Dondurmadan da keçə bilən xəstəlik

17:00 / 12.04.2018

Ekspertlər deyir ki, bu işə baytarlıq idarələri ciddi nəzarət etməlidir 

Strategiya.az kaspi.az-a istinadən yazını təqdim edir.

Süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Dünyada hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən yoqurt, qatıq, pendir, qaymaq və s. kimi məhsullar istehsal edilir. Hələ 4000 il bundan əvvəl süd və süd məhsulları qədim insanlar tərəfindən istehlak edilmişdir. Süd məhsullarının insan orqanizminə və sağlamlığına çox böyük faydası var. Amma təəssüf ki, sağlamlıq üçün bu qədər faydalı olan qida bəzi infeksion xəstəliklərin daşıyıcısına da çevrilə bilir. Belə ki, hər kəsin məlumatlı olduğu brusellyoz xəstəliyi demək olar ki, elə məhz süd və süd məhsullarından keçir. Düzgün pasterizə edilməmiş süd və ondan hazırlanmış pendir məhsullarının insan tərəfindən istehlakı sağlamlığa ciddi təhlükə yaradan brusella bakteriyası ilə yoluxma hallarının artmasına səbəb olur. Brusellyoz xəstəliyini ilk dəfə 1887-ci ildə David Bruce xəstə əsgərlərin müayinəsi zamanı müəyyən etmişdir. Bu xəstəlik insanlarda ciddi bədən ağrılarına, hərarətin yüksəlməsinə, iştahasızlığa səbəb olur. Ağır formalarda isə hətta ölümlə nəticələnir. Brusellyoz xəstəliyinin müalicəsi zamanı yalnız antibiotiklərdən istifadə edilir.  

Məsələnin ciddiliyini nəzərə alan Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə xarakterli məlumat yayıb. Məlumatda bildirilir ki, süd və süd məhsullarının insan sağlamlığına təhlükə törətmədən istehlak edilməsi çox vacibdir. Bu cür məhsulların bir sıra zərərli və xəstəlik törədən bakteriyalar, göbələklər, o cümlədən onların toksinləri, yəni zəhərləri ilə tez-tez çirklənməsi müşahidə edilir. Adətən, zərərli mikroorqanizmlər süd və süd məhsullarını xəstə heyvandan, sanitar vəziyyəti pis olan ərazidən, o cümlədən istehsal zamanı texnoloji proseslərə düzgün əməl edilməməsi, xəstələnmiş insanın istehsal prosesində iştirak etməsi nəticəsində çirkləndirə bilərlər.

Bundan əlavə, istehlakçıların süd və süd məhsullarını lazımi şəraitdə və temperaturda saxlamaması süd məhsullarının korlanmasına, bakterial çirklənməsinə və insan sağlamlığında ciddi fəsadlara yol açmasına səbəb ola bilər.

Brusella bakteriyası xam südün düzgün temperaturda emal edilməməsi nəticəsində sağ qalır və həmin süddən istehsal edilən məhsulları bakterial çirkləndirərək insanın brusellyoz xəstəliyinə yoluxmasına səbəb olur. O cümlədən brusellyoz xəstəliyinin insanlara keçməsinin qarşısını almaq məqsədilə mal-qaranın vaxtında vaksin olunması vacibdir. Vaksinasiya edilmiş heyvanın südünə Brusella bakteriyasının keçməsi ehtimalı çox azdır.

 

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də insan sağlamlığı üçün tam təhlükəsiz süd və süd məhsullarının istehsal edilməsinə nəzarət edərək, əhalinin yüksək keyfiyyətli qidalar ilə təmin edilməsində iştirak etməkdir. Süd ilkin emal prosesində düzgün pasterizasiya edilməli, ondan istehsal ediləcək məhsulların təhlükəsiz olmasına bilavasitə şərait yaradılmalı, süd məhsullarının düzgün temperatur emalı nəticəsində qidaların Brusella bakteriyası ilə yoluxma riskinin azaldılmasına nail olunmalıdır. 

Ölkəmizdə mal-qaranın vaxtında vaksin olunması işi necə aparılır, bakteriyadan  qorunmaq üçün nələrə diqqət edilməlidir? Məsələ ilə bağlı əlaqədar qurumların və mütəxəssislərin də fikirlərini öyrəndik. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu istiqamətdə təbdirlər planının növbəli şəkildə həyata keçirildiyini deyir: "Bizim tədbirlər planımız var. Hər il qəbul olunmuş bu plana uyğun olaraq, həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlarda göz-damcı üsulu ilə peyvəndləmə aparılır. Bu tədbirlər planı növbələşdirilmiş şəkildə həyata keçirilir. Yəni heyvanların xəstəliyə tutulmaması üçün bir sıra işlər görülür. Bir iş görüldükdən təxminən 14-15 gün, bəzən isə bir ay sonra başqa bir tədbir aparılmalıdır ki, heyvanda  hər hansı əks təsir olmasın. Hətta mən sizə cədvəli belə göstərə bilərəm ki, brusellyoza görə nə qədər peyvəndləmə işləri görülüb, qan alınıb. Yəni bu istiqamətdə işlərimiz planlı şəkildə həyata keçirilir. Mümkün deyil ki, hansısa rayonda bu işlər aparılmasın. Ola bilər ki, heyvanlardan olan digər xəstəliklərə - məsələn, qara yaraya görə vaksin vurulub və müəyyən fasilə verildikdən sonra brusellyoza qarşı tədbirlər görülməlidir. Bizim effektli tədbirlər planımıza uyğun olaraq, respublikada heyvanların peyvənd olunması davam etdirilir".

İnfeksionist Vüqar Cavadzadə qeyd edir ki, vaxtında həkimə müraciət edilərsə, bu xəstəlik tam müalicə oluna bilər: "Brusellyoz hazırda geniş yayılmasa da, tək-tək insanlar bu xəstəliyə yoluxur. Buna heyvandarlıq inkişaf edən rayonlarda daha çox rast gəlinir. Amma əvvəlki illərə nisbətən son dövrlər bu xəstəliyə yoluxmalar azalıb. Bu xəstəlik insanlara əsasən süd və süd məhsullarında keçir. Xəstəliyin qarşısını almaq üçün ilkin olaraq profilaktik şəkildə baytarlıq tədbirləri aparılmalıdır. Xəstə heyvanların vaxtında aşkar edilməsi, onların müalicə olunması əsasdır. Bu işdə vacib olan məsələlərdən biri də əhali arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasıdır. Eyni zamanda heyvandarlıqla məşğul olan şəxslərə peyvəndlərin vurulması, bu xəstəliyin yayılmasının qarşını ala bilər. Bu xəstəliyin bir özəlliyi var ki, xəstə olandan sağlam şəxsə keçmir. Vaxtında  həkimə müraciət olunduqda xəstəlik tam müalicə edilir. Amma 2-3 ay keçdikdən sonra xronikə keçidə meyilli olur və müalicəsi nisbətən çətin olur. Xroniki hala keçdikdə kəskinləşmələr müşahidə edilir.  Müalicə isə kompleks şəkildə aparılır. Əsas olaraq antibiotiklərdən istifadə olunur. Müalicə üsulu bir az da xəstənin yaşından, brusellyozun hansı orqanı zədələməsindən asılıdır. Yəni bu amilləri nəzərə alaraq effektiv müalicə metodu tətbiq etmək mümkündür. Əgər xəstəlik artıq xroniki forma alıbsa, bu zaman fizioterapevtik vasitələrdən də istifadə olunur".
 
Tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, qaynadılmadan istifadə edilən bütün süd məhsullarından bu xəstəliyə yoluxmaq olar: "Brusellyoz heyvani mənşəli infeksiyadır və dörd tipi var. Heyvanın ətinə, qanına toxunan zaman əlin zədələnmiş hisslərindən və həzm sistemi vasitəsi ilə keçə bilər. Ölkəmizdə bu xəstəliyə daha çox qida məhsulları vasitəsilə yoluxmalar baş verir. Yəni brusellyoza tutulmuş iribuynuzlu və ya xırdabuynuzlu heyvanın ətindən, südündən istifadə edən zaman insana keçir. Məsələn, hətta dondurmadan da belə yoluxmalar olur. Əgər həmin dondurma qaynadılmamış süddən hazırlanıbsa, bu xəstəlik insana keçə bilər. Çünki brusellolar dondurulan yox, qaynadılan zaman ölür. Bu, tək dondurmaya deyil, qaynadılmadan istifadə olunan bütün süd məhsullarına aiddir. Həmin məhsullar brusellyozun yayılması üçün mənbə rolunu oynayır".
 
"Bu işə baytarlıq idarələri ciddi nəzarət etməlidir" deyən müsahibimiz bildirir ki, iribuynuzlu və xırdabuynuzlu heyvanlar daim yoxlanışdan keçməlidir: "Satışa çıxarılan hər bir heyvan mütləqdir ki, yoxlanışdan keçirilsin. Söhbət təkcə brusellyozdan getmir, ümumiyyətlə bütün infeksion xəstəliklərə qarşı tədbirlər görülməlidir. Sovet dövründə bu xəstəliyə yoluxmuş heyvanların istifadə olunmaması üçün  heyvanın əvəzinə kompensasiyalar ödənilirdi. Amma indi bu praktikanın necə həyata keçirildiyini bilmirəm. Bu işdə heyvandarlıqla məşğul olan insanlar maraqlı olmalıdır.  Yəni həm özünün xəstəliyə yoluxmamağı, həm də xəstəlik daşıyıcısı olan heyvanın məhv edildiyi təqdirdə kompensasiya ala bilməsi üçün. Əks halda heyvanın xəstə olması gizlədilir və beləcə, infeksiya yayılır". 
 
Ekspertdən peyvəndin nə qədər effektiv olduğunu soruşduq: "Bütün iribuynuzlu və xırdabuynuzlu heyvanlarda bu xəstəliyə rast gəlmək mümkündür. Peyvənddənsə, yaxşı olar ki, xəstəliyin mənbəyi məhv edilsin. Yəni heyvanların vaksinlə müalicəsi uzun bir prosesdir. Amma insana düşdükdə müalicəsi mümkündür. Müəyyən dərmanlar və müalicə üsulu ilə tam sağalmaq mümkündür".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM