Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb. Misirli futbolçu səslərin 53 faizini toplayıb.
“Real”ın hücumçusu Kriştiano Ronaldo 35 faiz səslə 2-ci, “Bavariya”nın yarımmüdafiəçisi Xames Rodriges isə 5 faiz səslə 3-cü olub.
Qeyd edək ki, Salah 1/4 finalda "Mançester Siti" ilə keçirilən oyunda (3:0) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.