Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. Cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.
Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 470-ci məşqçisidi. Həmyerlimiz son siyahı ilə müqayisədə 2 pillə irəliləyib.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 927-ci yerdədi. Aktivində 255 xalı olan ukraynalı 1 pillə geriləyib.
Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 3 çalışdırıcını qabaqlamaqla, 969-cu yerə qalxıb.
Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 17118 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidi. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14202 xala malikdi.