ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar

11:47 / 19.04.2018

ABŞ-ın Etnik Anlaşma Fondunun yaradıcısı və rəhbəri ravvin Mark Şnayerin, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Störnsin və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə Birləşmiş Ştatların Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi və İsrail Dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Kohen, Konqresin üzvü Henri Kuellar, konqresmenlərin ofislərinin əməkdaşları, nüfuzlu xristian-yevangelist din xadimləri, habelə yəhudi və xristian icmalarının nümayəndələri iştirak ediblər. Tədbirə, həmçinin ABŞ-ın və İsrailin media nümayəndələri qatılıblar.

Tədbiri açan ravvin Mark Şnayer ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini qeyd edib. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs edib, Azərbaycana səfərlərinin təəssüratlarından danışıb. Ravvin, həmçinin Prezident İlham Əliyevlə bir neçə dəfə görüşü barədə xoş təəssüratlarını paylaşıb və Azərbaycandakı əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanın digər 57 İslam ölkəsi arasında nadir rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb.

Ravvin 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Nyu-Yorka səfər etmiş Prezident İlham Əliyevlə, bundan əvvəl isə 2017-ci ilin may ayında Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorka səfər etmiş xarici işlər naziri Elmar Məmmədyarovla bir qrup nüfuzlu xristian və yəhudi din xadimləri arasında keçirilmiş görüşlərdə şəxsən iştirakını xatırladıb. O qeyd edib ki, sözügedən görüşlər Azərbaycan Prezidentinin müsəlman, xristian və yəhudi icmaları ilə münasibətlərə verdiyi əhəmiyyətin və ölkəmizin bu sahədə aparıcı rola malik olmasının bariz nümunəsidir.

Sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Stiv Kohen Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə edib, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Kohen tərəfindən təqdir edilib.

ABŞ-da və dünyada böyük bir şəbəkəyə və nüfuza malik “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, yepiskop Robert Störns də ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlayıb. Yepiskop Störns Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhfəsini aşkarladığını diqqətə çatdırıb. Bu xüsusda, “İslam Həmrəyliyi İli” münasibətilə keçirilmiş tədbirlərə qatılarkən Azərbaycanın nadir rolunun bir daha şahidi olduğunu bildirıb. Belə ki, Azərbaycanın əhalisinin 95 faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi “İslam Həmrəyliyi İli” tədbirlərinə müsəlmanlarla yanaşı, yəhudi və xristian xadimlərini də dəvət edib. Bununla yanaşı, Azərbaycanın Milad bayramını və Yeni ili xüsusi təmtəraqla qeyd etməsi bu ölkənin tolerantlığa nümunə olmasını və dövlət başçısının bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir.

Robert Störns Bakıda olduğu müddətdə çoxsaylı davamçılarına videomesajla səslənib və Azərbaycanın əhəmiyyətindən danışıb. O, Konqresdə keçirilmiş tədbirdən sonra da videomesaj vasitəsilə həmin tədbirin əhəmiyyətindən bəhs edib və davamçılarını Azərbaycanın xeyrinə dua etməyə çağırıb.

Protestant keşişi (pastor) Bob Roberts çıxışı zamanı ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş Prezidenti İlham Əliyevin inauqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırıb. Bu xüsusda, səfir Süleymanov ravvin Şnayer və yepiskop Störnsin Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə ünvanladıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə minnətdarlığını bildirib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhfəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühüm rol oynayır. O, diqqətə çatdırıb ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçərkən həm də tolerantlıq və dialoq ənənələrinin davam etməsinə səs verib.

Azərbaycanla İsrail, habelə Azərbaycanın yəhudi və müsəlman əhalisi arasında tarixi köklərə əsaslanan münasibətlər barədə danışan səfir Azərbaycanla İsrail arasında möhkəmlənən tərəfdaşlığın İsrailin 70 illiyinə və Azərbaycan Respublikasının 100 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın hələ 100 il əvvəl, ABŞ-dan daha öncə dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq insanlara seçki hüququnu verdiyini və azadlıqlarını təmin etdiyini vurğulayıb. Səfir Azərbaycanın bu ənənəsinin digər ölkələr üçün nümunə olduğunu bildirib.

Azərbaycanın İsraillə əlaqələrinin Azərbaycanın öz yəhudi icması ilə xoş münasibətlər üzərində qurulduğu və ölkəmizin bununla qürur duyduğunu qeyd edən səfir iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Yusif Babanlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM