Martın 19-da dərc edilmiş materialda Almaniya meşələrində ocaq qalanması və cərimələrin məbləğindən söz açılmışdı. Bugünkü yazıda isə bu ölkədə meşələrlə bağlı qaydalardan bəhs ediləcək.
Azərbaycan üçün də aktual olan çır-çırpı məsələsindən başlayaq. Almaniyada buxarı və müxtəlif sobaların istifadə dairəsi genişlənir. Bölgələrdə və paytaxtda bir çox fərdi evlərin ayrılmaz atributu olmaqla yanaşı, buxarılara köhnə binalarda da xeyli sayda rast gəlinir. Adətən, almanlar çır-çırpını inşaat supermarketlərindən alırlar. Lakin son zamanlar səliqəli çır-çırpı bağlamaları şəhərlərdəki adi ərzaq mağazalarının qarşısında da qoyulur. Əlbəttə, meşədən toplanmış çır-çırpıdan da istifadə etmək olar, lakin onların yığılması üçün fərdi mülkiyyətçinin, yaxud dövlət meşəbəyisinin xüsusi icazəsi lazımdır. Bu icazə bir aydan bir ilədək verilə bilər, qiyməti isə bir kubmetr üçün orta hesabla 10-30 avrodur. Qaydaları pozanları 730 avroyadək cərimə, hətta yeddi günədək inzibati həbs cəzası gözləyir.
Almaniyanın bir çox federal torpaqlarında - Türingiya, Şlezviq-Holşteyn və Meklenburq Ön Pomeraniyada itləri yalnız xalta ilə gəzdirmək olar. Brandenburq və Hamburqda isə xaltanın qısa olması tələb olunur. Baden-Vürtemberq, Bavariya, Hessen, Reynland-Pfalts, Saar və Saksoniyada itləri xaltasız gəzdirməyə icazə verilsə də, onların sahibləri heyvanın uzağa qaçmamasına, nəzarət zonasında olaraq komandaları eşidə bilməsinə diqqət yetirməlidirlər.
Nəzəri olaraq, bu qaydaları pozanlar üçün maksimal cərimələrin məbləğı 50 min avrodur. Standart cərimələr 20-50 avro, xüsusi təhlükəli it cinslərinin sahibləri üçün isə 50 ilə 150 avro civarında dəyişir.
Meşədə velosiped sürmək və at belində gəzməyə yalnız bu məqsədlər üçün uyğun olan və xüsusi işarələnmiş cığırlarda icazə verilir. Bu cığırların hansının uyğun olması isə əbədi mübahisə mövzusudur. Velosipedçilərə cığırları tərk etmək qadağan edilib. Məsələn, Hessendə icazə verilməyən dağ enişlərindəki traslarda velosiped sürənlər min avroyadək cərimə edilə bilər.
Velosipedçilər üçün meşədə prioritetin piyadalara, habelə meşəbəyilərin və meşə təsərrüfatlarının nəqliyyat vasitələri və texnikasına aid olmasını yadda saxlamaq vacibdir. Meşə zolaqları və cığırlarında tənzimləyici işarələr olmadığı üçün sağlam məntiq və qarşılıqlı nəzakət qaydaları ilə hərəkət etmək lazım gəlir. Son samanlar meşə yamaclarına doğru sürətlə gedən və qorxmuş piyadaları ən yaxşı halda kənara çəkilməyə, hətta kolluq, arx və yol kənarına qaçmağa vadar edən dağ velosipedçilərinə qarşı çoxlu şikayətlər daxil olur.
Balıq tutmaq həvəskarlarına gəldikdə, Almaniyada bu hobbi ilə məşğul olmaq istəyənlər xüsusi balıqçı vəsiqəsi və rəsmi orqanlar, yaxud su hövzəsi sahibinin icazəsini almalıdırlar. Balıqçı vəsiqəsi almaq üçün xüsusi kurslar keçmək və imtahan vermək lazımdır. Bir sualın qiyməti 200 avroya yaxındır.
Bir çox federal torpaqlara - Bavariya, Berlin və Aşağı Saksoniyada bu sənədlər olmadan balıq tutmaq cinayət əməli sayılır və iki ilədək həbs, yaxud cərimə ilə cəzalandırılır. Özəl su hövzələrində icazəsiz balıq tutanları, yaxud onları sonradan satanları beş ilədək azadlıqdan məhrumetmə və ya cərimə cəzası gözləyir.
Müvafiq sənədlər olmadan balıq tutmağın inzibati xəta sayıldığı federal torpaqlarda cəzalar bu dərəcədə sərt deyil. Ən yüksək məbləğdə cərimələr göllərlə zəngin olan Maklenburq Ön Pomeraniya vilayətində (75 min avroyadək), ən az isə Hessen və Baden-Vürtemberqdədir (5 min avroyadək).
Alman meşələrində giləmeyvə, göbələk, qoz, ot və çiçəklər mühafizə altında deyilsə, onların az miqdarda və yalnız şəxsi ehtiyac məqsədilə toplanılmasına icazə verilir. Bu icazə meşə cığırlarını tərk etmək üçün izn verilən yerlərə aiddir. Qoruqlarda və təbiəti mühafizə zonalarında xüsusi qaydalar qüvvədədir. Bu yerlərdə bəzi istisnalarla yuxarıda qeyd olunan təbiət nemətlərinin heç birini toplamaq olmaz.
Göbələk toplamaq qaydalarına gəldikdə isə, hər bir şəxs bir-iki pay, maksimum gündə iki kiloqram toplaya bilər. Daha çox göbələk toplamaq, qonşuları da qonaq etmək istəyənlər əvvəlcədən xüsusi icazə almalı və ödəniş etməlidirlər. Normadan artıq toplanmış göbələklər müsadirə oluna bilər. Federal torpaqdan və digər şərtlərdən asılı olaraq xüsusi icazə olmadan ticarət məqsədi ilə göbələk toplanmasına görə bir neçə min avro cərimə nəzərdə tutulur. Bu qaydalar giləmeyvə yığılmasına da şamil olunur, yəni adambaşına bir kiçik banka toplamağa icazə verilir.
Çiçəkləri və digər bitkiləri toplayanlar onların bir kiçik buketdən böyük olmamaqla, bir əlin baş və işarə barmaqlarının arasında meydana gələn dairəyə sığan ölçüdə olmasına diqqət etməlidirlər. Bu qayda almanca “Handstraußregelung” adlanır.
Ekspertlər qanunla münaqişəyə girməmək və hər hansı qaydaları pozmamaq üçün vətəndaşlara təbiət nemətləri üçün meşəyə getməzdən əvvəl yerli meşə idarələri, yaxud şöbələrindən məsləhət almağı tövsiyə edirlər. Bununla belə, hər hansı konkret meşədə göbələk və giləmeyvələrin ayrı-ayrı növləri üçün daha səxavətli normaların olması da mümkündür.
Qoruqlar və digər mühafizə zonaları istisna olmaqla, alman meşələrində ümumi davranış qaydalarına riayət etmək şərti ilə piknik keçirmək olar. Əlbəttə, zibili özünlə aparmalısan. Əgər meşədə qalmış zibilin çəkisi iki kiloqramdan çoxdursa, cərimənin məbləği 500 avrodan artıq ola bilər. Meşəyə atılmış banan qabığı isə 80 avroya başa gəlir.
Almaniyada nəqliyyat vasitələrinin meşədə, yaxud meşə cığırlarında saxlanılması qadağandır. Bunun üçün xüsusi işarələnmiş parklama yerləri nəzərdə tutulur.
Növbəti dəfə çadırlarda və yataq kisələrində gecələmək qaydalarından bəhs ediləcək.
Vüqar Seyidov
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM