Seçici davranışı olduqca geniş şaxəli mövzudur. Mövzunun mədəni, dini, iqtisadi, sosioloji, psixoloji və əlbətti ki, siyasi aspektləri mövcuddur. Başqa sözlə, ifadə etsək, seçici davranışına təsir göstərən olduqca çox amil var. Bu amillər müxtəlif elmlərin predmetinə uyğun şəkildə araşdırılır. Lakin seçki davranışları politologiya və sosiologiyanın birbaşa marağında olan məsələdir.
Politoloji ədəbiyyatda “siyasi davranış” dedikdə fərdin dünyaya, xüsusən öz həyatını şəkilləndirən hadisələrə, institutlara və sosial mühitə münasibətdə sərgilədiyi mövqe nəzərdə tutulur. Bu çərçivədə “davranış”ın əsasında fərdin öz həyatına yön verərkən və ya mühitini təftiş edərkən sahib olduğu qənaət, düşüncə və müşahidələr dayanır. Məhz bu qənaət, düşüncə və müşahidələrdən yola çıxaraq fərdlər müəyyən fəallıq nümayiş etdirirlər. Elə bu səbəbdən də siyasi davranışlar təhlil edilərkən onların əsaslandığı meyarların da nəzərə alınması vacibdir.
Bu baxımdan seçici davranışı (voter behaviour) siyasi davranış anlayışının tərkib hissəsinə daxil olmaqla siyasi araşdırmaçıların üzərində geniş dayandığı bir mövzudur. Bu da təsadüfi deyil. Çünki seçici davranışı istənilən ölkədə ən geniş miqyasda rast gəlinən siyasi davranış kateqoriyasıdır. Seçicilərin verdiyi hər səs eyni hüquqi qüvvəyə malik olduğu kimi, onun əsasında dayanan amillər də bərabər ciddiyyətə sahibdir. Səsvermə gizli olduğundan konkret hansı seçicinin kimə, hansı siyasi qüvvəyə səs verdiyini bilmək mümkün deyil. Bu isə son nəticədə müəyyən seçici seqmentlərinin davranışlarının qrup şəklində araşdırılmasını və təhlil edilməsini zəruri edir.
Seçicilərin verdiyi qərarlar son dərəcə qarışıq təsirlər altında meydana çıxır və adətən bu təsirlər sabit olmur. Ümumən isə seçici davranışı iki əsas mərhələdən keçir. Birinci mərhələdə seçici seçkilərdə iştirak edib-etməyəcəyini qətiləşdirir. İkinci etapda isə seçici səsini kimə verəcəyi barədə qərar verir.
Məlum olduğu kimi, demokratik cəmiyyətlərdə seçicilər siyasətçiləri səsvermə ilə iş başına gətirirlər. Seçicilər öz idarəçilərini seçməklə gələcəkdə onlara təqdim ediləcək dövlət xidmətləri ilə bağlı mövqelərini ortaya qoyurlar. Odur ki, siyasi münasibətlərin mövcud olduğu bütün cəmiyyətlərdə siyasi iştirakılıq və bunun klassik forması olaraq səsvermə ön plana çıxır. Fərdin seçkilərdə iştirak etməsi hökumətləri müəyyənləşdirməyə, onun fəaliyyətini qiymətləndirməyə və nəzarətdə saxlamaq cəhdidir.
Səsvermədə iştirak qərarına gəldikdən sonra seçici istər-istəməz namizədlər arasında müqayisə aparır. O, özünə sərf edən namizədi verilən vədlər və açıqlanan platformalar əsasında müəyyən edir. Bütövlükdə isə seçici davranışlarının ümumi istiqamətini hər ölkənin özünəməxsus sosial-iqtisadi xarakteri və tarixindən doğan ənənələr formalaşdırır.
Fərdlər seçkilərdə iştirakla bağlı öz mühitindən nə qədər təşviqedici məlumat alarsa, onların səsvermədə iştirakı da o qədər yüksək faizdə olar. Bu cür məlumatların əldə edilməsi və yayılması prosesində vətəndaşlar arasında qızğın müzakirələr gedir. Şəxslər arasındakı bağlar və müzakirələrin hərarəti də vətəndaşların seçkilərdə iştirakını stimullaşdırır. Seçkilərə qatılmaq vətəndaşların sosial mühitdən əxz etdiyi davranışdır, ona görə də bir vətəndaşın səsverməyə getməsi onun həmkarlarının, dostlarının, ailəsinin bu yöndəki təcrübəsinə sıx bağlıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM