Elman Nəsirov: ATƏT DTİHB-nin seçki hesabatı sifariş əsasında hazırlanıb

08:48 / 14.04.2018

Aprelin 11-də Azərbaycan Respublikasında şəffaf, demokratik prezident seçkiləri keçirildi. Seçkilərin nəticələri Azərbaycan xalqının siyasi iradəsinin ifadəsidir. Bu seçkilərdə İlham Əliyev 86,03 faiz səs toplayaraq inamlı qələbə qazandı. Bu, ilk növbədə, ölkə Prezidentinin 15 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə xalqın verdiyi qiymətin və dəstəyin bir ifadəsidir. Seçkiləri 59 ölkə və 61 təşkilatdan 894 beynəlxalq müşahidəçi izlədi. Onların demək olar ki, hamısı birmənalı olaraq seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda növbəti addım kimi dəyərləndirdilər. Lakin bu siyahıda istisna təşkil edən qurumlar da oldu. Belə ki, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının seçkilərlə bağlı təqdim etdiyi hesabat qərəzli və ikili standartlara əsaslanan mövqeni ortaya qoydu.

Bu fikirləri  Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, həmin qurumlar birtərəfli mövqe ortaya qoyaraq Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinin elə Göyçayda, Ağdaşda müşahidələr aparan zaman seçki məntəqələri haqqında müsbət mövqedə olduqlarına mən özüm şahidlik etmişəm. Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvü olaraq bu prosesdə iştirak etmişəm və onların seçkiyə hazırlıq prosesinə verdiyi yüksək qiymətin şahidiyəm. Eyni zamanda, aprelin 11-də Qaradağ rayonunda müşahidəçi kimi seçkilərdə iştirak edirdim və yenə də ATƏT-in təmsilçilərinin seçki məntəqələrində əhalinin çox fəal şəkildə səs verdiklərini söyləmələrinə şahidlik etdim. Amma buna baxmayaraq, ilkin yekun hesabat hazırlayarkən ATƏT-dən, AŞPA-dan gəlmiş müşahidəçilər birlikdə seçkilərin nəticələrinə münasibət bildirərkən qeyri-obyektiv mövqe ortaya qoydular.

Milli Məclisin deputatı deyib: “Həmin müşahidəçilər Azərbaycanda təxminən 1300 seçki məntəqəsində olublar. Amma onlar hesabatı elə hazırlayıblar ki, seçici fəallığı, seçkilərə hazırlıq, 1000 məntəqədə veb-kameraların quraşdırılması, müşahidəçilər üçün geniş imkanların yaradılması ilə bağlı məsələlər diqqətdən kənarda saxlanılıb. Onlar seçki prosesinin həyata keçirilməsində obyektiv mühiti tənqid edirlər. Hansı seçki prosesini tənqid edə bilərlər ki, bu qədər beynəlxalq müşahidəçi dəvət edilmişdi, 60 minə yaxın yerli müşahidəçi var idi. Sizin müşahidə aparmağınız üçün heç bir maneə yox idi, özünüz də etiraf edirsiniz ki, seçki məntəqələrində həddindən artıq insan axını var idi. Bu insanlar səsverməyə bayram əhval-ruhiyyəsi ilə gedirdilər. Onlar Azərbaycanda sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiklərini deyirdilər. Bu sabitliyi, inkişafı, tərəqqini də yaradan Prezident İlham Əliyevdir. Bu reallığı məgər görmürsünüzmü? Çox təəssüf ki, onlar özlərini görməzliyə vurdular, müsbət proseslərlə bağlı heç bir mövqe ortaya qoymadılar, ancaq seçki prosesi ilə bağlı həqiqəti təhrif edən yalanla dolu bir yanaşma ortaya qoyurlar. Bütün bunlar da təbii ki, Azərbaycan ictimaiyyətinin və media mənsublarının çox ciddi etirazına, qınağına səbəb oldu. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 1995-ci ildən bəri təxminən on dəfə Azərbaycanda seçki prosesini müşahidə edib və bu müşahidələrin nəticəsində hələ bir dəfə də olsun müsbət rəyin şahidi olmamışıq. Ya Azərbaycana gələrkən özləri ilə əvvəlcədən hazırlanmış hesabatı gətiriblər, ya da ki seçkiləri müşahidə etməkdən imtina ediblər. Bu reallığın dəfələrlə şahidi olmuşuq. 1995-ci ildən bəri onlar Azərbaycana gəlirlər. Nə qədər qeyri-obyektiv olasan ki, Azərbaycandakı inkişafı, sabitliyi, təhlükəsizliyi, seçki prosesində olan dəyişiklikləri, irəliyə atılan addımları görməyəsən. Bunları görməmək üçün insanın gözü gərək kor olsun. Məndə belə bir hiss yaranmışdı ki, yəqin bu dəfə onlar artıq bütün bunları görəcək və obyektiv rəy verəcəklər. Amma biz nəyin şahidi olduq? Sanki Azərbaycanda seçki prosesində heç bir müsbət hal yoxdur. Onlar belə bir yanaşma ilə çıxış etdilər. Bu, təbii ki, cəmiyyətimizdə narazılıq hissi doğurur. Ona görə ki, ATƏT kimi nüfuzlu təşkilat, görünür, daha böyük siyasi dairələrin əlində asılı vəziyyətdədir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna tapşırılır, sifariş verilir ki, o cür bir hesabat hazırlayın, onlar da bu addımı atırlar. Çox təəssüfləndirici bir haldır. İctimaiyyətin nümayəndələri ilə görüşlərimizdə onlar söyləyirlər ki, biz də ATƏT-dən başqa nəticələr də gözləmirdik. ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqedə dayandığını çoxdan göstərib. ATƏT-in siyasətinin nəticəsidir ki, bu münaqişə həllini hələ də tapa bilmir. Ünvansız bəyanatlar verməklə məşğuldurlar, Ermənistana heç bir təzyiq imkanları yoxdur. Belə bir təşkilatın hazırladığı hesabatı müsbət gözləmək olarmı? Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı öz qəti mövqeyini nümayiş etdirir və ölkəmizin media mənsubları da ATƏT-in qeyri-obyektiv mövqeyinə etirazlarını ifadə edirlər”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM