"Trend"-in məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müşavirədə iştirak edib.
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək dördüncü müşavirədən keçən müddətdə görülmüş işlərdən danışıb. Dövlətimizin başçısı müşavirədə nitq söyləyib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.
Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.