Britaniyalı psixoloq, psixologiyada bioloji istiqamətlər üzrə liderlərdən biri, məşhur intellekt (İQ) testinin müəllifi Qans Ayzenk hələ 1970-cı illərdə sübut edib ki, siqaret çəkmək sağlamlıq üçün tam zərərsizdir və xərçəngin inkişafına səbəb olmur.
Otuz ildən sonra bu hipotez Oxford Universitetinin mütəxəssislərinin tədqiqatında öz təsdiqini tapdı. Məşhur alimin bu araşdırması hazırda bir çoxu psixoterapistlər tərəfindən dəstəklənir.
Qans Ayzenk tədqiqatında qeyd edib ki, xərçəngin yaranmasının başlıca səbəbi stressdir:
"Xərçəngi yaradan nə siqaret, nə də ki, içkilərdir, məsələ tamam başqadır. Xərçəng xəstəliyinə meyilli olan şəxs emosiyaları ifadə etmək iqtidarında olmaması, acizlik və ümidsizlik hissi, depressiya, eləcə də stressə yanlış reaksiya göstərməsi ilə səciyyələnir. Ürək-damar xəstəliyinə meyilli olan şəxslər isə əksər hallarda aqressiv və kinli olması ilə xarakterizə olunur".
Milli.Az xərçəng xəstəliyinin müalicəsində psixoloji dəstəyin əhəmiyyəti, eləcə də təsirləri haqda araşdırmanı təqdim edir.
Fakt 1
Ailə statusu və ən geniş yayılmış onkoloji xəstəliklərin səbəb olduğu ölümləri analiz etsək, nə olar?
Harvard Universitetinin alimlərinin başçılıq etdiyi tədqiqatçılar qrupu, 2004-ci ildən 2008-ci ilədək ağciyər, mədəaltı vəzi, qaraciyər kanalları, prostat, süd vəzi, bağırsaq, yumurtalıq, qida borusu, limfa toxumaları, baş və beyin kimi onkoloji xəstəlikləri diaqnozu qoyulan 1 260 898 xəstənin məlumatlarını təhlil edib.
Nə düşünürsünüz, araşdırmanın nəticələri necə olub?
Psixoloqlar bildirib ki, xərçəng təkcə ailəvi xəstəlik və ailə faciəsi deyil, həm də bütün cəmiyyətin xəstəliyidir. Tədqiqatçılar müəyyən edib ki, evli insanların ölüm riski 20 faiz aşağı düşür. Buraya vətəndaş nikahında yaşayan və mədəni münasibətləri olan cütlüklər də daxildir. Ən əsası isə məlum olub ki, xəstənin həyat yoldaşı onun sağalmasına əhəmiyyətli təsir göstərir, nəinki kimyəvi müalicə üsulları. Bu isə o deməkdir ki, psixoloji dəstək sayəsində insan uğurla və daha tez sağala bilər.
Fakt 2
Sosial dəstək və qadınlarda rast gəlinən süd vəzisi xərçəngi arasındakı tapılan əlaqə də təəccüb doğurub. San-Fransiskoda, Kaliforniya Universitetinin alimləri sübut edib ki, xərçəng diaqnozu qoyulana qədər özünü ətraf aləmdən təcrid edən qadınlar, yaxınları ilə səmimi və isti münasibət saxlayan xəstələrlə müqayisədə daha tez ölür.
Bu faktı və nəticələri sonsuzadək tənqid etmək olar. Amma fakt elə fakt olaraq qalır. Tədqiqatlar göstərib ki, isti və etibarlı münasibətlərin məhv edilməsi sağlamlığa birbaşa mənfi təsir göstərir. Bu, həmçinin alkoqolizm, narkotik asılılığı, yetərsiz qidalanma və fiziki fəaliyyətlərin azalmasının da dolayı səbəbidir. Nəticə etibarı ilə sevgi və diqqət azlığı, yaxın və doğma insanların dəstəyinin olmaması xərçəng üçün də əsas risk faktorlardır.
Özümüzü ətraf mühitdən təcrid edərək və yaxınlarla münasibətləri pozaraq, biz səhhətimizə mənfi təsir göstəririk. Bu zaman təsəllini başqa şeylərdə axtarmağa başlayır, alkoqollu içkilər qəbul edir, siqaret çəkir və çox pis qidalanırıq. Beləliklə də tənhalıq insanı uçuruma sürükləyir. Biz işimizdən razı ola, müştəriləri razı sala bilərik, pərəstişkarlarımız, gözəl əməkdaşlarımız və ya iş yoldaşlarımız ola bilər, lakin ailə içində sağlam və isti münasibətlər, sevdiyiniz insanın dəstəyi olmadan bütün bunların heç bir qiyməti yoxdur.
Xərçəng ailədə isti münasibətlərin pozulması ilə başlayır və bitir. Bu hal bütövlükdə orqanizmin apoptozu (Apoptoz - proqramlaşdırılmış hüceyrə ölümü (PHÖ) - hüceyrənin öz-özünü məhv etməsi prosesi) adlanır və hər hansın orqanizmin vücudun ümumi ailəsindən kənarlaşması ilə müşahidə olunur.
Ola bilsin ki, sadaladıqlarımız sizdə şübhə doğursun. Amma ekspertlər xəstə ailələrini tədqiqatların nəticələrini anlamağa və ağlının səsinə qulaq asmağa çağırır. Onların sözlərinə görə, xərçəng dərəcəsini azaltmaq xəstə yaxınlarından çox asılıdır.
Onkopsixoterpiyanın əhəmiyyətləri
Yeri gəlmişkən, amerikalı alimlər psixologiya elminin yeni onkopsixoterapiya istiqamətini yaradıb. Onkopsixoterapiya xəstənin yaxınlarına onu dəstəkləməyin və adekvat ünsiyyət qurmağın yollarını öyrədir. Bunun üçün ştatlarda, iri onkoloji xəstəxanalarda tibbi psixoloqlar fəaliyyət göstərir. Onlar tək xəstəyə deyil, həm də qohumlarına xəstə ilə necə davranmaq barədə məsləhətlər verir.
Bundan başqa, Amerika normativlərinə əsasən, təhlükəli diaqnozu xəstəyə demək üçün həkim onunla 1-2 saat söhbət etməlidir. Xəstənin sakitləşməsi, vəziyyəti dərk etməsi üçün bu 1-2 saat ona kömək edir.
Məsələ ilə bağlı yerli mütəxəssislərin də fikirlərini öyrəndik.
"Psixoloji dəstəyi təkcə onkologiyaya aid etmək olmaz"
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli hesab edir ki, psixoloji dəstək təkcə onkoloji xəstəliklərin deyil, ümumilikdə bütün xəstəliklərin müalicə prosesində əhəmiyyətli amildir:
"İstər onkologiyada, istər dermatologiyada, istər diabet və s. xəstəliklərdə psixoloji dəstək çox vacibdir. Çünki xəstədə baş verən psixoloji dəyişikliklər xəstəliyin güclənməsinə və yaxud zəifləməsinə müəyyən mənada təsir edəcək. Odur ki, psixoloji dəstəyi təkcə onkologiyaya aid etmək olmaz. Milli onkologiya mərkəzində sistem elə qurulub ki, həkimin xəstə ilə söhbət etməyə, onu ətraflı müayinəyə də vaxtı olur. Bir neçə həkimin baxışından sonra ümumi rəy nəticəsində xəstənin müalicə taktikası seçilir. Dolayısı ilə xəstənin bir neçə həkimlə danışmağa vaxtı və zamanı var".
Bu xəstəyə psixoloq hansı yardımı göstərə bilər ki?
Həkimin sözlərinə görə, bu müsbət məqamla yanaşı psixoloji yardım xəstənin ağrılarını azaltmaq iqtidarında deyil:
"Elə hallarla rastlaşırıq ki, xəstə ağrıdan yerində qovurulur. Bu xəstəyə psixoloq hansı yardımı göstərə bilər ki? Ağrını kəsmək üçün vurulan dərman və ya cərrahi əməliyyat ondan effektli olacaq, ona yüngüllük gətirəcək. Sözlə müalicə üsulunu xəstənin vəziyyəti ağırlaşmayanda, xəstəliyin başlanğıc vaxtında aparmaq lazımdır ki, həmin şəxsin mübarizə gücü olsun".
Həkim hesab edir ki, vəziyyəti ağır olan xərçəng xəstələrinin ömrünə nə qədər qaldığını onlara demək günahdır:
"İnsanın dünyaya gəlməsini və dünyadan köçməsini Allahdan başqa heç kim bilmir. Buna qarışmaq günahdır. Həkim özü bilir ki, nə vaxt dünyasını dəyişəcək? Əlbəttə ki, yox".
Mütəxəssis xərçəngin cəmiyyətdə qorxulu və dəhşətli xəstəlik kimi tanınması haqqında da fikirlərini bölüşüb:
"Ta qədimdən bəri bu xəstəlik insanlar arasında qorxu hissi yaradıb. Müasir dövrdə isə bu, elə də qorxulu xəstəlik deyil. Çünki müalicə olunan xəstəliklər sırasındadır. Unutmaq olmaz ki, təkcə onkologiyada deyil, bütün sahələrdə xəstələrin gec müraciət etməsi təhlükəlidir.
Son vaxtlara qədər, keçmiş sovetlər məkanında yaşadığımız dövrlərdə xəstəyə hər hansı onkoloji xəstəliyi olduğunu demirdik. Onları başqa diaqnozla aldadırdıq, xəstəlik haqqında ancaq qohumlarına məlumat verirdik. Bu gün isə ixtiyarımız var ki, şəxsin xərçəng olduğunu özünə deyək. Lakin diaqnozu xəstənin özünə deyəndə qohumları dava-şava ilə gəlib həkimləri günahlandırır ki, niyə xəstəyə xərçəng olduğunu demişik. Belə hallarla demək olar ki, hər gün rastlaşırıq. Həm diaqnostika, həm də psixoloji yardım tərəfdən bütün bunların arxasında maarifləndirmə dayanır. Bunun üçün əhalini onkoloji xəstəliklər barədə maarifləndirmək vacibdir. Təəssüf ki, maarifləndirmə yox dərəcəsindədir.
Onkoloqa müraciət edənə qədər xəstə nə qədər mərhələlərdən keçir. Onkologiyaya elə bir sistemdir ki, onunla təkcə onkoloqlar deyil, bütün əhali və bütün səhiyyə mübarizə aparmalıdır. Biz xəstəliyin vaxtında aşkarlanması üçün gücümüz nəyə çatırsa, onu edirik. Məsələn, iki mobil diaqnostik kompleksimiz var. May ayından etibarən bölgələrə gedib əhali arasında profilaktik baxışlar həyata keçirəcəyik. Profilaktik tədbirlər sayəsində xərçəngin birinci, ikinci, üçüncü və dördüncü mərhələlərini aşkar edirik. Birinci və ikincini aşkar etmək sevindiricidir, xəstəliyin üçüncü və dördüncü mərhələlərə gəlib çıxması isə bizi təəssüfləndirir.
Dünyada xəstələrin böyük qismi xəstəliyin üçüncü və dördüncü mərhələlərində həkimə müraciət edir. O cümlədən bizdə də bu belədir. Son statistikalar isə göstərir ki, vaxtında aşkarlanma halları çoxalıb. Bu da bizim işimiz xeyli yüngülləşdirir".
"Ən ağır xəstəlik öz sağlamlığına laqeyd yanaşmadır"
Azad Kərimli hesab edir ki, Amerikada və inkişaf etmiş ölkələrdə tətbiq edilən onkopsixoterapiya istiqamətinin yaxın illərdə Azərbaycanda da həyata keçirilməsi gözlənilmir:
"Səlahiyyət məsələsi var. Biz hüquqi dövlətdə yaşayırıq, öz qanunlarımız var. Bu qanunlardan kənara çıxmağa heç birimizin icazəsi yoxdur. Əgər bu qanun dövlət səviyyəsində qəbul edilsə, əlbəttə ki, həkimlər ancaq sevinə bilər".
Onkoloq sonda oxuculara öz tövsiyələrini verib:
"İbn Sinadan soruşublar ki, ən ağır xəstəlik hansıdır. Təbib bu suala çox məntiqli cavab verib. O, deyib ki, ən ağır xəstəlik öz sağlamlığına laqeyd yanaşmadır. Odur ki, təkcə xərçəng xəstələrinə deyil, hər kəsə məsləhət görürəm ki, özlərini vaxtında yoxlatsınlar. Çünki bu gün Azərbaycanda onkologiya sahəsində olan şərait bir çox ölkədə yoxdur. Azərbaycan qadını süd vəzisi xərçəngi ilə xəstələnməməlidir. Əgər vaxtında gəlib yoxlanılsa və aşkarlansa, xəstəliyə qalib gələ bilər. Hətta statistik göstəricilərə görə, 28, 30 və 35 il yaşayanlar var".
Bədəninin hasil etdiyi enerji insanın ən güclü dərmanıdır
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu özünü ətraf mühitdən tədric edən insanların daha tez xəstələndiyini təsdiqləyib:
"Aktual mövzudur, çünki qloballaşma sürətləndikcə, cəmiyyətdə ciddi keyfiyyət dəyişikliyi baş verir. O cümlədən insanların cəmiyyətlə təması azalır, özünə qapılma halları çoxalır. Ekoloji, psixoloji və mənəvi problemləri nəzərə alsaq, cəmiyyət özü çətin mühitə çevrilib. Əgər əvvəllər çirkli hava və ekoloji cəhətdən təmiz olmayan yerlərdə yaşamağı düzgün hesab etmirdilərsə, indi psixoloji neqativ hallar çoxalmaqdadır. İnsan yalnız bioloji və fiziki varlıq deyil. İnsan dörd faktorun qarışığıdır: kosmo-bio-psixo-sosial varlıqdır. Bu dörd faktorun biri pozulanda insanda gərginlik çoxalır. Çünki onlar bir-biri ilə bağlıdır.
Xərçəng xəstəliyi bioloji hal kimi müşahidə olunur. Bu, sadaladığım kosmo-bio-psixo-sosial varlığın birində baş verən dəyişiklikdir. Digərləri ona güclü təsir göstərəndə problemin qarşısı müəyyən qədər alına bilir. Odur ki, müalicədə digər üç komponentin də imkanlarından istifadə etmək lazımdır. Xəstəyə ancaq bioloji varlıq kimi baxıb bədəninə kimyəvi dərmanlar yeritmək olmaz. Dərmanlar müalicənin bir tərəfidir, lakin digər komponentlərin təsirini unutmaq olmaz. Çalışmaq lazımdır ki, cəmiyyətin özü sosial faktor kimi bu məsələdə fəal iştirak etsin. Əhali arasında bu mövzu ilə bağlı maarifləndirmə aparmağa çalışmalıyıq. Belə olan halda xəstə cəmiyyətdən də pozitiv, müsbət enerji alacaq, daxildəki enerji balanslaşacaq. Bədəninin hasil etdiyi enerji insanın ən güclü dərmanıdır. Dərmanlar köməkçi vasitələrdir. Bədənin hasil etdiyi enerjinin güclü olması üçün sosial faktor böyük rol oynayır".
Əhməd Qəşəmoğlu kosmo varlığın rolu haqqında apardığı araşdırmanın nəticələrində də bəhs edib:
"İnam hissi və Allaha olan inanc insanın kosmo əlaqələrini gücləndirir, eyni zamanda kainatdan aldığı enerjini möhkəmləndirir. Bu da insanın psixoloji baxımdan xəstəliklə mübarizə aparmasına kömək edir. Hesab edirəm ki, insanın daxili enerjisini gücləndirmək yolları tibbin inkişaf istiqamətlərinə daxil olmalıdır. Sözsüz ki, enerjini gücləndirmək üçün sosial faktor böyük rol oynayır. Elə mühit yaratmalıyıq ki, xəstə olan şəxsə neqativ enerji ötürməyək".
Sosioloq bildirib ki, yoluxucu xəstəliklərdə isə ehtiyatlı olmaq lazımdır:
"Elə xəstəliklər var ki, başqası ilə təmas yolu ilə yoluxur. Allah heç yerdə buyurmayıb ki, özünü təhlükəyə at və mən səni xilas edərəm. Sağlamlıq mədəniyyətinin də öz qaydaları var. İnsanlar xəstələrlə nə cür davranmalı və harada sərhəd qoymalı olduğunu bilməlidir".
Xəstəliyin ilahi sınaq olduğunu anlayan insan pozitivliyini və inam hissini itirmir
Azərbaycanlı ilahiyyatçı Hacı Şahin xərçəngin və digər xəstəliklərin müalicəsində duanın əhəmiyyətindən danışıb:
"İstənilən xəstəliyi müəyyən vasitələrlə sağaltmağa cəhd göstəririk. Bu da normal haldır. Din xəstəlik zamanı ilk növbədə tibbi üsullara müraciət etməyi tövsiyə edir. Xəstəliklərin şəfası ilə bağlı dualar kitabları da var. Təbii ki, xəstə insanın sadəcə dualarla sağalması absurd fikirdir. Xəstənin tibbi üsullarla müalicə olunması Allah qarşısında vəzifəsidir. Dualar və Allaha təvəkkül etmək insana kömək edir ki, çətinliklərin öhdəsindən gələ bilsin. Ümumiyyətlə, dini nöqteyi-nəzərdən yanaşsaq, hər bir hadisə insan üçün imtahandır. İmtahan dedikdə təkcə bəlalar nəzərdə tutulmur, hər bir xoş hadisə və xoş olmayan hadisə ilahi sınaqdır. Xəstəliyin ilahi sınaq olduğunu anlayan insan pozitivliyini və inam hissini itirmir. Ən çıxılmaz vəziyyətdə belə Allahın qüdrətinin hər şeyə qadir olduğunu anlayan insan xəstəliyin öhdəsindən gələ bilər". (publika.az)
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM