Finlandiyanın Tampere Universitetində Azərbaycan həqiqətləri

08:48 / 27.04.2018

Finlandiyanın Tampere Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı təqdimat və Azərbaycan həqiqətlərini əks etdirən kitab sərgisi  keçirilmişdir

 

Cari ilin 16-24 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi altında nümayəndə heyəti Finlandiyanın Tampere şəhərində Avropa Gənc Alimlər Şurasının (EURODOC) İllik Baş Toplantısında və  elmi konfransda ölkəmizi təmsil etmişdir.

21 aprel tarixində Tampere Universitetində rektor professor Liisa Laakso, Avropa Gənc Alimlər Şurasının prezidenti dr. Garek OʹNell, Avropa Komissiyasının elm və təhsil üzrə komissarı professor Fabiana Gauter, Finlandiya Akademiyasının nrəsmisi professor Hannel Lahtinen, Avropa Universitetləri Assosasiyasının prezidenti professor Aleksandr Hasgall, Finlandiya Gənc Alimlər Assosasiyasının prezidenti Miia İjas, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyinin və 38 dövlətin gənc alimlərinin milli assosasiyalarının rəhbər heyətindən ibarət 100-dək nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş geniş təqdimat mərasimi təşkil etmişdir.

İştirakçıların böyük maraqla izlədiyi təqdimat mərasimində ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi məclis iştirakçılarının diqqətinə çatdırılıb və təqdimatın məhz xalqımız üçün tarixi bir məqamda keçirilməsini vurğulayıb.

Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, fəaliyyət göstərdiyi qısa dövr ərzində həyata keçirilən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, xalqımızın mədəni-intellektual, siyasi səviyyəsinin məhsulu və dövlətçilik ənənələrinin təcəssümü olan demokratik dövlət maarifin, elmin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirmişdir. Azərbaycanın ilk elm və ali təhsil mərkəzi olan Bakı Dövlət Universiteti məhz Xalq Cümhuriyyətinin zamanında təsis olunmuş, ölkədə milli təhsil islahatlarına başlanılmışdır. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmış, müsəlman şərqində qadınlara ilk dəfə olaraq seçki hüququnu vermişdir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin üzvü, Bakı Dövlət Universitetinin əməkdaşı Səbuhi Talıbovun çıxışı ilə davam edən təqdimatda Xalq Cümhuriyyətinin süqutuna səbəb olan tarixi reallıqlar əks olunmuş və bildirilmişdir ki, 70 il SSRİ imperiyası tərkibində olmasına baxmayaraq sivil və dünyəvi Azərbaycan xalqı daim qəlbinə müstəqillik ideyalarını və arzularını yaşatmışdır. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqın ümummilli lideri Heydər Əliyevin parçalanmaqdan və dağılmaqdan qoruduğu dövlətimiz artıq növbəti dəfə 27 illik müstəqillik tarixini şərəflə yaşamaqdadır və bu müddətdə Azırbaycan xaqı bir daha sübut etmişdir ki, heç bir qüvvə onu müstəqillik yolundan döndərə bilməz.

Təqdimatda Azərbaycanda həyata keçirilən müstəqil və uğurlu siyasət, iqtisadi nailiyyətlərimizdən, Bakının bütün dünyada humanitar mərkəz kimi rolundan və bu istiqamətdə görülən işlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycan Respublikasında gənclər sahəsində aparılan siyasətin və ölkə başçısı möhtərəm İlham Əliyevin gənclərin təşəbbüslərinin reallaşması üçün yaratdığı unikal imkanların göstəricisidir ki, Avropa Gənc Alimlər Şurasında ölkəmizi təmsil edən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Avropa Gənc Alimlər Şurasının və UNESCO-nun birgə dəstəyi ilə Bakı şəhərində ilk dəfə olaraq 20-25 may 2013-cü il tarixlərində 38 Avropa dövlətinin 450 nəfər gənc aliminin qatıldığı “Avropa məkanında yeni çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu”  və  26-29 may 2014-cü il tarixlərində  dünyanın 95 ölkəsinin 700-ə qədər gənc aliminin iştirakı ilə dünya miqyasında ilk və yeganə ən böyük tədbir - “Dünya Gənc alimlərinin I Beynəlxalq Bakı Forumu” keçirilmişdir. Bütün bunlar həm də dövlətimizin dünyada elmin, təhsilin, mədəniyyətin inkişafına, sülhün və dialoqun bərqərar edilməsinə verdiyi önəmin ifadəsidir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə növbəti aksiya 22 aprel tarixində Tampere Universitetinin Mərkəzi Elmi Kitabxanasında baş tutmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun ingilis dilində çap etdirdiyi tariximizə, xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilmiş silsilə soyqırım faktlarına, Qarabağda məhv edilmiş və özünküləşdirilmiş  maddi-mədəniyyət və arxeoloji abidələrə həsr olunmuş kitabların sərgisi təşkil edilmişdir. Sərgidə xalqımıza qarşı Ermənistan tərəfinin hərbi təcavüzü, 20 faiz torpaqlarımızın işğal edildiyi, 1 milyondan çox insanımızın doğma yurd-yuvalarından didərgin salınaraq bu gün də məcburi köçkün həyatı yaşamaları ilə bərabər, işğal olunmuş torpaqlarda qanunsuz cinayətlər və vandalizm aktları həyata keçirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, işğal altında olan torpaqlarda bu gün də böyük  humanitar fəlakət yaşanmaqdadır. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarda azərbaycanlılara məxsus tarixi abidələr özünküləşdirilir, mümkün olmayanlar isə vandallıqla məhv edilir, dağıdılır və bu ərzilərdəki toponimlər, yer adları dəyiçdirilir, Azərbaycan tarixinin izlərini kütləvi surətdə silinməyə cəhdlər edilir.

Sərginin sonunda kitablar müxtəlif ölkələrdən olan xarici alimlərə paylanmışdır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM