Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: "Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Bizim ölkələrdə ənənələrə böyük hörmət vardır. Bir çox məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir. Fürsətdən istifadə edərək xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Biz sizinlə il ərzində müxtəlif tədbirlərdə dəfələrlə görüşürük, təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarının, digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri zamanı. Bir sözlə, il ərzində biz tez-tez təmasda oluruq. Amma müqəddəs Ramazan ayında bizim görüşümüzün əlbəttə ki, xüsusi əhəmiyyəti vardır. Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır".
Dövlət başçısı qeyd edib ki, bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik: "Əlbəttə, biz hamımız istərdik ki, iqtisadi sahədə də əlaqələr yüksək səviyyədə olsun və buna çalışırıq. Hesab edirəm ki, indiki şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes qurumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər. Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir".
İlham Əliyevin sözlərinə görə, biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək: "Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır".
Azərbaycan Prezidenti vurğulayıb ki, beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobudcasına pozulub: "Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır. Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ona görə əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir.
Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik".
Dövlət başçısı deyib ki, eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır: "Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir. Artıq "Bakı prosesi" beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir".
İlham Əliyev xatırladıb ki, hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan etmişdir: "Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində İslamafobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir".
Prezident bildirib ki, bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti vardır. Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azərbaycan mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir: "Hesab edirəm ki, bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə bilərik. Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əlbəttə ki, bu oyunlar böyük idman bayramı olacaqdır. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcəkdir.
Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcəkdir. Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı vardır. Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq".
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək deyib: "Zati-aliləri cənab İlham Əliyev. Bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirik. Azərbaycanda təmsil olunan bütün müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri adından Sizə müqəddəs Ramazan bayramı və qarşıdan gələn fitrə bayramı münasibətilə ən xoş arzularımı çatdırıram. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun. Zati-aliləri, Azərbaycan heyrətamiz şəkildə inkişaf edir və ölkənizin iqtisadiyyatı dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatları sırasındadır. Ümumi daxili məhsul 3,4 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard dollara çatmış, iqtisadiyyata 170 milyard dollara yaxın sərmayə yatırılmışdır. Eyni zamanda, bu siyasət siyasi, iqtisadi və sosial islahatlarla müşayiət olunur. Bu, hər mənada böyük bir nailiyyətdir".
Səfir qeyd edib ki, Ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası dialoq, insan inkişafının təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər mövzulara həsr olunmuş beynəlxalq konfranslara ev sahibliyi etmişdir. Bu sırada Humanitar Forumu, Davos Dünya İqtisadi Forumunu və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə dəstək üzrə beynəlxalq konfransı qeyd etmək olar. İnsanları yaxınlaşdıran bu yanaşma təqdirəlayiqdir: "Əminəm ki, Azərbaycan məhz bu ovqatla 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını təşkil edəcəkdir. Bu mötəbər tədbirlərin keçirilməsində Azərbaycana uğurlar diləyirik. Zati-aliləri, bütün bu nailiyyətlər Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu təsdiq edir. Sizin müdrik və tarazlaşdırılmış siyasətiniz nəticəsində Azərbaycan regional və beynəlxalq əhəmiyyətli məsələlərin sülh yolu ilə həllinə töhfə verir. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bir daha vurğulayır və ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll ediləcəkdir. Zati-aliləri, icazə verin bir daha Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə gələcəkdə də tərəqqi və çiçəklənmə arzulayım. Təşəkkür edirəm".
Sonda xatirə şəkli çəkdirildi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM