22 aprel tarixində Vaşinqton şəhərində yerləşən Amerikanın əsas milli dini məbədində (Washington National Cathedral) azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqin konserti keçirilib. Sözügedən baş kilsə hər dörd ildən bir ABŞ prezidentinin vəzifəsinə başlaması münasibətilə təşkil olunan andiçmə mərasimi də daxil olmaqla, rəsmi dini ayinlərin keçirildiyi məkandır. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Cəmilə Cavadova-Spitzbeqin konsert proqramında Yohann Sebastiyan Bax və Feliks Mendelson kimi klassik qərb bəstəkarlarının musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səslənib. Bəstəkar Qara Qarayevin fortepiano prelüdiyasının Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova tərəfindən hazırlanan orqan üçün transkripsiyası, eləcə də Vasif Adıgözəlovun “Muğam-fantaziyası” ABŞ auditoriyasına təqdim edilən əsərlər sırasında idi.
Konsert ABŞ-da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş proqramlar seriyasına aid olduğu üçün rəmzi əhəmiyyətə malikdir. Qeyd edək ki, Azərbaycan bəstəkarlarının orqan əsərləri ABŞ-ın əsas milli dini məbədində ilk dəfə səslənirdi.
Cavadova-Spitsberq, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi ərəfəsində Azərbaycanın musiqi proqramı ilə çıxış edən ilk orqan ifaçısıdır. O, unikal şəkildə Azərbaycan musiqisini olduqca mürəkkəb musiqi aləti olan orqana uyğunlaşdıraraq mədəniyyətdə bir ilkə imza atıb. Simvolik səciyyə daşıyan digər məqam da odur ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının və onun qadınlar da daxil olmaqla öz vətəndaşlarına bərabər seçki hüququ verməsinin 100 illiyini qeyd etdiyimiz zamanda, xanım Cavadova – Spitzberq 2017-2018-ci illər üçün Vaşinqton əsas milli dini məbədinin orqan ifaçıları arasında yeganə qadın ifaçıdır. “Ernest M. Skinner & Son” orqan şirkəti tərəfindən inşa edilmiş böyük orqanın gözəl səsi və Doktor Cavadova-Spitsberqin ifası sürəkli alqışlarla qarşılanıb. Konsertdə yerli klassik musiqi həvəskarları ilə yanaşı, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və Səfirliyin əməkdaşları, Vaşinqton və onun ətraf şəhərlərinin azərbaycanlı icmasının üzvləri iştirak edib.
Cəmilə Cavadova-Spitsberq öz rəngarəng və valehedici çıxışlarına görə Amerikanın məşhur klassik musiqi jurnalı olan “American Record Guide” tərəfindən təqdir edilən layiqli musiqiçi və müəllimdir. O, orqan ifası sahəsində musiqi elmləri üzrə doktorluq dərəcəsi almış ilk azərbaycanlı qadın orqan ifaçısıdır. O, ABŞ, keçmiş SSRİ ölkələri, Niderland, Almaniya, Birləşmiş Krallıq, Fransa, Danimarka və bir çox digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Hal-hazırda, o, ABŞ-ın Texas ştatının Arlinqton şəhərində yaşıyır və orada dövlət universitətində dərs deyir. Cəmilə Cavadova-Spitsberq ABŞ-da Azərbaycan klassik musiqisinin təbliğatı ilə məşğul olan “Azərbaycan-Amerika musiqi fondu” qeyri-hökumət təşkilatının təsisçisidir. Daha əvvəl məlumat verildiyi kimi, “Azərbaycan-Amerika musiqi fondu” cari ilin yanvar ayında 2018-ci ili görkəmli Azərbaycan bəstəkarı, pedaqoqu, ictimai xadimi Qara Qarayevin 100 illiyi tədbirlərinə həsr olunmuş “Qara Qarayev ili” elan etmiş və ABŞ-ın müxtəlif şəhərlərində Qara Qarayevin yaradıcılığına həsr olunmuş bir sıra konsert və tədbirlər təşkil edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM