Prezident İlham Əliyev: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün bütün sahələrdə daha fəal olmalıyıq

19:37 / 14.04.2018

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabı çapdan çıxıb

 

Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqemiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha fəal olmalıyıq. İlk növbədə, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir.

 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 54-cü kitabındakı materiallar 2012-ci ilin noyabrından 2013-cü ilin fevralınadək olan dövrü əhatə edir.

Bu kitab Azərbaycan Prezidentinin BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşünə dair informasiya ilə başlanır.

Nəşrdə dövlətimizin başçısının Sinqapur Respublikasına dövlət səfərinə, Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar, “CNN International” televiziya kanalına müsahibəsinin mətni, habelə Azərbaycana işgüzar səfərə gəlmiş Ukrayna Prezidenti ilə görüşünə dair informasiya yer alıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Rusiya, ABŞ, Hindistan, Ukrayna, Bolqarıstan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Serbiya, Argentina, Latviya, Polşa, Böyük Britaniya və digər dövlətlərin, Avropa İttifaqı, Avropa Komissiyası, ATƏT, AŞPA, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, nümayəndə heyətlərini qəbul etməsinə dair materiallar toplanıb.

Nəşrdə Azərbaycan Prezidentinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən VII İnternet İdarəçilik Forumunun, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının, “Xəzər: ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyasının, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Qurultayının və digər tədbirlərin iştirakçılarına müraciətləri yer alıb.

Dövlətimizin başçısının respublikamızın paytaxtında keçirilən tədbirlərdə, o cümlədən “Bakutel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində, Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirakına və çıxışlarına dair materiallar daxil edilib.

Bu cilddə, Azərbaycan Prezidentinin Füzuli və Qusar rayonlarına, Sumqayıt şəhərinə səfəri zamanı regionlarda mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən sosial proqramların icrasına, bölgə ictimaiyyəti ilə görüşlərinə, bölgələrdə və respublikanın paytaxtında aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, mədəni-məişət, sosial-sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasda nitqləri və digər tədbirlərdə çıxışlar əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsinin mətni ilə də tanış olmaq mümkündür.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 54-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM