Abşeron prokurorunun müavini Nail Əliyevdən Baş Prokurora şikayət

18:10 / 06.04.2018

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Hörmətli Zakir müəllim, 

Özgə əmlakını mənimsəməkdə məşhurlaşmış Ələkbər və Fəxrəddin Hüseynov qardaşları Xırdalan şəhərində inşa etdikləri yaşayış binasında yeni bir dələduzluğa əl atmışlar. Bu dəfə onlar vətəndaş Ayturan Əliyevin ailəsinə aid 3 otaqlı mənzili dələduzluq yolu ilə başqa şəxsə satmışlar. Abşeron rayon Polis İdarəsinin müstəntiqi Yaşar İsgəndərov tərəfindən aparılan (“AFŞARAN”  və  “AFŞARAN-A” MMC-lərin təsisçiləri Ələkbər və Fəxrəddin Hüseynovların əməli barədə) araşdırmada izahatı alınmış şikayətçilər olaraq bildiririk ki, Abşeron Rayon Prokuroru vəzifəsini icra edən Nail Əliyev baş vermiş qanunsuzluqları açıq-aşkar ört basdır etməkdədir. Araşdırma nəticəsində toplanmış materiallar cinayət işi başlanması üçün Abşeron Rayon Prokurorluğuna təqdim edildi. Prokuror  vəzifəsini müvəqqəti  icra etməsindən fürsət kimi yararlanan Nail Əliyev işdə (dələduzluq və sənədlərin saxtalaşdırılması) cinayət tərkibinin olmasına baxmayaraq dələduz qardaşlarla iş birliyinə girərək açıq-aşkar onları cinayət məsuliyyətindən yayındırmağa çalışır. Bununla da bilərəkdən 5 ay uzadılan bu işi xüsusi nəzarəti altında saxlayaraq dələduz qardaşları himayə etməklə cinayət işi başlanmasının qarşısını alır. Fəxrəddin Huseynov mənzilin faktiki sahibi Ayturan Əliyevin razılığı olmadan sənədləri saxtalaşdıraraq onun  mənzilini başqa adama satmışdır. Bir neçə aydan sonra isə onun adından saxta razılıq ərizəsi müqaviləyə əlavə edilmişdir.  Bu barədə dəfələrlə Nail Əliyevlə görüşərək, Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının təkzibolunmaz cinayət əməli törətdiklərini sübutlarla onun nəzərinə çatdırsaq da o, dələduzluq və sənəd saxtalaşdırması cinayətlərini törətmiş qardaşları israrla müdafiə etmişdir. Nail Əliyevin bu işə dair qanunlarla heç cür uzlaşmayan anlaşılmaz münasibəti bizi Abşeron Rayon Prokuroru çox hörmətli Rahib Seyidova muraciət etmək məcburiyyətində qoydu. Məzuniyyətdən döndükdən sonra hörmətli Rahib müəllim müavini Nail Əliyevi,  müstəntiq Yaşar İsgəndərovu və məni (Müzəffər Məmmədlini) dəvət edərək  hər birimizi dinlədi və sonda (Nail Əliyevin yanlış məruzəsinə baxmayaraq) əks tərəfə şikayətçi ilə razılaşmaq üçün müəyyən vaxt verilməsi, razilaşma  olmazsa cinayət işi başlanması barədə göstəriş verdi. Bir aydan çox vaxt keçdikdən və heç bir nəticə olmadıqdan sonra isə Rahib müəllim 2-ci dəfə  Nail Əliyevə bu işlə bağlı ciddi tədbirlər görülməsi üçün təkrar tapşırıq verdi. Bütün bunlara heç bir əhəmiyyət verməyən Nail Əliyev təkidlə dələduz qardaşları himayə etməyə  davam etmişdir.

 Hörmətli Zakir muəllim,                                                                              

Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyinə ünvanladığı təbrik məktubunda qeyd edir ki, “Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”. Cənab prezidentimizin bu çağırışından sonra bioqrafiyaları dələduzluqlarla dolu olan bu qardaşların prokuror müavini Nail Əliyev tərəfindən nəyin müqabilində belə müdafiə olunmalarını başa düşmək mümkün deyil. Bəlkə qayınatası olan keçmiş MTN-in baş İstintaq İdarəsinin sabiq rəisi, Eldar Mahmudovun yaxın silahdaşı Mövlan Şıxəliyevdən öyrənib belə iş metodlarını...?   Fəxrəddin Hüseynov Balaxan oğlu özgə malını mənimsədiyi üçün CM-nin179 maddəsi ilə 10 il məhkumluq həyatı yaşayaraq yaxın vaxtlarda azadlığa buraxılmış və yeni dələduz əməllər törətməkdədir. Digəri qardaşı Elxan Hüseynov Balaxan oğlu (keçmiş“MUR-AY” MMC-nin təsiscisi) Respublika səviyyəsində anoloqu olmayan elə bir dələduzluq cinayəti törətmişdir ki, insan bu haqda düşünəndə belə heyrətə gəlir. O və komandası 317 mənzil və qeyri yaşayış sahəsini 1000-dən çox vətəndaşa satmışlar. Cənab Prezident İlham Əliyev bu işi nəzarətə götürərək 1000-dən çox vətəndaşa (Elxan Hüseynov və 6 nəfər işçisi tərəfindən)  vurulmuş ziyanın bərpa olunması üçün göstəriş vermiş və nəticədə problem öz həllinı tapmış dələduzlara başçılıq edən Elxan Hüseynov isə 15 il azadlıqdan məhrum edimişdir. Ələkbər Hüseynov Balaxan oğlu da törətdiyi mənzil dələduzluğu əməlinə görə 2014-ci ildə AR CM-nin 178 3.2 maddəsi ilə barəsində 140206054  saylı  07 iyul 2014-cü il tarixli cinayət işi başlanmışdır. Qaçıb gizləndiyi üçün məcburi gətirilmə qərarı ilə Yasamal Rayon Polis idarəsi tərəfindən tutularaq 2 sutka həbsdə saxlanmış və Kürdəxanı təcridxanasına göndərilmə ərəfəsində mənimsədiyi əmlakları qismən pul, qalan borcunu əmlakla ödədiyi üçün azad olunmuşdur. Qardaşların bioqrafiyalarındakı təkcə bu əməlləri bəs edir ki, onların cinayətkarca qanunları nə qədər heçə saydıqları, insanların mal- mülklərini haqsız və qanunsuz olaraq necə mənimsədikləri barədə fikir formalaşsın.

Hörmətli Zakir muəllim,                                                                              

Sizin bu işi nəzarətə götürəcəyinizə və haqq-ədalətin öz yerini tutacağına inanırıq. İnanırıq ki, aidiyyatı orqanlar bütün bunları və sənədlərlə sübut olunmuş cinayət tərkibli faktları görməzdən gələn Abşeron Rayon Prokurorunun  müavini Nail Əliyevin qanunlarla daban-dabana zidd hərəkətinə son verəcəklər.

Hörmətlə,

Gülnarə Fərəcova,012-533-98-01

Ayturan Əliyev,012-533-98-01

Müzəffər Məmmədli - 050-375-92-98  

Redaksiyadan: Məktub şikayətçilər tərəfindən imzaları ilə təsdiqlənib. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM