Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı olub.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, A.Əttarın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunu yüksək dəyərləndirib, onun fəaliyyətinin müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza örnək olduğunu deyib.
Kitab haqqında ətraflı məlumat verən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Türkiyədə yenicə çapdan çıxmış nəşrin “Giriş” bölməsində müəllif erməni məsələsinin tarixinə geniş nəzər salıb. Əsərin 1630-1750-ci illərdə kapitalistləşən erməniçilik, 1750-1890-cı illərdə siyasiləşən erməniçilik, 1890-1918-ci illərdə terorristləşən erməniçilik, 1918-1990-cı illərdə dövlətləşən və qloballaşan erməniçilik bölmələrində bu məsələlər sistemli və kompleks şəkildə, eləcə də mənbələrə əsasən təhlil edilir. Əsərdə qeyd olunur ki, erməni millətçiləri XIX əsrin sonlarında - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaradıblar. Xüsusilə elmi əsərdə XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin törətdikləri ağır cinayətlər, onların Azərbaycanda və Türkiyədə həyata keçirdikləri soyqırımları, azərbaycanlıların dəfələrlə deportasiya edilmələri, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti geniş tədqiq olunur. Əsərdə göstərilir ki, 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində bilavasitə Stepan Şaumyanın rəhbərliyi ilə erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutublar. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törədiblər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter alıb. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetiriblər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılıb, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülüblər.
Hər bir vətəndaşımızın kitabla tanış olmasının önəmini vurğulayan “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva diqqətə çatdırıb ki, nəşr xüsusilə gənclərimizin milli yaddaşının oyanmasına kömək edəcək. O deyib ki, əsərin “İthaf” bölməsində 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktları vurğulanıb. Nəşrdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının 1918-ci ildə Azərbaycanda törətdikləri mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta “böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun müdiri, professor Elman Nəsirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, deputatlar Tahir Mirkişili, Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla diqqətə çatdırıblar ki, əsər elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi mənbədir. Nəşr, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və məlumatların hazırlanması, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya atılan əsassız iddialara qarşı verilməsi baxımından dəyərli elmi vəsaitdir.
Qeyd edilib ki, müəllif erməni tədqiqatçıya istinadla 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 mininin öldürüldüyünü və doğma torpağından didərgin salındığını vurğulayıb. Erməni müəllif Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında bu rəqəmi təsdiq edərək yazır ki, “1920-ci ildə sovet hökumətində daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalıb. Bundan əlavə, əsərdə göstərilir ki, Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da, Naxçıvan Azərbaycandan ayrıldı və quru əlaqələri kəsildi. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Müəllif sənədlərə əsasən qeyd edir ki, sovet dövründə, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülüb.
Sonda çıxış edən Aygün Əttar ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin geniş ictimaiyyətə çatdırılmasına bu kitabın töhfə verəcəyinə ümidvar olduğunu bildirib, nəşrin təqdimatının təşkilinə görə minnətdarlığını ifadə edib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM