"Evinizdə yatın ki, əşyalarınız oğurlanmasın" - Ağdaş Rayon Polis idarəsinin əməkdaşı

19:28 / 23.04.2018

Strategiya.az bildirir ki, Xalqinfo.az xəbər portalının redaksiyasına Ağdaş rayon sakini Gülşən Kərimova tərəfindən evlərinin qarət olunması ilə bağlı şikayət daxil olub.

Şikayətçi bildirir ki, "bizim Ağdaş şəhər, M. Əsədov küçəsi 52, ünvanında yerləşən üç otaqlı evimiz 2016-cı il tarixdən dəfələrlə qarət olunub və mən bununla bağlı Ağdaş Rayon Polis idarəsinə dəfələrlə şikayət etsəm də heç bir nəticəsi olmamışdır. Hətta mən oğruların ad və soyadını belə polislərə bildirmişdim. Lakin sözügedən idarədən hər dəfə bizə bildirirdilər ki, "sizin şifahi ifadənizlə biz heç kimi həbs edə bilmərik"".

Şikayətçinin sözlərinə görə, bunu görən oğrular daha da arxayın düşərək təxminən 2018-ci il yanvar ayının əvvəlində yenə də eyni adamlar evə (həmin vaxt onlar evdə olmayıblar) girərək evdə olan məişət əşyalarımızı demək olar ki, nə mümkündürsə aparıblar. "Mən oğurluq hadisəsi ilə əlaqədar Ağdaş Rayon Polis idarəsinə müraciət etdim və oğruların tutulmasını tələb etdikdə həmin idarənin əməkdaşı Azad Məmmədov “mən sizə oğru, əşya tapanam?” deyə mənə bildirdi. Bu hadisədən bir həftə sonra oğrular bizim evin dam örtüyünü belə söküb aparıblar. Mən növbəti dəfə Ağdaş Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etdim və yenə də müstəntiq Azad Məmmədov bildirdi ki, “mən sizin evinizdə yatmalıyam? Evinizdə yatın ki, əşyalarınızı və dam örtüyünüzü aparmasınlar.” Hətta mən ona bildirəndə ki, oğruların barmaq izləri də sübut edir ki, onlar bir neçə nəfər olublar, cavabında isə yenə də Azad Məmmədov bildirdi ki; “İndi biz sizin üçün bütün Ağdaş əhalisinin bir-bir barmaq izlərini axtarmalıyıq? Sən sübut elə ki, əlavə dediyin iki nəfər də oğurluqda iştirak ediblər, ondan sonra mən onları həbs edəcəm”. Bizim təkidli şikayətlərimizdən sonra oğrulardan biri olan Səbuhi adlı şəxs tutuldu. Amma bizim və polislərin də dəqiq bildiyi digər oğru İbrahim və adını bilmədiyim başqa bir oğrunu isə Ağdaş Rayon Polis əməkdaşları tutmaq istəmirlər. Oğrulardan biri olan İbrahim adlı şəxs Ağdaş Rayon Polis nəfəri olan Samit adlı şəxsin qohumu olduğu üçün onu Ağdaş Rayon Polis idarəsinin əməkdaşları himayə edirlər. Evdən aparılan əşyaların çəkisi və həcmi sözügedən əşyaların bir nəfər tərəfindən aparılmasının mümkün olmadığını göstərir.

Ağdaş Rayon Polis idarəsinin əməkdaşları özlərini elə aparırlar ki, hər bir vətəndaş evdən gedərkən evinə ştatnı bir qarovulçu və ya gözətçi qoymalıdır. Azad Məmmədovun deməsindən belə çıxır ki, biz özümüz oğruları müəyyən edib tutmalıyıq, bundan sonra Polislər bu işlə məşğul olmalıdır. Bəs onda uca dövlətimizdən yüksək məvacib alan Polis əməkdaşları nə üçündürlər? Vətəndaşların canını və əmlakını qorumaq birbaşa polislərin qanuni vəzifəsidir. Şikayətimi nəzərə alaraq Sizdən artıq dərəcədə xahiş edirəm.

Bizim Ağdaş şəhəri, M.Əsədov küçəsi 52 ünvanında yerləşən evimizi qarət edən İbrahim və adını bilmədiyimiz üçüncü şəxsin tutulmasına, bizə dəymiş zərərin ödənilməsinə və bu işdə məsuliyyətsizlik etmiş Ağdaş Rayon Polis əməkdaşlarının cəzalandrılmasına yardım edəsiniz". 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM