Bizim Planet-“Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi”

10:20 / 10.04.2018

 

“Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi”. Bu fikirlər “Bizim Planet” verilişində səsləndirilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişi Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və ADA Universitetinin siyasi elmlər doktoru Elnur Soltanovun maraqlı müzakirələri ilə yadda qalıb.

Ölkə miqyasında mühüm siyasi hadisələrin geniş diskussiya olunduğu verilişdə ilk növbədə Bakı Konqres Mərkəzində baş tutan  Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi, prezident İlham Əliyevin buradakı çıxışı və yekun Bakı Bəyannaməsinin tarixi əhəmiyyəti barəsində tamaşaçılara məlumat verilib.

Bildirilib ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının Bakı görüşü öz əhəmiyyətinə görə xüsusi yer tutur. Bakıda təşkil edilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşündə ümumilikdə 800-dən artıq şəxs iştirak edib.

Qoşulmama Hərəkatının tarixi, ümumi məqsəd və məramları barəsində geniş məlumat verilib. Vurğulanıb ki, prezident İlham Əliyevin Konfransın açılış mərasimində iştirak etməsi, eləcə də öz çıxışında toxunduğu mövzular olduqca əhəmiyyətli idi. Prezident burada, Azərbaycanda mövcud olan siyasi-ictimai sabitlik, dövlətimizin artan siyasi nüfuzu, sürətli iqtisadi inkişafı, beynəlxalq aləmdəki rolu və yeri, son illərdə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətliliyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar,  terrorist bir dövlət kimi beynəlxalq hüquq normalarını pozman Ermənistanın işğalçılıq siyasəti və digər mühüm məsələr ətrafında qonaqlara məlumat verib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci nazirlər konfransında Yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə bəyanatın qəbul olunması Hərəkatın tarixində yeni mərhələnin əsasını qoyub.

Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.

Bildirilib ki, qlobal məsələlər, regional, sub-regional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən Yekun Bakı Sənədi ölkəmizin maraqları baxımından da fundamentaldır.

Verilişdə şərh edilən digər mühüm mövzu dövlətimizin və xalqımızın tarixində yadda qalan aprel döyüşləri olub. Bildirilib ki, dört gün davam edən sözü gedən qəhrəmanlıq səlnaməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaradıb. Aprel hadisələri müanqişənin həll olunmasında tamam yeni bir səhifə açıb. Ordumuzun göstərmiş olduğu şücaət və xalqımızın hərbdə ordu ilə bir ruhda olması dövlətimizin düşmənlər üzərində mühüm qələbəsi kimi qiymətləndirilib.

Qeyd olunub ki, aprel hadiəsələri göstərdi ki, gec ya da tez bir zamanda tarixi torpaqlarımızın geri qaytarılması qələbəmizi qətiləşdirir.

“Bizim Planet”də müzakirə edilən mövzular arasında Bakı Ekspo Mərkəzində keçirilən “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri olub.

Bildirilib ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştrakı etdiyi sərgi “Bütün dünya - bir sərgi” şüarı altında nümayiş olunub. 20 ölkəni təmsil edən 277 şirkətin iştirak etdiyi sərgidə Avropa və Asiya ölkələrini təmsil edən şirkətlər yer alıb. Qeyd olunub ki, sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir.

Sərgidə nümayiş etdirilən Qarabağ stendinin böyük maraq doğurduğu xüsusi vurğulanıb. Sərginin təşkil olunmasının əhəmiyyətinə toxunan siyasi şərhçilər bildiriblər ki, sərgi vasitəsi ilə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bərabər ölkəmiz dünya səviyyəli biznes, alış-veriş və istirahət məkanı kimi təbliğ edilir.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM