ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışılıb

10:01 / 25.04.2018

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Müsahibə zamanı aparıcı səfirdən 25 ildir Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatirələrini bölüşməyi xahiş edib.

E.Süleymanov atasının geoloq olduğunu, mineral yataqlarının kəşf edilməsi məqsədilə Kəlbəcərə səfər etdiyini və onun da atası ilə birlikdə Kəlbəcərdə olduğunu bildirib. Kəlbəcərin olduqca gözəl bir diyar olduğunu bildirən diplomat buradakı dağların, kanyonların dünyanın ən gözəl təbiət mənzərələrindən olduğunu diqqətə çatdırıb. O, bu gözəl rayonun hazırda Ermənistanın işğalı altında olduğunu, etnik təmizləməyə məruz qaldığını bildirib.

Aparıcının həmin dövrdə Kəlbəcərdəki həyat şəraiti, oradakı evlər, əhalinin yaşayışı barədə sualını cavablandıran səfir əsasən kənd təsərrüfatının inkişaf etdiyi bu ərazinin öz orijinallığı ilə yadda qaldığını bildirib. Burada evlərin daşdan, əsasən çay daşından tikilməsi, rayonun ümumilikdə dağlıq ərazi olması diqqətə çatdırılıb. Kəlbəcərdən keçən Tərtərçay və onun ətrafındakı kanyonun füsunkarlığından bəhs olunub.

Səfir bu ərazinin həm də olduqca zəngin təbii sərvətlərə malik olmasını diqqətə çatdırıb, Kəlbəcərdəki qızıl, mis yataqlarından danışıb. Diplomat gənc yaşlarında gördüyü qızıl mədənlərinin hazırda Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istismar edildiyini təəssüf hissi ilə qeyd edib.

Daha sonra aparıcı Kəlbəcərdə yaşayan əhalinin aqibəti ilə maraqlanıb, onların harada və necə olmalarını soruşub.

E.Süleymanov Kəlbəcərdə yaşayan əhalinin həmin ərazidən zorla çıxarıldığını, onların hazırda Kəlbəcər dağlarının digər tərəfində salınmış qaçqın düşərgələrində yaşadığını qeyd edib. Bu xüsusda səfir Amerika yazıçısı Tomaz Qoltzun çəkdiyi Kəlbəcərdən çıxmaq məcburiyyətində qalan əhali ilə dolmuş mülki helikopterin fotosunu xatırladıb. Bir sıra insanların isə qarlı, soyuq hava şəraitində Murov dağına qaçmağa məcbur olması və onların bir çoxunun ölümlə üzləşməsini ağrı ilə bildirib. Bu hadisənin faciəvi, lakin xalqın qəhrəmanlıq tarixi olmasını qeyd edib. Səfir UNHCR-da (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) işlədiyi dövrdə bu insanların bəziləri ilə təmaslar qurduğunu, onların çox ağır hekayələrinin olduğunu diqqətə çatdırıb.

Aparıcının onların hazırda öz vətənlərinə geri dönmək istəklərinin olub olmaması sualını diplomat cavablandıraraq deyib ki, iki azərbaycanlı, o cümlədən Rusiya vətəndaşı olan həmvətənlərimizin öz valideynlərinin məzarını ziyarət etmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə keçməsi, lakin Ermənistan tərəfindən əsir götürülərək hələ də geri qayıtmamasını xatırladıb. Səfir bildirib ki, Kəlbəcərdə olmuş heç bir insan buradan geri dönmək istəmir və məcburi köçmüş azərbaycanlılar əlbəttə ki, vətənlərinə qayıtmaq istəyirlər. O, Kəlbəcərdə olmasından uzun illər ötsə də, hələ də bu ecazkar diyarın təsiri altında olduğunu bildirib, onun gözəlliyini Amerikanın əfsanəvi Qrand Kanyonu (Grand Canyon) ilə müqayisə edib.

Aparıcı Sovet İttifaqının dağılmasına təsadüf edən, 1980-ci illərin sonundan başlayan münaqişənin 1994-cü ilin may ayında atəşkəsə dair sazişin imzalanmasına baxmayaraq, hələ də nəticəsiz qaldığını bildirib, təmas xəttində atəşkəsin pozulması hallarını xatırladıb. O, Azərbaycanın münaqişənin nəticəsiz qalması ilə bağlı BMT və ATƏT-ə müraciətlər etməsinə toxunub.

Azərbaycan səfiri münaqişənin həlli yolunda müəyyən irəliləyiş gözlədiyini, sülhün regiondakı bütün ölkələrin xeyrinə olduğunu bildirib. E.Süleymanov azərbaycanlılar və ermənilərin Azərbaycan torpaqlarında birlikdə, əvvəllər olduğu kimi yaşayacağına ümidini ifadə edib. O, bildirib ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə Azərbaycanın beynəlxalq sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulub və məhz Kəlbəcərin işğalı nəticəsində BMT Təhlükəsizlik Şurası dərhal Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamə qəbul edib. Səfir E.Süleymanov Rusiya ilə yanaşı, münaqişənin həllində ABŞ-ın da fəal olmasının vacibliyini vurğulayıb.

C.Batçelor sonda bir gün səfir Elin Süleymanovun onu gənclik illərində atası ilə gəzdiyi Kəlbəcər torpaqlarına aparacağına ümid etdiyini bildirib.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Yusif Babanlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM