Dünya neft sənayesinin ən qədim mirası - Bibiheybət mədəni

19:06 / 26.04.2018

Ötən il SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyu bərpa edilib. Prezident İlham Əliyev keçən il aprelin 26-da həmin quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Burada XIX əsrdə “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Həmçinin burada xüsusi interaktiv köşk quraşdırılıb. Bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür. İnteraktiv köşkə, eyni zamanda, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdikləri neft strategiyası haqqında məlumat, Azərbaycanın neft sənayesi ilə bağlı tarixi foto və videolar da yerləşdirilib.

Azərbaycan neftçilərinin əsrlərə dayanan təcrübəsi

Tarixə nəzər salaq. Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1840-cı illərdə daha mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut etdi.

Belə sənədlərdən biri Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubdur. Məktubda Semyonov Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verir. Semyonovun məktubuna müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur.

Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verdi. Mexaniki üsulla quyu qazılması texnikasının və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verildi, quyular qazıldı, hasilat artırıldı, neft sənayesi infrastrukturu inkişaf etdirildi. 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. Müqayisə üçün deyək ki, 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.

Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərdi. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür də ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbədə həlledici rol oynadılar.

İbrahim Əhmədov: SOCAR dünyanın ən qədim neft sənayesinin varisidir

Bibiheybət mədəninin ölkəmizin neft sənayesi üçün əhəmiyyətindən danışan SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov AZƏRTAC-a bildirib: “Azərbaycan neft sənayesinin beşiyidir. Bu da daim ölkəmizi səciyyələndirən məsələlərdən biri olub. SOCAR dünyanın ən qədim neft sənayesinin varisidir. Şirkət Azərbaycanın neft tarixinin ənənələrini yaşadır və onlardan bəhrələnir”.

“Hələ qədim dövrdə Bakı və Abşeron yarımadası öz neft yataqları ilə məşhur olub, lakin dünyada ilk dəfə XIX əsrin ortalarında, 1846-cı ildə Bibiheybətdə sənaye üsulu ilə neft quyusu qazılıb. Bu hadisə neft sənayesində bir çox ilklərin başlanğıc nöqtəsi olub. Növbəti illərdə ilk tanker, ilk boru kəmərinin tikilməsi və neft sənayesində bir çox digər ixtiralar da ilk dəfə məhz Azərbaycanda reallaşdırılıb. Həmin dövrdə karbohidrogenlər dünyada sənaye inqilabının aparıcı qüvvəsinə çevrilmişdi. Beləliklə də XX əsrin əvvəlində artıq dünyanın neft tələbatının yarıdan çoxunu qarşılayan Azərbaycan müasir dünya sənayesinin ərsəyə gəlməsində birbaşa iştirak edərək, bu prosesdə təkanverici rol oynamışdı”, - deyə SOCAR-ın rəsmisi əlavə edib.

İ.Əhmədov deyib ki, dünyanın neft sənayesinin ən qədim mirası bizi bir tərəfdən xüsusi çağırışlarla üzləşdirir, digər tərəfdən isə xüsusi imkanlar yaradır: “Azərbaycanda bəzi yataqlar artıq 100-150 il boyunca istismar edilir. Hər bir yataq işləndikcə onun neftvermə əmsalı, təbii olaraq, azalmalıdır. Bu da ən qədim neft sənayesinin qarşımıza gətirdiyi çağırışlardan biridir. Lakin dünyanın ən qədim neft yataqlarında işləyən Azərbaycan neftçiləri həm də bu sahədə ən böyük təcrübəyə malikdirlər. Bu gün Azərbaycan neftçiləri hətta bəzi köhnə yataqlarda hasilatı dirçəltməyə və yenidən artırmağa nail olurlar. Ötən il dünyanın ən qədim neft yatağının yerləşdiyi “Bibiheybət” neft və qazçıxarma idarəsi (NQÇİ) üzrə hasilat 2 faizə yaxın artırılıb. SOCAR-ın istismar etdiyi yataqların bir çoxu köhnə yataqlar olsa da, SOCAR-ın əsas hasilatçı bölümü “Azneft” İstehsalat Birliyi (İB) üzrə hasilatın maya dəyəri dünyada ən aşağı səviyyələrdədir. Köhnə yataqlarda bu qədər uğurlu göstəricilərə nail olmağımız, şübhəsiz ki, insan faktoru ilə bağlıdır. Burada ölkə rəhbərliyinin uzaqgörən strateji kursunu, Azərbaycan neftçilərinin fədakar və gərgin zəhmətini və şirkətin məharətli idarəolunmasını xüsusi qeyd etmək lazımdır”.

“Beləliklə Azərbaycan neftçilərinin əsrlərə dayanan təcrübəsi bu gün SOCAR-ın ən dəyərli aktivlərindən biridir. Bir il əvvəl bərpa edilmiş dünyanın ilk sənaye üsulu ilə qazılmış neft quyusu bu ənənəni təcəssüm edir, Azərbaycan neftçilərini yeni nailiyyətlərə ruhlandırır, böyük tarixin rəmzi kimi SOCAR üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

SOCAR-ın rəsmisi qeyd edib ki, keçmiş uğurları gələcəkdə davam etdirmək üçün SOCAR bu gün müasir texnologiyaların tətbiqetmə imkanlarını araşdırır. Şirkət üzrə rəqəmsallaşma həyata keçirilir, hasilat sahəsində rəqəmsal nəzarət və idarəetmə modulları istifadə olunur: “Sənayenin rəqəmsallaşması istiqamətində SOCAR və IBM şirkətləri arasında birgə müəssisə - regional informasiya texnologiyaları mərkəzinin yaradılması mühüm addımlardan biri olub. Süni intellekt kimi yeni texnologiyaların tətbiqi idarəetmənin daha da optimallaşdırılmasına mühüm töhfə verəcək, işimizin səmərəsini daha da artıracaq. Lakin süni intellekt, məlumat bazasından ayrı olsa, heç bir təhlil aparmağa qadir olmaz. Süni intellektin maksimum səmərə ilə işləməsi üçün onun əsrlər boyu verilən müxtəlif qərarlar, istismar göstəriciləri ilə, bir sözlə, dünyanın ən qədim neft sənayesinin tarixi təcrübəsi ilə calaşdırılması lazımdır. Beləliklə Azərbaycanın qədim neft ənənəsi keçmişdə qalmayacaq, gələcəkdə də yaşayacaq, neft tariximizin keçmiş nailiyyətləri gələcək uğurlarımıza da zəmin yaradacaq.

Ötən il Azərbaycanın neft sənayesində daha bir əlamətdar hadisə baş verdi və ölkədə iki milyardıncı ton neft hasil olundu. Bütövlükdə indiyədək çıxarılmış 2 milyard tondan çox neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tondan artığı isə konsorsium tərəfindən hasil edilib. Ölkəmizin dəqiqləşdirilmiş neft ehtiyatları 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Dünya neft sənayesi tarixinə öz möhürünü vuran Azərbaycan hazırda qaz istehsalçısı və ixracatçısı kimi də qlobal miqyasda tanınır. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz isə təqribən 3-4 trilyon kubmetrə bərabərdir. Azərbaycan hazırda dünya miqyasında nəhəng layihə olan və sərmayə qoyuluşu 40 milyard dollara bərabər olan Cənub Qaz Dəhlizini reallaşdırır. Bu layihə nəinki regionun, eləcə də, dünyanın enerji xəritəsini dəyişəcək. Bütün bu sadalananlar deməyə əsas verir ki, neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, bu diyardan başlanıb. Bu gün - artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM