«Yay məktəbi»: Biliklərin mübadiləsinə yardımçı layihə - Foto

10:13 / 11.07.2014

Gənclər layihə çərçivəsində öz bilik və bacarıqlarını artırır, ölkənin gələcək inkişafına öz töhfələrini verməyə səy göstərirlər

Strategiya.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» uğurla davam edir.  Hər birində  100-ə yaxın fəal gəncin olduğu qruplar  Lerik və Oğuz rayonlarında reallaşan seminar-diskussiyalarda, təlimlərdə iştirak edirlər. Ümumilikdə isə avqust ayının ikinci ongünlüyünə qədər  davam edəcək layihədə  1000-ə yaxın gənc iştirak edəcək.

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin  «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinin beşinci günündə  «Regionların sosial-iqtisadi inkişafı və sosial həyat”»  mövzusunda seminar keçirildi.

YAP Siyasi Şurasının üzvü, «İki sahil»” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadə bildirdi ki,  bu gün Azərbaycan quruculuq meydançasını xatırladır. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdiridyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uğurlarımız davamlı xarakter alıb, paytax və bölgələrimiz gündən-günə yeniləşir, müasirləşir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Prezident kimi fəaliyyət başladığı gündən iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramlarını təsdiqlədi. Regmonal inkişaf proqramlarında,  eyni zamanda  böləgələrin  sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

V.Rəhimzadə bildirdi  ki,  Dövlət Proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

YAP Siyasının Şurasının üzvü xüsusi olaraq vurğuladı ki, Azərbaycan bu gün beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, Cənubi Qafqazın parlayan ulduzu, dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınır və nüfuz qazanır. İqtisadi tərəqqinin güclü sosial siyasətlə müşaiyət olunması beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bu gün ölkəmiz yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilib. Keçirilən beynəlxalq səviyyəli tədbirlərdə bu fikir xüsusi qeyd olunur ki, müasir dövrün əsas çağırışı yoxsulluqla mübarizədir ki, Azərbaycanın bu istiqamətdə təcrübəsi öyrənilməlidir. Bu sahədə həyata keçirilən Dövlət Proqramların uğurlu icrası nəticəsində yoxsulluq həddi 49 faizdən 5,3 faizə enib. Beynəlxalq Valyuta Fondunun təmsilçilərinin proqnozlarına görə Azərbaycanda inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq.

V.Rəhimzadə qeyd etdi ki, inkişafın Azərbaycan modelinin mövcudluğu və beynəlxalq səviyyədə təsdiqlənməsi uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Uğurlar bir-birini əvəzlədikcə yeni hədəfələrə yol açılır. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Məqsəd inkişaf üçün əsas rolunu oynayır. Təbii ki, yeni-yeni hədəflər müəyyənləşdirilirsə, demək onlara çatmaq üçün əsaslar mövcuddur.

«Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsi çərçivəsində gənclərin qonağı olan Milli Məclisin deputatı İqbal Məmmədov  «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»ndan söz açaraq,  əsas məqsədin  ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması olduğunu bildirdi.

Qeyd olundu  ki, Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.

Millət vəkili eyni zamanda vuğuladı ki,  Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaq. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcək. Bu baxımdan ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldilir.

Daha sonra millət vəkili İ.Məmmədov  gəncləri maraqlandıran sualları cavablandırdı. Mövzu ətrafında gənclərin iştirakı ilə diskussiyalar oldu.

Günün ikinci yarısında gənclərə  Kənan Qubadzadənin moderatorluğu ilə «Sağlam həyat, sağlam gələcək»” mövzusunda  təlim keçirildi. Təlimdə bildirildi ki, bugünki gündə  gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bu baxımdan biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmamazlığı sindromu), hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir gəncin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.

Təlimdə qeyd edildi ki, müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan ən kəskin problemlər sırasında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılıb. Bu fəlakətli meyllər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir. Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Bu baxımdan təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi gənclərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir.

Sonra diskussiyalarla  iştirak edən gənclər qeyd etdilər sağlam həyat tərzinə maraq oyadılması gəncləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirir. Vurğuladılar ki, gənclərin sağlam həyat tərzinin formalaşmasında  bu istiqamətdə olan  tədbirlərin əhəmiyyəti nəzərə alınmalıdır.

Diskussiya şəklində davam edən təlimlərdə  bir daha qeyd olunur ki, ölkəmizin uğurları davamlıdır və bunun şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və müxtəlif  sahələrdə tətbiq etməklə  təsdiqləməyə çalışırlar.

Günün ikinci yarısında gənclərin regiona səfəri oldu.  Səfər çərçivəsində təşkil olunmuş gəzintidə gənclər regionun maraqlı  yerləri ilə tanış oldular.

Ceyhun Piriyev, «İki sahil»”


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM