SƏBAİL İCRA HAKİMİYYƏTİ ÖZÜ-ÖZÜNƏ YARATDIĞI PROBLEMİ MƏHARƏTLƏ DƏF EDİR - FOTOLAR

10:22 / 07.07.2014

Yazıma başlamazdan əvvəl bildirmək istəyirəm ki, müraciətimdə məqsədim hansısa qeyri-azərbaycanlı millətinin nümayyəndəsini tənqid etmək və aşağılamaq deyil. Lakin millətindən, dinindən asılı-olmayaraq hər bir Azərbaycan vətəndaşının və Azərbaycanda yaşayan qeyri-millətin nümayyəndəsi Azərbaycan qanunlarına hörmət etməyə borcludur.

Əziz oxucular!  Yəqin çoxlarımız bilir ki, Bayıl qəsəbəsi ərazisinin bir qismi sürüşməyə meyillidir. Hətta yadınızdadırsa,  iki ay öncə mətbuatda və saytlarda da məlumar verilmişdi ki, Bakıda zəlzələ olacağı təqdirdə Bayıl zonasının bəzi dənizəyaxın ərazilərini təhlükə gözləyir.  Mənim yaşadığım ərazi Bayıl qəsəbəsi Buxra döngəsi, sürüşməyə daha meyilli zona olmaqla bərabər, yaşadığımız 39 saylı bina zəlzələ nəticəsində iri çatlar əmələ gəlmiş, istismar müddəti çoxdan bitmiş iki mərtəbəli köhnə tikilidir.  FHN, Bakı şəhəri İcra hakimiyyəti və Səbail İcra hakimiyyətinin müvafiq qurumlarında yaşadığımız bina qəzali vəziyyətdə olması ilə bağlı qeydiyyatdadır.

DƏLİNİN BİRİ QUYUYA BİR DAŞ ATIB

Lakin bütün bunlara baxmayaraq, qonşuluğumuzda yaşayan Livitskaya Svetlana adlı qadın bizim qəzalı vəziyyətdə olan binamızın təxminən 10 metr yaxınlığında yeni yaşayış evi tikməyə başlamışdır. Özüdə bu binanı sürüşmənin qarşısının alınması üçün tikilən istinad binasının üstündə.  Bununla bağlı qonşum Svetlanaya mədəni surətdə etirazımı bildirsəm də o, tikinti üçün Səbail ira hakimiyyətindən icazə aldığını bildirdi. Mən bunun yalan olduğunu bildirdim. Onu da bildirim ki, bu qadın professional yalan danışandır. Kimə gəldi yalan deyir. Üstü açılanda da deyir yalana görə statya yoxdur ki. Bütün bunları bildiyim  üçün Səbail rayon icra hakimiyyətinə gəldim.  İcra hakimiyyətində mənə məlum oldu ki, o icra hakimiyyətinin hörmətli nümayyəndələrini də aldadıb. Belə ki o, evinin əsaslı təmir etdirməsi üçün icra hakimiyyətindən icazə istəyib. İcra hakimiyyətinin bu sahə üzrə “Ürəyiyumuşaq” mütəxəssisi Elman Yəhyayevin imzası ilə ona EVİNİ ƏSASLI TƏMİR ETMƏK ÜÇÜN icazə verilib. (Şək-4) Bundan istifadə edən Svetlana da təmir əvəzinə həyətində istinad divarının üstündə yeni ikimərtəbəli ev tikib.

Mən isra hakimiyyətində bu haqda məlumat verdim. Fakt təsdiqini tapdı. Mən icra başçısının qəbuluna yazılsam dab u mənə nəsib olmadı. Çünki Umumi şöbənin müdiri Hamlet Baxışov buna hər cürə mane olurdu. Axırda da mənə dedi ki, sən məhkəməyə müraciət elə. Bizdəndə nə lazım olsa edərik.

SƏBAİL İCRA HAKİMİYYƏTİ ÖZÜ-ÖZÜNƏ YARATDIĞI PROBLEMİ MƏHARƏTLƏ DƏF EDİR

Səbail rayon məhkəməsinə etdiyim müraciət nəticə versə də, tikili tamamlanmadığına görə yarıtikilini sökmək və ya ləğv etmək Səbail icra hakimiyyətinin səlahiyyətində olduğu haqda qərar çıxardı.Məhkəmənin təyin etdiyi ekspertiza tikilən evin qanunsuz və sənədsiz olduğu haqda rəsmi rəy də verdi.  Mən məhkəmədən icra hakimiyyətindən nümayyəndənin məhkəməyə dəvət edilməsi iddiası qaldırsam da, iddiam təmin edilmədi.

Mən Səbail icra hakimiyyətinin başçısının adına məktubla müraciət etdim. Bildirdim ki, Svetlana adlı qadın özünün yalanı ilə az dala dövlətin məhkəməsini də aldadır. Sizi də aldadaraq mövcud evini təmir etmək əvəzinə həyətdə qeyri-qanuni ev tikir. On gündən sonra (25 may. 2014) mənə Elman Yəhyayevin imzası ilə məktub gəldi ki, sizin ərizəniz araşdırmaq üçün Səbail Mənzil Kommunal Təssərrüfatı Birliyinə göndərilib.  Təsəvvür edin bir aydan sonra mənə Səbail MKTB-dən cavab gəldi ki, qeyd etdiyiniz tikili yeni tikili deyil, köhnə evidir və Svetlana xanım onu icazə alaraq təmir edib.

HAŞİYƏ:

Bir kişi iki kilo ət alıb evinə gətirir. Arvadına deyir ki, bu əti axşama kotlet elə, qonağçmçz olacaq. Arvad əti atasının evinə göndərir və axşama başqa yemək bişirir. Axşam qonaqlarla evə gələn kişi, arvadından niyə kotlet bişirmədiyini soruşur. Arvadı cavab berir ki, əti pişik yedi. Kişi pişiyi tutub tərəziyə qoyub çəkir. Pişik düz iki kilo gəlir. Kişi arvaddan soruşur:

-Tərəzinin üstündəki iki kiloluq pişikdirsə, bəs ət hanı,

-Yox əgər bu pişik deyil ətdirsə bəs onda pişik hanı.

Mən Səbail MKTB nümayyəndəsindən soruşdum ki, ay yoldaş əgər həyətdəki tikili əsaslı təmir edilmiş evdirsə, bəs həyətdəki o biri ev kimindir, hansı ki, Svetlana orada yaşayır. Yox əgər o ev Svetlananın deyilsə  bu yeni tikili kimindir. Onlara dedim ki, bu qədər də insafsızlıq olmaz. Hardandır sizdə bu “rus sevgisi”.

Hörmətli Sayt əməkdaşları, mənə təsir edən odur ki, bir qadın Səbail rayonunda bir ziyalı ordusunu, məhkəməni barmağına sarıyıb. Özünün uydurmaları, yalanları ilə.

 Bu yaxınlarda onunla danışanda gözlərinin içinə baxıb dedim: Sveta sən yalanlarınla kimi aldadsan da məni aldada bilməzsən, mən sənin yalanını ifşa edəcəyəm. Gözlərinin içinə baxdım. Parıldayan pişik gözlərinin dərinliyindən sanki mənə deyirdi: “ağıllısansa inanma”!

Mən özümün ağıllı olduğumu bilib göydə Allahın yerdə dəyərli ziyalı dostlarımın köməkliyi ilə həqiqətə nail olacağam, lakin səbailin “ziyalı ordusunun” rus sevgisinə qurban getməsini də istəmirəm.

Hörmətlə: Yaşar Zeynalov


03 iyul 2014-ci il.


 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM