YAP Gənclər Birliyinin «Yay məktəbi» Lerikdə - Fotolar

16:21 / 07.07.2014

Strategiya.az-a verilən xəbər görə, Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinə start verildi. Hər il olduğu kimi, bu il də  «Yay məktəbi» ölkəmizin gözəl guşələrində  təşkil olunur. İyulun 6-dan 11-dək davam edəcək  layihə çərçivəsində 100-ə yaxın  fəal gənc  Lerik  rayonunda olacaq.

İyulun 6-da  «Yay məktəbi»nin açılışı oldu. YAP Siyasi Şurasının üzvü, «İki sahil»” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadənin  rəhbərlik etdiyi qrup öncə rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı  ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular. Eyni zamanda layihə iştirakçıları  Heydər Əliyev Mərkəzində də oldular.

Sonra rayon ərazisində yerləşən «Relax»” istirahət mərkəzində  «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinin açılış mərasimində  çıxış edən  qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, «İki sahil»” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdi.  Bildirdi ki, YAP rəhbərliyi  gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif  layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən  başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini  xüsusi qeyd etmək lazımdır.  Bu layihələrin əsas məqsədi  Azərbaycan ərazisində yaşayan  bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında  səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında  onlara dolğun  məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə  çalışacaq bu gənclərdə  liderlik kimi mühüm  xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.   

  V.Rəhimzadə  qeyd etdi  ki, gənclərimiz onlar üçün  yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

      O da qeyd edildi ki, avqustun birinci ongünlüyünə qədər davam edəcək «Yay məktəbi» 5 mərhələdə davam edəcək. Layihədə 1000-ə yaxın Bakı və regionları təmsil edən  gənclər iştirak edəcək ki, bu da dövlətimizin onlara olan etimadının nəticəsidir.

  V.Rəhimzadə gənclərə göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlığını bildirdi.
      Açılış mərasimində  çıxış edən YAP İcra Katibliyinin baş təlimatçısı Rəfail Gülməmmədov və YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova layihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat verdilər. L.Kərimova, eyni zamanda layihə çərçivəsində gənclərin istirahətini nəzərdə tutan intellektual oyunların, yarışların  da proqrama daxil edildiyini bildirdi.

Sonda gənclərin iştirakı ilə təşkilat komitəsinin və komandaların üzvləri  elan olundu.

«Yay məktəbi»nin ikinci günündə  Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin  «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsi çərçivəsində «Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu» mövzusunda seminar keçirildi.

  YAP Siyasi Şurasının üzvü, «İki sahil”» qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə  dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza biri-birindən əhəmiyyətli uğurlar qazandırır.

 V.Rəhimzadə bildirdi ki,  gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüsçüsü olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

 Qrup rəhbəri  qeyd etdi ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun  rolu inkaredilməzdir.  1996-cı il fevralın 2-də keçirilən bu  forum ulu öndər  Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix- 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi.  Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin  siyasətində əsas yer tutur. Sonrakı illərdə keçirilən Gənclər Forumları bir daha Azərbaycan gənclərinin fəallığının ildən-ilə necə artdığını nümayiş etdirir.

Bildirildi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident  İlham Əliyev gənclərin böyük qüvvə olduğunu,  Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən  «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı»  Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»nda gənclərin gələcəyi üçün zəruri olan bütün addımların atılması öz əksini tapıb. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Gənclər Fondu yaradılıb. Bütün bunlar onu təsdiqləyir ki, gənclərə diqqət və qayğı davamlıdır.

 V.Rəhimzadə bildirdi ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək, öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə  töhfələrini verməlidirlər.

 Bu fikir də xüsusi vurğulandı ki, hazırda milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın indiki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin «Gənclər Azərbaycanın gələcəyidir» tezisi dövlət siyasətinin əsasında dayanır.

    Seminarda gənclərdən   Vüsal Əliyev (Nərimanov rayonu YAP GB), Aysel Məmmədova (Sumqayıt YAP GB),  Xətai Abdullayev  (Ağdam YAP GB), Şahnaz Hacıyeva  (Nizami rayonu YAP GB),  Lütfiyyə Mustafayeva  (Naftalan YAP GB), Ramin  Həsənov  (Zaqatala YAP GB),  Elvin Dadaşov  (Sumqayıt YAP GB),  Vəfa Ələkbərova  (Abşeron YAP GB), Vüsal Rzayev (Şəmkir YAP GB) və başqaları çıxış edərək,  ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndirdilər.

 Diskussiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar da cavablandırıldı.  Sonra  gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirildi. Günə  interaktiv, intellektual, praktik oyunlarla yekun vuruldu.

  «Yay məktəbi»nin  hər bir  günü  gənclərin həyatında müxtəlifliyi ilə  diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı  öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan «Yay məktəbi» davam edir.

 Ceyhun Piriyev

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM