Yayın artan "dərəcə"ləri ölüm gətirir

11:27 / 06.07.2014

Spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur
Yay aylarında istirahət edənlərin sayının artması elə zərərli vərdişlərə də meylin çoxalmasına da səbəb olur. Belə ki, istirahətə gedən insanların əksəriyyəti içki və siqaretə daha çox meyl edir, qidalanmada normadan artıq yüklənir və passiv həyat tərzi keçirir. Bu cür həyat tərzi orqanizmə ziyan vurmaqla yanaşı insanı sonrakı yaşamında da zərərli vərdişlərə meylli edir.

İçkilərin müxtəlifliyi istirahət edən insanların da diqqətini çəkir. Zərərli istirahət isə sağlamlıqdan çox, xəstəlik gətirir desək, daha doğru olar. Nəzərə alsaq ki, hazırda yayın ən isti günləridir, belə günlərdə spirtli içki qəbulu həkimlər tərəfindən məsləhət görünmür. Günəşin təsiri ilə daha da süstləşən bədən içkinin təsirinə dözə bilmir və normalda az təsir edən hər hansı bir içkinin gücü ikiqat qalxmış olur. Belə halda hətta zəhərlənmənin göstərişləri də ortaya çıxa bilir. 

İstirahət müddətində içki qəbul ediləcəksə, mütləq soyuq halda və sərin məkanda içilməlidir. Əks halda içki zövqdən çox, əzab vermiş olar. Spirt qəbulu yay aylarında, xüsusilə axşam süfrələrində digər mövsümlərə nisbətən artır. Bu səhv hələ bir də gündüz saatlarına daşınarsa, daha pis nəticə verə bilir. Yay axşamları yemək yüngül, spirt qəbulunu da nəzarətdə tutmaqda fayda var. Bu diqqət həm bədən çəkisini idarə etmək, həm qaraciyəri qorumaq üçün çox əhəmiyyətlidir.

Toksikoloq Azadə Rəhimovanın sözlərinə görə, spirtli içki təkbaşına olduqca zərərli bir mayedir və üstəlik, yay aylarında qəbul edilməsi bədənin daha da fərqli reaksiya verə bilmə ehtimalını artırır: "Müəyyən xəstəliklərin müalicəsi zamanı spirtdən istifadə edilir. Hətta bəzi xəstəliklər zamanı həkimlər xəstələrə az miqdarda spirtli içki qəbul etməyi tövsiyə edirlər. Amma spirtli içkilərin xeyri ilə müqayisədə zərəri daha çoxdur. Həddən artıq qəbul edildikdə spirtli içkilər insan səhhətində bir çox problemlərə yol açır".

Ümumdünya Səhiyyə Təşkilatının klassifikasiyasına görə, alkoqol 1-ci qrup kanserogenlər, yəni ən təhlükəli xərçəng törədiciləri sırasına daxildir. Onun hətta cüzi miqdarı hüceyrələri zədələyərək, xərçəng törəmələrinin yaranmasına gətirib çıxara bilər. Yayda spirtli içki qəbuluna gəlincə, müsahibimiz bildirir ki, əvvəla, spirtli içki hər fəsildə ziyandır. "İkincisi, qəbul edilən sərinləşdirici məqsədlə alınan içkilər bədəni bir müddətlik rahat saxlasa da, sonradan süstlük, baş ağrısı, ürək bulanması və tərləmə kimi fəsadlar ortaya çıxa bilir. Spirtli içkilərin bədəndə ən tez təsir etdiyi yer beyindir. Spirt ilk olaraq beyinin fəailiyyətini sürətləndirsə də, bu sürət getdikcə azalaraq mənfi təsirə keçir. Hərəkət funksiyalarının yerinə yetirildiyi beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur. Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və sonda sirozun baş verməsidir. Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur".

Azərbaycanda həm spirtli içkilərdən, həm də siqaretdən istifadə edənlərin sayının çox olduğunu nəzərə alsaq, gələcəkdə hansı problemlərin yarana biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Ona görə də Səhiyyə Nazirliyinin rəsmiləri spirtli içkilərin və siqaretin insan orqanizminə ziyanı barədə televiziya vasitələrində müntəzəm olaraq maarifləndirici verilişlərin efirə getməsində maraqlı olmalıdırlar. Amma bundan da öncə hər bir insan özünün sağlamlığı təmin etmək və həyat müddətini qısaltmamaq üçün spirtli içkilərdən və siqaretdən uzaq durmalıdır. Azərbaycanda isə vəziyyət başqadır. Xüsusən yeniyetmələr içkiyə daha həvəsli və meylli olurlar. İsti havalarda ən tez təsirlənən isə elə gənclər olur. Dəniz və hovuz mövsümündə içkili olaraq dincəlmək əlbəttə ki, böyük təhlükədir. Çünki az miqdarda qəbul edilən spirtli içki belə əks təsir verərək insana daha ağır təsir edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatnın məlumatına görə, spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur. Bu, dünyadakı ölümlərin 3,8 faizinə bərabədir. Yay mövsümündə dəniz və hovuzda boğulanların böyük bir qisminin uşaq olduğunu nəzərə alsaq, ya valideynlərin, ya da uşaqların içkili olma ehtimalı da gözardı edilməməlidir. Ən yaxşı halda isti havalarda ard-arda spirtli içkilər qəbul etməmək, əvəzində isə soyuq meyvələr qəbul etmək daha faydalıdır.

ekspress.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM