İnkişafına yeni texnologiyaların təkan verdiyi xəstəlik

17:00 / 05.04.2018

Mütəxəssis deyir ki, beyni qıcıqlandıran energetik içkilər epilepsiyanın yaranma səbəblərindəndir 

 

Dünyada ən çox yayılmış nevroloji xəstəliklərdən olan epilepsiyadan Azərbaycanda 60 minə yaxın insan əziyyət çəkir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il dünyada 2,5 milyon insanda epilepsiya xəstəliyi aşkar edilir. Beynin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təhrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir. 

 

Nevroloq Rima İbadovadeyir ki, epilepsiya xəstəliyinin son dövrlərdə artması, əslində, bir qədər müəmmalı məsələdir: "Epilepsiya xəstəliyinə hətta eramızdan əvvəlki dövrlərdə də rast gəlinib. Bu xəstəliyin genetik və sonradan qazanılmış formaları var.  Sonradan qazanılmış epileptiklərdə xəstəlik  beyin qanaxmaları səbəbindən, yaxud beyninin hər hansı bir xəstəliyi ilə bağlı olaraq yaranır. Epilepsiyanın səbəbsiz formalarını isə genetikaya bağlayırıq. Bəzən  xəstəliyi araşdırdıqda, yəni MRT müayinəsindən sonra bəlli olur ki, heç bir simptom olmasa da, şəxs epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyin yaş məhdudiyyəti yoxdur. Doğulduğu gündən etibarən qocalıq yaşına qədər epilepsiyaya rast gəlinə bilinir. Hətta 70-80 yaşlarında belə ilk dəfə tutma keçirən pasientlər olub. Yəni, istənilən yaşda epilepsiyaya rast gəlmək mümkündür. Epilepsiyanın hansı səbəbdən qaynaqlandığını tam əminliklə demək mümkün deyil. Son dövrlərdə xəstəlikdən əziyyət çəkənlərin sayının artma səbəblərində biri kimi  radiasiya dalğalarının artması götürülə bilər. Texnologiyanın inkişafı bu xəstəlikdən əziyyət çəkənlərin sayını artırır. Görmə və ənsə payı ilə bağlı olan epileptik tutulmalar işığın təsirindən güclənə bilir. Xüsusilə bu tip epilepsiya xəstələrinin artmasında kompüter və digər texnoloji cihazlar mühüm rol oynayır. Həmçinin, energetik içkilər beyni qıcıqlandırır ki, bu da epilepsiyanın yaranma səbəbləri sırasındadır. Son dövrlərdə bu içkilərdən həddən  çox istifadə olunması, xəstəliyin geniş yayılmasına gətirib çıxarır. Digər səbəblər isə əvvəlki illərdə olanlarla eynidir".

Nevroloq epilepsiyanın müalicə metodlarından da söz açdı: "Xəstəliyin müalicəsinə gəldikdə isə deyə bilərəm ki, bu xəstəliyin müalicə metodları müxtəlifidir. Bəzi hallarda xəstələr  anti-epileptik dərmanlarla müalicə edilir. Amma bəzən elə olur ki, 3-4 dərman, yəni xəstənin bədən çəkisinə uyğun dozada verilsə d,ə tutmaları dayandırmaq mümkün olmur. Bu halda epilepsiya cərrahiyyəsinə müraciət edirik. Neyrocərrahlar beynin zədələnmiş hissəsini kənarlaşdırır və yaxud cərrahiyyə vasitəsi ilə digər vacib müdaxilələr edilir. Ümumilikdə xəstəlik epilepsiya adlandırılsa da, onun çox sayda  alt qrupları var. Yaşa, tutmanın növünə və xarakterinə görə müxtəlif epilepsiya formaları var. Bəzi xəstələr var ki, onlara  dərman verilmir. Belə xəstələrdə bu tutmalar xəstəyə hər hansı bir problem yaratmır və zamanla keçib gedir. Bəzi hallarda epilepsiyanın konkret növü müəyyən edilir və diaqnoz qoyulur. Düzgün diaqnozun qoyulması xəstəliyin müalicəsi üçün çox vacibdir.  Bu zaman xəstəyə konkret dozada, yəni bədən çəkisinə uyğun miqdarda dərman təyinatı yazılır. Belə xəstələrdə çox zaman iki il ərzində tutmasız dönəm olur. Bu dönəm iki ili keçdikdən sonra dərmanın dozasını azaldırıq. Xəstə həkimin dediklərini düzgün formada yerinə yetirirsə, çox hallarda xəstəlik sağalır. Amma epilepsiyanın elə növləri var ki, uzun müddətli dərman qəbuluna ehtiyac yaranır. Bəzi xəstələr ömür boyu eyni dərmanı qəbul etməlidir. Yəni, xəstəliyin müalicəsi pasientin yaşından, xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstəliyə doğru diaqnoz qoyulduqda, çox hallarda müalicə edilir. Amma məsələn, epilepsiya beyində olan şiş səbəbindən yaranıbsa, həmin xəstəyə nə qədər dərman verilsə də, faydası olmayacaq. Tutmalar nisbətən azaldılsa da, tam şəkildə sağalmır. 6 aydır ki, nevroloqlar və neyrocərrahlarla birgə epilepsiya klubumuzu yaratmışıq. Mütəxəssislərlə birgə hər ayın sonuncu cümə günü toplanıb epilepsiyanın müxtəlif aspektlərini müzakirə edirik. Son dövrlərdə neyrocərrahlar epilepsiya cərrahiyyəsində  böyük uğurlar qazanıblar. Bu məsələləri müzakirə etmək üçün radioloqlar, nevroloqlar və neyrocərrahlar klubumuzda birgə toplanır. Bu toplantılarda ağır xəstələrin müzakirəsi aparılır və xəstəliyin səbəbləri araşdırılır. Çalışırıq ki, hər ay bu işi daha da inkişaf etdirək. Ölkədə olan epilepsiya xəstələrinə yardım etmək üçün öz gücümüzü səfərbər etmişik". 
 
Tibb üzrə ekspert, professor Adil Qeybulladeyir ki, epilepsiya beyində əlavə qıcıq sahələrinin əmələ gəlməsi və oyanma ocaqlarının yaranması ilə müşayiət olunan bir xəstəlikdir. Xəstə qıcolmalardan əziyyət çəkir  və huşunu itirir. Epilepsiyanın yaranması və xüsusi çəkisinin artması ilk növbədə ümumi əhalinin sayının artması ilə bağlıdır. Əhalinin sayı artdıqca, adambaşına düşən xəstəliklərin sayı da ümumi nisbətdə artır. Amma xəstəliyin konkret olaraq dinamikasının artması  müxtəlif səbəblərə bağlı ola bilər. Bu səbəblər sırasına ekoloji faktorlar, qida, doğum zamanı travmalar daxildir. Kəllə-beyin travması keçirən, beyinin müxtəlif törəmələrində kista və şiş olan xəstələrdə, həmçinin ağır virus infeksiyalar keçirən şəxslərdə beyində yaranan oyanma ocaqları fonunda əmələ gələ bilir. Yəni, ümumilikdə səbəblər müxtəlifdir. Bütün hallarda epilepsiya xəstələrinin sayının artması narahatedici məqamdır. Son dövrlərdə təkcə epilepsiya deyil, həmçinin onkoloji, ürək-damar və digər nevroloji xəstəliklərin sayının da artması halı müşahidə olunur. Hesab edirəm ki, Azərbaycanda ən ciddi problemlərdən biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mümkün qədər çalışmalıyıq ki, ekoloji təmiz qidalardan istifadə olunsun. Ölkənin daxilində olan resurslardan maksimum şəkildə yararlanmaq lazımdır. Çalışmaq lazımdır ki, Azərbaycanda yetişən meyvə-tərəvəzdən daha çox istifadə edilsin. Ümumilikdə, ölkənin genofondunun qorunması üçün xüsusi proqram hazırlanmalıdır. Xaricdən gətirilən meyvə-tərəvəzlərin və digər qida məhsullarının təhlükəsizliyinə diqqət yetirilməlidir".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM