Arye Qut: Azərbaycan Cənubi Qafqaz regionunun güclü və sabit geosiyasi mərkəzidir

20:18 / 26.04.2018

Əminəm ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri yeni islahat və nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq. Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirdi, Azərbaycanda seçkilər açıq və şəffaf keçirildi.

Bu fikirləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında populyar israilli aparıcı Vladimir Rav Tsionla söhbətində deyib. http://9tv.co.il/video/2018/04/24/72572.html

İsrailli ekspert qeyd edib ki, bu gün güclü və müstəqil Azərbaycan çoxvektorlu xarici siyasəti uğurla həyata keçirir. “Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun güclü geosiyasi mərkəzinə və liderinə çevrilib. Onun iştirakı və razılığı olmadan dünyanın strateji regionu olan Cənubi Qafqazda heç bir siyasi, iqtisadi və nəqliyyat layihələri reallaşdırıla bilməz. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü qüvvə və lokomotivdir. Yaddan çıxarmayaq ki, Azərbaycan respublikası bu gün çox mürəkkəb geosiyasi əhatədədir və çoxvektorlu xarici siyasət yürüdür.

Bugünkü reallıq belədir ki, Avrasiyada və bütün müsəlman dünyasında Azərbaycan qədər İsraillə sıx əlaqəsi olan ölkə yoxdur. İki dövlət arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində yəhudi dövləti və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dövlət arasında strateji münasibətlərin zəruriliyi və yaşamaq qabiliyyəti sübut edilib. Bizim dost dövlətlərimiz həqiqətən də əsl səmimi və etibarlı strateji tərəfdaş kimi qarşılıqlı əlaqədədir. Faktiki olaraq azərbaycanlılar və yəhudilər nəinki yanaşı yaşaya bilər, həm də əsl dost ola bilər, öz münasibətlərini inkişaf etdirə və möhkəmləndirə bilərlər”, - deyə Arye Qut vurğulayır.

Arye Qutun fikrincə, mürəkkəb geosiyasi labirintdə Azərbaycanın özünəməxsus yeri var. O deyib: “İsrail və Azərbaycan arasında ən yüksək səviyyədə və etimada əsaslanan siyasi dialoq mövcuddur. Ciddi iqtisadi zəmin var - ticarət dövriyyəsi təxminən 5,7 milyard dollardır. Lakin İsrail-Azərbaycan münasibətlərində ən başlıcası isə çox vacib olan insan amilidir, mən deyərdim ki, bu amil ikitərəfli münasibətlərin əsas sütunlarından biridir.

Biz İsraildən olan müşahidəçilərlə birlikdə Azərbaycanda yəhudilərin yaşadıqları Qırmızı Qəsəbədə olduq. Müşahidəçilərin sırasında Uzi Dayan Azərbaycanda yəhudilərə dünyanın heç bir yerində olmayan qayğıkeş və səmimi münasibətə heyran qaldığını bildirdi. Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır və Azərbaycan bundan qürur duyur. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaş kimi yaşayır, onları ortaq tarix və tale birləşdirir. Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Azərbaycan həqiqətən sabitlik, multikulturalizm və tolerantlıq adasıdır”.

Ekspert qeyd edir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanın xarici siyasətinin təməl daşıdır. Rəsmi Bakı sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz. Əcnəbi tərəfdaşlarla əməkdaşlıq və tərəfdaşlıq müstəsna olaraq qarşılıqlı maraqlara əsaslanır.

Ermənistan-Azərbaycan münaqişəsinə və Serj Sarkisyanın istefası məsələsinə toxunan Arye Qut qeyd edib ki, Ermənistanın 25 ildən çoxdur Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır və bunun nəticəsində ölkədə 1 milyon qaçqın yaranıb. O deyib: “Rəsmi Bakı çoxdan bildirib ki, indiki status-kvo ilə razılaşmayacaq. Bundan başqa, beynəlxalq hüquq normalarına müvafiq olaraq, Bakı yalnız özünümüdafiə hüququna deyil, həm də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini azad etmək hüququna malikdir. Serj Sarkisyanın istefasına gəldikdə, bu insan tarixdə çox dəhşətli qanlı izlər qoyub. Xatırladım ki, Sarkisyan Azərbaycanın Xocalı şəhərindəki soyqırımı aktının təkcə ideoloqu deyil, həm də təşkilatçısı olub. Orada bir gecədə 613 azərbaycanlı dinc sakin, o cümlədən uşaq, qoca və qadınlar qətlə yetirilib. Azərbaycan xalqı bu cinayəti Sarkisyana heç vaxt bağışlamayacaq.

Bəs Sarkisyan öz xalqına nə qoydu? Onun on illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionunda özünü təcrid etmiş Ermənistan əsassız ərazi iddialarına, xüsusən də Azərbaycan torpaqlarını işğal etməsinə və davam edən hərbi təcavüzünə görə geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika, Xəzər dənizinin neft-qaz ehtiyatları ilə bağlı layihələrdən tam kənarda qalıb. Ermənistanın Cənubi Qafqazda ən asılı ölkə olması danılmaz faktdır. Ermənistan bu gün Rusiyanın xarici siyasi və iqtisadi ambisiyalarına tamamilə bağlıdır və ondan asılıdır”.

Arye Qutun sözlərinə görə, Ermənistanın iqtisadiyyatı acınacaqlı vəziyyətdədir, bu da onun tədricən Rusiyanın peykinə çevrilməsi və çevriləcəyi ilə nəticələnir. “Əgər 10 il əvvəl Ermənistanın 3 milyon əhalisi var idisə, hazırda orada təxminən 1,5 milyon nəfər qalıb. İnsanlar Ermənistanı tərk edirlər, çünki oranın gələcəyini görmürlər. Kütləvi köç əhval-ruhiyyəsinin səbəbi Ermənistanın iqtisadi durumudur. Ermənistan əhalisi ölkədə reallaşdırılan iqtisadi siyasəti mənfi qiymətləndirir, çıxış yolunu buranı tərk etməkdə görür.

Hakimiyyət orqanlarının rəvac verdiyi cəzasızlıq mühiti o vəziyyətə gətirib çıxarıb ki, ölkənin taleyi dayaz, bəsit təfəkkürlü insanların və diletantların ixtiyarına buraxılıb. Başqa sözlə, onlar Serj Sarkisyanın “döyüş şücaətinə” görə mükafatlandırdığı şəxslərdir. Sarkisyan ölkəyə 10 il rəhbərlik etsə də, ilk iş fəaliyyətinə başladığı vaxtlardakı kimi, elə çilingər olaraq qalıb. Belə bir vəziyyətdə xalq ayağa qalxdı və istefa tələb etdi, Sarkisyan da getməyə məcbur oldu. Azərbaycanda ümid edirlər ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, ağır vəziyyətdə olan xalqını və ölkəsini düşünən adam gələcək”, - Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında fikrini belə yekunlaşdırıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM