Yeni qaydalar əhalinin mənzil təminatını yüksəldəcək - RƏSMİ

12:10 / 03.05.2018

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində yeni fərmanlar təsdiq edilib.
 
 İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər ki, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və mənzil probleminin həlli son illər ərzində daima Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzində olub, hökumət tərəfindən bu sahədə davamlı tədbirlər həyata keçirilib. Ölkədə məcburi köçkünlərin məskunlaşması üzrə yaşayış məntəqələri, qəsəbələr salınıb, əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmi yaradılıb, sosial evlərin tikintisinə başlanılıb.
 
Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin həyata keçirilməsində fondun özünəməxsus rolu olub. 2018-ci il aprelin 30-da fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1 milyard manatı ötüb, fondun fəaliyyəti dövrü ərzində 22 mindən çox ailə ipoteka kreditləri hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.
 
Məlum olduğu kimi, 2017-ci il ölkəmizdə dərin və köklü iqtisadi islahatlar ili kimi tarixə düşüb. Sosial və iqtisadi həyatın müxtəlif sahələrində həyata keçirilmiş yeniliklər və təkmilləşdirmə işləri əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindən də yan keçməyib. Belə ki, ötən il ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi fondun fəaliyyət istiqamətlərinə daxil edilib.
 
Həyata keçirilən iqtisadi islahatların davamı olaraq, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda ölkədə iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 və 2 may 2018-ci il tarixli fərmanları ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində özündə bir sıra mühüm yenilikləri əks etdirən sənədlər təsdiq edilib. Təsdiq olunan sənədlər inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq olunan və uğurla sınaqdan keçmiş beynəlxalq təcrübə, əhalinin tələbi və yerli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanıb. Qəbul edilmiş yeniliklər fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, ipoteka kreditləşməsini və ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə biznes kreditlərinə təminatların verilməsi sahəsini əhatə edir.
 
İpoteka kreditləşməsində mühüm yeniliklər əsas etibarilə şəxsi yığımları az olan, aşağı gəlirli, eləcə də gəlirləri tam rəsmi təsdiqini tapmayan əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsinə, əhalinin ipoteka kreditləri hesabına daha müasir tələblərə uyğun və yeni yaşayış sahələri ilə təmin edilməsinə, ödəmə qabiliyyəti müvəqqəti pisləşmiş borcalanların hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəldilib.
 
İpoteka kreditləşməsi sistemində əsas yeniliklər aşağıdakılardır:
 
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”nın təsdiqi - ilkin ödəniş məbləği az olan borcalanlar üçün ipoteka kreditləri üzrə zəmanət mexanizminin yaradılması, borcalan tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi halında ipoteka predmetinin satışından əldə olunan vəsait ilə kredit borcu arasında yarana biləcək fərqin fond tərəfindən qarşılanmasına zəmanət verilməsi borcalanların daha az ilkin ödəniş məbləği ilə ipoteka kreditlərindən yararlanmasına şərait yaradacaq;
 
- mənzil-tikinti sektorunun stimullaşdırılması, ipoteka kreditləşməsi sistemində risklərin etibarlı idarə edilməsi, əhalinin daha müasir və rahat yaşayış sahələri ilə təmin edilməsi məqsədilə aşağı gəlirli, gəlirləri tam rəsmi təsdiqini tapmayan və ya gəlirlərinin rəsmiləşdirilməsi mümkün olmayan (kənd təsərrüfatı və s.) borcalanlar üçün yeni ipoteka mexanizmlərinin tətbiqi;
 
- yaşayış sahələrinin tikinti ili, layihəsi, istismar vəziyyəti və yerləşmə yerinə dair tələblərin müəyyən edilməsi;
 
- restrukturizasiya mexanizminin yaradılması - mexanizm çərçivəsində iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borcalanın maliyyə çətinliyinin yarandığı hallarda borc öhdəliyinin icrasını təmin etmək məqsədilə kreditin müddətinin uzadılması, kredit üzrə faiz dərəcəsinin azaldılması, ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi, hesablanmış faizlərin kapitallaşdırılması kimi borcalana güzəştlərin tətbiqi nəzərdə tutulur.
 
Fondun yeni fəaliyyət istiqaməti olan sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi mexanizminin sağlam əsaslarla qurulması və işə salınması, tətbiq olunacaq faiz subsidiyası mexanizminin effektivliyinin artırılması, kredit zəmanət mexanizmi üzrə əməliyyatların avtomatlaşdırılması məqsədilə aşağıdakı yeniliklərin tətbiqi nəzərdə tutulur:
 
- kredit zəmanət şərtlərinin sadələşdirilməsi (zəmanət məbləğinin artırılması, zəmanətə dair tələblərin asanlaşdırılması və s.)
 
Faiz subsidiyası mexanizminin effektivliyinin artırılması - dəyişikliyə əsasən borcalan tərəfindən kredit faizlərinin yalnız onun üzərinə düşən hissəsinin ödənilməsi, faiz subsidiyasının isə fond tərəfindən birbaşa müvəkkil banka köçürülməsi nəzərdə tutulur. Bu dəyişiklik borcalanın likvidliyinin idarə edilməsini və əlavə dövriyyə vəsaitlərinə çıxışını asanlaşdıracaq.
 
Zəmanətin verilməsi prosesinin elektronlaşması - "Elektron ipoteka" sisteminin təkmilləşdirilməsi və yeni "Elektron ipoteka və kredit zəmanət" sisteminin tətbiqi,fond tərəfindən zəmanətin verilməsi prosesinin elektronlaşmasına və avtomatlaşdırılmasına, müvəkkil banklarla hesabatlılığın elektron qaydada aparılmasına şərait yaradacaq.
 
Bu yeniliklərin tətbiqi əhalinin mənzil təminatının yüksəldilməsinə, ipoteka kreditləşməsinin mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, eləcə də sahibkarların kredit zəmanət mexanizmi vasitəsilə maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM