurslara malikdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM