Elman Nəsirov: Azərbaycan İntibah dövrünün yeni mərhələsində

19:37 / 19.04.2018

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində proqram xarakterli nitq söylədi. Həmin nitqdə Azərbaycanın son 15 il ərzində hərtərəfli inkişaf prosesi faktlarla tam şəkildə əsaslandırıldı, həmçinin qarşıda duran vəzifələrlə bağlı fikirlər səsləndirildi.

Strategiya.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib: “Prezident İlham Əliyevin son 15 illik fəaliyyəti göstərir ki, məhz ulu öndər Heydər Əliyevin siyasətinə sadiqlik, onun yolunun davam etdirilməsi Azərbaycanın bugünkü nailiyyətlərini şərtləndirən ən mühüm amildir. Yəni, Heydər Əliyev yolu alternativi olmayan yeganə yoldur ki, məhz İlham Əliyev də bu yolu uğurla davam etdirir. Nəticədə Azərbaycanın son 15 illik tarixi, sözün həqiqi mənasında, mühüm bir inkişaf mərhələsini təşkil edir. Dövlətimizin başçısı proqram xarakterli çıxışında qeyd etdi ki, ən böyük nailiyyətimiz bu gün Azərbaycanın regionda, eləcə də dünyada sabitlik adası, sabitlik məkanı kimi tanınmasıdır. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrilib, bunun sayəsində ölkəmizin dinamik inkişafının əsası qoyulub. Son 15 il ərzində ölkəmizdə həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılıb, mühüm nailiyyətlər əldə edilib. Ölkəmizin 15 illik tarixi həm də Azərbaycanın demokratik inkişafı nöqteyi-nəzərindən olduqca uğurlu olub. Azərbaycanda söz, mətbuat, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı tam təmin edilib. Demokratik inkişaf istiqamətində çox ciddi siyasi islahatlar həyata keçirilib. Dövlətimizin başçısı vurğuladı ki, artıq Azərbaycanda siyasi mədəniyyətin formalaşması prosesində də çox müsbət meyillər özünü göstərməkdədir, daha doğrusu, siyasi mədəniyyətin siyasi mübarizə üsullarının formalaşması sahəsində də müsbət tendensiya müşahidə olunmaqdadır. Prezident seçkiləri bir daha nümayiş etdirdi ki, siyasi opponentlər, sözün həqiqi mənasında, siyasi mübarizənin sivil formasını seçiblər”.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, son 15 il ərzində Azərbaycanın sürətli iqtisadi inkişafı təmin edilib. Bu gün Azərbaycan iqtisadi baxımdan tam azad, sərbəst dövlətdir. Güclü iqtisadiyyatı olan dövlət siyasi baxımdan da müstəqil olur. Siyasi müstəqilliyi iqtisadi müstəqillik şərtləndirir. Beynəlxalq maliyyə qurumlarından, ayrı-ayrı dövlətlərdən iqtisadi baxımdan heç bir asılılığımız yoxdur, biz iqtisadi artımımızı təmin edirik və siyasi addımlarımızı da reallaşdırırıq. Bu nöqteyi-nəzərdən dövlətimizin başçısı son 15 il ərzində Azərbaycanın keçdiyi iqtisadi inkişaf yoluna da ayrıca diqqət ayırdı. Qeyd etdi ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatında analoqu olmayan bir inkişaf özünü göstərir. Ölkəmizdə bu müddət ərzində iqtisadiyyat 3,2 dəfə artıb. İqtisadi islahatlarımızın kökündə duran əsas amil iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləridir. Bu sektorda 2,8 dəfə artım qeydə alınıb. Sənaye artımı 2,6 dəfə təşkil edib, ixrac potensialımız artıb. Bu sahədə son 15 il ərzində 4,1 dəfə artım qeydə alınıb. Bunlar çox böyük nailiyyətlərdir. Bu gün Azərbaycandakı sabitlik, təhlükəsizlik və həyata keçirilən iqtisadi islahatlar ona gətirib çıxarıb ki, bu gün Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulub, onun da yarısından çoxu xarici investisiyalar təşkil edir. Yəni, dünyanın nəhəng iqtisadi korporasiyaları, kampaniyaları ölkəmizə bu qədər böyük həcmdə vəsait qoyurlarsa, bu, o deməkdir ki, Azərbaycanda çox gözəl investisiya mühiti formalaşıb. Ölkəmizin sabitliyi onlar üçün investisiya qoymaq baxımından çox əlverişlidir və burada heç bir təhlükə yoxdur. Prezident azərbaycandakı siyasi proseslərdən, siyasi islahatlardan, demokratik inkişaf yolunda atılan addımlardan bəhs edərkən antimilli qruplaşma ilə bağlı bir məsələyə də diqqəti cəlb etdi. Qeyd etdi ki, prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycanın siyasi həyatında antimilli qruplaşmanın heç bir yeri yoxdur. Onların yeganə yeri var, onu da xalqımız müəyyən edib, bu da tarixin zibilxanasıdır. Yəni, milli dönüklərin, milli satqınlıq nümayiş etdirənlərin, ayrı-ayrı xarici siyasi və iqtisadi antiazərbaycan mərkəzlərindən aldıqları ianələr, qrantlar hesabına öz dövlətinə, millətinə qarşı çıxış edənlərin Azərbaycanın siyasi həyatında heç bir yeri ola bilməz. Xalq özü onlara hansı yer lazım olduğunu müəyyən edib.

Elman Nəsirov diqqətə çatdırıb ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan daxilində heç bir siyasi təhlükə mənbəyi yoxdur, həmin təhlükə mənbələri aradan qaldırılıb. Biz özümüzü xarici təhlükələrdən qoruya bilmişik, bundan sonra da qoruyacağıq. Bunu necə etmək lazımdır, hansı halda Azərbaycan buna nail ola bilir? - sualına da Prezident aydınlıq gətirdi. Qeyd etdi ki, bu, onun sayəsində baş verir ki, xalq-iqtidar birliyi var. Xalq hakimiyyəti dəstəkləyir, hakimiyyət də xalqın mənafeyindən irəli gələn siyasəti həyata keçirir. Birlik olan yerdə, ağıllı, düşünülmüş dövlət siyasəti olan yerdə bütün problemlər, anlaşılmazlıqlar, çətinliklər öz həllini tapır.

Eyni zamanda, Prezident Azərbaycanın beynəlxalq mövqeləri məsələsinə də xüsusi diqqət ayırdı. Qeyd etdi ki, Azərbaycan son 15 il ərzində özünün beynəlxalq mövqelərini kifayət qədər möhkəmləndirib. Ölkəmizə dünyada etibarlı tərəfdaş kimi yanaşırlar, Azərbaycanın beynəlxalq reputasiyası kifayət qədər güclüdür. Elə bunun təsdiqi kimi? Prezident 2011-ci ildə Azərbaycanın BMT Baş Məclisinin üzvü olan 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini vurğuladı və bunu tarixi bir hadisə kimi dəyərləndirdi. Bildirdi ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycana olan yüksək etimadın məntiqi nəticəsi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində də bizim haqlı mövqeyimizi müdafiə edir. Məhz elə bunun sayəsindədir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri var, BMT Baş Məclisinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən qərar və qətnamələri mövcuddur. Münaqişənin tənzimlənməsi prosesində siyasi və diplomatik, hərbi üstünlüyümüz təmin edilib. Bunun da mühüm göstəricisi kimi vurğulandı ki, heç bir dövlət, heç bir beynəlxalq təşkilat, hətta Ermənistanın özü belə bu günə qədər Dağlıq Qarabağdakı qondarma rejimi tanımayıb. Eyni zamanda, keçən il qondarma rejimdə qondarma referendumu da heç bir dövlət tanımadı. Bir çox beynəlxalq təşkilatlar və qonşu dövlətlər bu seçkiləri tənqid etdi, bununla bağlı öz mənfi mövqeyini ifadə etdi. Bütün bunlar onu göstərir ki, münaqişənin həlli prosesində bizim hüquqi mövqelərimiz kifayət qədər güclüdür, münaqişənin həlli üçün hüquqi baza var.

“Aprel döyüşləri Azərbaycanın hərbi üstünlüyünün çox mühüm bir nümayişi oldu. İki il vaxt keçməsinə baxmayaraq, Ermənistan aldığı bu zərbədən hələ də özünə gələ bilməyib. Bu kontekstdə Prezident başqa bir məqama da diqqəti cəlb etdi. Təəssüf hissi ilə qeyd etdi ki, bugünkü dünyada güc faktoru həlledici faktordur. Yəni, bu gün hüququn gücü yox, gücün hüququ işləyir. Güc ilə hüquq arasında balans pozulub və bu reallığı qiymətləndiririk. Qeyd etdi ki, haqlı olaraq ordu quruculuğu məsələlərinə çox böyük önəm vermişik, bu məsələyə xüsusi diqqət ayırmışıq. Dünya praktikası da göstərir ki, bu, ən düzgün yoldur. Bugünkü dünyamızın reallığı kontekstində ən düzgün yol budur. Bu gün Azərbaycan Ordusu ən müasir silah-sursatla, müasir texnika ilə təmin olunub, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Ölkə Prezidenti Azərbaycanın 15 illik siyasi, iqtisadi, hərbi, demoqrafik, demokratik inkişaf yolu ilə bağlı məsələlərdən də bəhs etdi. O qeyd etdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır, siyasətimiz bu məqsədə xidmət göstərir. Son 15 il ərzində Azərbaycanda maaşlar 7 dəfədən çox, pensiyalar 10 dəfədən çox artırılıb, bundan sonra da bu siyasət davam etdiriləcək. Bu kontekstə, dövlətimizin başçısı perspektiv məsələlərə də diqqət ayırdı. Söylədi ki, indiyə qədər həyata keçirdiyimiz siyasi, iqtisadi, hərbi və digər əhatə edən islahatlar siyasətini davam etdirəcəyik. Bununla bağlı konkret planlarımız, proqramlarımız var, atılmış bütün addımlar məntiqidir və bir-birini tamamlayır, xaotik heç bir addım atılmır, hər bir addım planlı və məqsədyönlü şəkildə reallaşdırılır. Bu kontekstdə, idarəçilik məsələləri, dövlət idarəçiliyi sahəsində islahatlar, sosial sferada islahatlar kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Yəni, Azərbaycan bundan sonra da bizi müvəffəqiyyətlərə gətirib çıxaran Ulu Öndərin müəyyən etdiyi yolla gedəcək, həmin yolu davam etdirəcək. Bunun üçün siyasi iradə var, bunun üçün xalqın Prezidentə böyük etimadı var, seçkilərin nəticələri bir daha bunu təsdiqlədi.

Qarşıdakı yeddi il ərzində Azərbaycanı daha böyük uğurlar gözləyir. 2003-cü ildə 15 ildən sonra Azərbaycanın məhz bu cür yüksək səviyyəyə gəlib çıxacağını təsəvvür etmək bəlkə də çətin idi. Amma bu gün ölkəmizin hansı inkişaf səviyyəsinə gəlib çatdığı göz qabağındadır. Bu, sırf dövlətimizin başçısının uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Ona görə də 2025-ci ildə, yəni, 7 ildən sonra dönüb 2018-ci ilə baxanda görəcəyik ki, biz daha hansı zirvələri fəth etmişik. Azərbaycanın bu uğurları dostlarımızı sevindirir, düşmənlərimizin isə yuxularına haram qatır. Onlar cürbəcür siyasi hoqqabazlıqlar etməyə, min cür oyunlara cəhd edirlər. Çalışırlar ki, sapı özümüzdən olan baltaları işə salsınlar, antimilli ünsürlərdən istifadə etsinlər, lakin bunun heç birinin nəticəsi olmayıb və olmayacaq. Çünki ortada Azərbaycan xalqı ilə onun hakimiyyətinin, Prezidentinin möhkəm birliyi var. Birlik olan yerdə də antiazərbaycan ünsürlərin və sapı özümüzdən olan baltaların arzuları gözlərində qalacaq”, - deyə E.Nəsirov bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM