Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib. Sechki-2018.az saytının xəbərinə görə, 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə bildirib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 29 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 37 min 414 nəfərdir. Onlardan 566 nəfəri ilk dəfə səs verəcək. Seçicilərin 946 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə 284 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.
Komissiya sədrinin dediyinə görə, MSK-nın təqvim-planına uyğun olaraq, səsverməyə 5 gün qalmış Şəki Penitensiar Xidmət Müəssisəsində 30 saylı seçki məntəqəsi də yaradılıb. Məntəqədə 866 seçici səs verəcək.
114 saylı Şəki kənd birinci seçki dairəsində də seçkilərə hazırlıq işləri MSK-nın təsdiq etdiyi təqvim-plana uyğun aparılır. Dairə seçki komissiyasının sədri Məharət Məmmədovun bildirdiyinə görə, 39 min 91 seçicinin qeydə alındığı bu dairədə səsvermə 43 seçki məntəqəsində keçiriləcək. İlk dəfə səs verəcək seçicilərin sayı 649 nəfərdir. Seçkilərin gedişini izləmək üçün 462 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Dairənin Aşağı Layısqı kəndindəki 11 saylı seçki məntəqəsində olub. Məntəqə kənddəki tam orta məktəbin binasında yerləşir. Burada da seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Seçki komissiyasının sədri Abdulla Məcidovun bildirdiyinə görə, məntəqə üzrə 922 nəfər seçici qeydə alınıb. Onlardan 27 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə ən yaşlı seçici Şükür Hüseynəliyevin 91 yaşı var. Kənd ağsaqqalı əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də səsvermədə şəxsən iştirak edəcəyini düşünür. Bütün seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlər paylanılıb.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Rasim Əzizovun məlumatına görə, dairənin tərkibində olan 43 seçki məntəqəsində seçicilərin ümumi sayı 37 min 227 nəfərdir. Onlardan 240 nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə 431 yerli müşahidəçi qeydiyyatdan keçib. 337 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilib. Dairənin bütün seçki məntəqələri zəruri avadanlıq və texniki vasitələrlə təmin olunub. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə gününün prosedurları barədə tam məlumatlandırılıblar.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM