Madrid “Real”ı futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Klub rəhbərliyi portuqaliyalı hücumçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Ronaldonun bu təklifdən xəbəri var və bunu müsbət qarşılayıb.
Yeni müqavilənin müddəti əvvəlki kimi – 2021-ci ilə qədər olacağı bildirilir. 33 yaşlı futbolçu ilinə 30 milyon avro qazanacaq. Sözləşmənin DÇ-2018-ə qədər imzalanacağı gözlənilir.