ANS PRESS-in verdiyi məlumata görə, hadisə şənbə günü, iyulun 5-də qeydə alınıb.
Belə ki, ermənilər Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində atəşkəsi növbəti dəfə pozublar. Ermənilər aramsız şəkildə kəndi gülləbaran ediblər. Azərbaycan Silahlı Qüvvələri ermənilərə cavab atəşi açıb. Atışmadan sonra təmas xəttində erməni əsgərinin meyiti qalıb.
Kənd sakinlərinin verdikləri məlumata görə, ermənilər sonra öldürülən hərbçilərinin meyitini aparıblar.