Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın Thompson Reuters indeksli jurnalında

13:08 / 16.04.2018

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin «KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi» adlı məqaləsi ABŞ-da nəşr olunan Thompson Reuters indeksli «Confrontation» jurnalında dərc olunub.

Vüqar Rəhimzadə 1968-ci ildən işıq üzü görən və Nobel mükafatçılarının da məqalələrinin dərc edildiyi jurnalın 121-ci sayında Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edib.

Məqalədə qeyd olunur ki, KİV cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir. Bu gün mətbuat cəmiyyətdə sabitləşdirici rola malikdir və sosial dəyişikliklərin təkanverici qüvvəsini kimi çıxış etməyə qadirdir. Bu da öz növbəsində dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir.

Müəllif yazır ki, informasiya sahəsindəki siyasət daha az öyrənilmiş və daha çox mürəkkəb olan siyasi fəaliyyət növüdür. Vurğulanır ki, ən yeni informasiya və telekommunikasiya texnologiyalarının inkişafı özü ilə təkcə texnoloji innovasiyalar, elm tutumlu istehsala keçid və s. gətirmir, həmçinin insan məskəninin bütün informasiya mühitini, ictimai həyatın bütün sosiomədəni məzmununu kökündən dəyişir, informasiya sahəsini cəmiyyətdə üstün mövqeyə çıxarır. Yeni informasiya məkanı dünya bazarının az qala ən sürətli və intensiv inkişaf edən sektoruna çevrilən, hər hansı milli sərhədləri və ideoloji maneələri aradan qaldıran, milli-mədəni fərqləri tarazlayan dünya informasiya bazarının yeni reallıqlarını diktə edir.

Məqalədə bu reallıq da öz əksini tapır ki, cəmiyyətin informasiya tələbatının ödənilməsi funksiyasını yerinə yetirən mətbuat zamanın, dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşir, yeni-yeni vəzifələrin icrasına öz töhfəsini verməyə çalışır. Ən ciddi dəyişikliklər hər şeydən öncə informasiyanın təsir imkanlarının qlobal miqyasda güclənməsi ilə əlaqədar olaraq dövlət sərhədlərinə və auditoriyanın milli fərqlərinə məhəl qoymayan televiziyada baş verir. Bu daha aşkar formada internet sistemində nəzərə çarpır. Bütün planet miqyasında vahid informasiya məkanının bərqərar olması müasir mərhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir.

Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun, yeni texnologiyaların inkişafı fonunda əldə olunan uğurların əks edildiyi məqalədə bildirilir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf

etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Bu da bir faktdır ki, müasir dövrdə ümumi iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının yeri və rolu artan xətt üzrə inkişaf etməkdədir. Məhz bu səbəbdən bu gün Azərbaycanda da İKT davamlı inkişaf siyasətinin prioritet istiqamətləri sırasında yer almaqla yanaşı, sosial-iqtisadi sahəyə də böyük sürətlə nüfuz etməkdədir. Müəllif diqqətə çatdırır ki, XXI əsrdə informasiyanın elmi-texniki inqilabın əsasını təşkil edəcəyini nəzərə alan Azərbaycan dövləti elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirdi. Yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahələr üzrə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdir. Bu istiqamətdə mühüm addımlardan biri məhz ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin kosmik sənayenin inkişafına göstərdiyi dəstəkdir.

Böyük maraq doğuran məqalədə yer alan bu kimi digər faktlar bir daha İKT-nin cəmiyyət həyatında oynadığı rola aydınlıq gətirir, ən əsası Azərbaycan mətbuatının dünya informasiya məkanına inteqrasiyasına işıq salır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM